Müsəlmanların Hicrəti

Lazım olduğunda bütün malını və mülkünü geridə buraxaraq hicrət etmək, Quranda bildirilən bir ibadətdir. Bu səbəblə Allah yolunda hicrət edən Müsəlmanlar yurdlarını tərk etmək vəziyyətində buraxılmalarını hər vaxt xeyir gözüylə qiymətləndirmişlər. Çünki Quranda ifadə eidldiyi üzrə, hicrət edənlər Allahın rəhmətini ümid edə biləcək kəslər arasında sayılmaqdadır:

Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə Surəsi, 218)

Cahiliyyənin məntiqi ilə düşünüldüyündə, bir adamın cəmiyyət təzyiqiylə evindən, yurdundan çıxarılması və ya tanımadığı bir yerə göndərilməsi, bütün həyatını alt-üst edəcək bir hadisədir. Amma əvvəlcə ifadə etmək lazımdır ki, Allahın dinini inkar edənlərin böyük bir qismindən mənfi qarşılıq görəcəkləri onsuz da inananlara əvvəldən bildirilmişdir. Bu səbəbdən Müsəlmanlar dinlərini tərk etmə istiqamətində bir məcbur etməklə qarşılaşdıqlarında, əslində Allahın ayələri təcəlli etməkdədir. Buna görə hicrət edən və ya yurdlarından zorla çıxarılan möminlər hər dövrdə böyük bir sevinc və şövq içində olmuşlar. Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşayan səhabələrin göstərdiyi üstün əxlaq və sarsılmaz təvəkkül bunun ən gözəl nümunələrindəndir.

Onlar Peyğəmbər Əfəndimiz (s.ə.s.)ə tabe olduqlarında Allahın özlərindən razı olacağını ümid etdikləri üçün hər cür çətinliyi gözə almışdılar. Müsəlmanların xeyiri üçün yurdlarından heç tərəddüd etmədən çıxmış, dünyaya istiqamətli bütün varlıqlarını geridə buraxa bilmişlər. Allah, onların bu gözəl əxlaqlarının və hadisələrə xeyir gözüylə baxmalarının bir qarşılığı olaraq onlara sonsuz cənnətini və rəhmətini vəd etmişdir. Şübhəsiz ki Allahın vədi haqqdır:

Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Al-İmran Surəsi, 195)

Hicrət edən Müsəlmanların, axirətdəki sonsuz əcrlərinin yanında, dünyada da bolluq və gözəllik ilə mükafatlandırılacaqları Quranda belə müjdələnmişdir:

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa Surəsi, 100)

Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!

(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir! (Nəhl Surəsi, 41-42)
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)