Hz.İbrahim sırf axirət yurdunu anan ixlas sahibi bir quldur



Allah Quranda Hz.İbrahimi və onun soyunu sırf axirəti düşünüb anan ixlas sahibləri kimi tərif edir:

"...İbrahimi, İshaqı və Jəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik" ("Sad" surəsi, 45-46).

Peyğəmbərləri və səmimi iman sahiblərini digər insanlardan ayıran ən əsas özəlliklərindən biri onların dünya həyatına dair bir gözləntiləri olmadan sadəcə Allah rizasını və axirəti qazanmaq üçün ciddi bir səy göstərməsidir. Həyatlarının sonuna qədər böyük bir səbr və ixlasla qövmlərini xəbər etmələri bunun ən açıq dəlillərindəndir.

İxlas sahibi bir mömin etdiyi işlər və ibadətlərlə sadəcə Allahın sevgisini, razılığını, təqdirini və dostluğunu hədəfləyər. Bu mövzuda ən gözəl örnək Peyğəmbər əfəndimiz Hz.Məhəmmədin (s.ə.v.) həyatıdır. Peyğəmbərimiz (s.ə.v.) sadəcə Allahın razılığını axtarmış, həyatı boyunca Allahın rizasını, rəhmətini və cənnətini qazanmağı özünə məqsəd etmişdi. Allah insanlara bir rəhmət və lütf olaraq göndərilən elçilərin heç bir əvəz gözləmədən, ixlasla insanları din əxlaqını yaşamağa dəvət etdiklərini ayələrdə bu şəkildə xəbər verir:

"De: "Mən buna görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!" ("Sad" surəsi, 86).

"De: "Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"" ("Səba" surəsi, 47).

Peyğəmbərimiz (s.ə.v.) bir hədisində də "Əməllərinizi Allah üçün xalis qılın. Allah-Təala Onun üçün ixlasla edilən əməli qəbul edər" şəklində buyurur və bütün insanları ixlaslı davranmağa dəvət edir.13 Peyğəmbərlərin dualarına, qövmlərinə etdikləri xəbərdarlıqlara baxanda onların insanları Allaha iman etməyə, əməllərini xalis qılmağa, dünya həyatının keçici nemətlərinə aldanmamağa və sadəcə axirət yurdu üçün çalışmağa dəvət etdiklərini görürük.



"Biz peyğəmbərləri ancaq mücdə verənlər və qorxudanlar sifətilə göndəririk. İman gətirib yaxşı işlər görənlə
rin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!" ("Ənam" surəsi, 48).

Bir möminin də sahib olması lazım olan ən önəmli cəhətlərdən biri "sırf axirət yurdunu düşünüb xatırlamasıdır". Görülən hər iş, söylənən hər söz sadəcə Allahın rizasını qazanmaq üçün olmalıdır. Mömin əsl həyatı olan axirətə davamlı surətdə həsrət duymalı və dünyaya heç bir zaman bağlanmamalıdır. İman edənlər də əlbəttə, Allahın dünyadakı nemətlərindən faydalanacaq, bu yolla Allaha şükr edib bu nemətlərin axirətdəki xalislərini düşünəcəklər. Amma bunlar din əxlaqını anlatmağa, axirət yurdunu xatırlatmağa vəsilə olan bir nemət sayılmalıdır.

Cənnətin sonsuz gözəlliklərini düşünmək, Allahın cənnət vədinə görə sevinmək, cəhənnəmin bitməyəcək əzabından qorunmaq və bunu ağılda tutmaq möminin Allaha olan yaxınlığını və Quran əxlaqını yaşamaq istəyini artıran çox önəmli vəsilələrdir. Əks halda şeytan insanın unutqanlıq xasiyyətindən istifadə edərək onu axirət gününün varlığından qafil halda yaşatmaq istəyəcək. Mömin heç vaxt şeytanın bu tələsinə düşməməli, həmişə Hz.İbrahim kimi axirət yurdunu dərin-dərin düşünən və başa salan möminlərdən olmalıdır. Necə ki, Allah xalis axirət yurdunu xatırlayan, Allahın rizasını hər şeydən üstün tutan və din əxlaqını yaymaq üçün bütün həyatı boyunca ixlasla səy göstərən bu qiymətli qulu üçün "Bəqərə" surəsində bu şəkildə buyurur:

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır" ("Bəqərə" surəsi, 130).
(harun yahya Hz.İbrahim və hz.lut)

13- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, 1. cilt, 91-13