İnkarcıların Hərəkəti Hücumları

İnkarcı birliklər, tarix boyunca iman edənlərin Allah yolunda olmalarını, dini yaşamalarını və təbliğ etmələrini öz batil dinləri baxımından bir təhlükə olaraq görmüşlər. Bu səbəblə də çox vaxt inananları köhnəltmək üçün, yuxarıda bəhs etdiyimiz kimi lağ və böhtan kimi üsullara müraciət etmişlər. Bunların qeyri-kafi qaldığını gördüklərində isə hədələmə, həbs etmə, işgəncə etmə və yurdlarından zorla çıxarma kimi növ növ yollara əl atmışlar.

Möminlərin bu insanlar ilə etdikləri mübarizədə zaman zaman gördükləri pis rəftarlar inkarcı birliyin azğınlığının bir göstəricisidir. Buna qarşı möminlər qarşılaşdıqları bu tərz reaksiya və tətbiqləri hər vaxt xeyir gözüylə qiymətləndirmişlər; başlanğıcda pis görünən hadisələrdə Allahın bir çox gözəl nəticə dilədiyinin fərqindədirlər. Həqiqi yaxşılıq və xeyirə çatmanın çətin anlarda səbr etməyi və təvəkkül etməyi tələb etdiyini yaxşı bilərlər. Allah Müsəlmanların bu gözəl xüsusiyyətini bir ayəsində belə bildirmişdir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)

Əhzab Surəsində, Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşanan bir hadisənin izah edildiyi hekayəni təfəkkür etdiyimizdə də bu gözəl hikmətlərin bir qismini tapa bilərik. Söz mövzusu hadisədə, inkar edənlər tərəfindən hər istiqamətdən əhatə edilən möminlərin sınandıqları və şiddətli bir sarsıntıya uğradıqları bildirilmişdir. Beləsinə çətinlikli bir imtahan mühitində isə münafiqlər və ürəklərində xəstəlik olanlar müxtəlif bəhanələrlə qaçaraq özlərini bildirmişlər.

Belə bir anlar sayəsində mömin birliyinin içində uzun zamandır gizlənən, ürəklərində xəstəlik olan kəslər ilə münafiqlər ortaya çıxmışdır. Sanki insan bədənində gizlicə inkişaf edən bir xərçəng kimi hiyləgər bir quruluşlanma, belə bir çətinlik anında dağılmışdır. Allahın rəhməti və dəstəyi möminlər üzərində təcəlli etmişdir. Bu hadisədə, münafiqlərin çirkin rəftarına qarşılıq möminlər qarşılaşdıqları çətinlikdə böyük xeyirlər olduğunu görmüş, Allahın ayələrini yaşadıqları üçün imanları güclənmiş və Allaha olan bağlılıqları artmışdır:

Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı. (Əhzab Surəsi, 22)

Bu nümunədə görüldüyü kimi, çətinlikli bir hadisə möminlər üçün böyük bir xeyirə çevrilərkən, bu xeyiri təqdir edə bilməyən xəstəlikli insanların daha da inkara süründürmələrinə səbəb olmuş və onların əleyhinə dönmüşdür. Ayrıca bu hadisədə mömin birliyin pislərdən təmizlənməsinin yanında, bir başqa xeyirli istiqamət olaraq onlara zərər verməyə çalışan inkarcıların da bütün səyləri boşa çıxmışdır. Əhzab surəsində, inkarcıların heç bir xeyirə çata bilmədən, kin və hirsləri içində geri çevrildiyi belə xəbər verilmişdir:

Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Əhzab Surəsi, 25)
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)