Zənginlik və əzəmətdən İslamın mənfəəti, Allahın rizası üçün istifadə etmələri



Hz.Süleyman sahib olduğu zənginliklərdən Allahın dinini anlatmaq və İslam əxlaqını dünyada yaymaq üçün çox gözəl şəkildə istifadə etmişdi. Fəth etdiyi ölkələrdə yaşayan insanları ilk olaraq Allaha iman etməyə və təslim olmağa dəvət etmişdi. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzuda çox mühüm bir sübutdur. "...Rəbbimin mənə verdiyi daha yaxşıdır..." ("Kəhf" surəsi, 95) ayəsindən də gördüyümüz kimi, Hz.Zülqərneyn də Allahın neməti ilə sağlam bir iqtidara sahibdir. Və bu böyük gücdən dünyada əxlaqsızlığı əngəlləmək üçün istifadə etmişdir.

"Qızıl əsr" mərhələsində də insanlar çox böyük bir zənginliyə, sülhə və rahatlığa qovuşacaqlar. Mehdi dünyanın bütün zənginliyindən Allahın dinini hakim qılmaq üçün yararlanacaq, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas götürəcəkdir. Onun tayı-bərabəri olmayan bu üsulları insanların ürəyinin İslam əxlaqına qarşı yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qısa müddət ərzində bütün dünyaya hakim olacaqdır. Bu mövzudakı hədislərdən bəziləri bu şəkildədir:

"Ümmətim arasında Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcəkdir. Ümmət nemətlənəcək, heyvanlar çoxlu yeyib-içəcək, ərz bitkisini çıxaracaq..." (Kitab-ül burhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.15).

"...Biətdən əvvəl insanlar dəstə-dəstə ona axın edəcəklər və ora gedən hər kəs ondan bərəkət qazanacaqdır" (Əl Kəvlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.25).

"De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan..." ("Ali-İmran" surəsi, 26).

"...Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!" ("Əraf" surəsi, 128).
(harun yahya Həzrəti Süleyman)