Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından...

Əvvəlki hissələrdə dediyimiz kimi, cahiliyyə cəmiyyətində insanların çoxu yaşadıqları cəmiyyətə, insanlarla olan əlaqələrinə, hətta ən yaxın dostlarına belə mənfəət gözü ilə baxarlar. Hər hansı bir çıxar mübahisəsi olduğunda isə, heç tərəddüdsüz öz mənfəətlərinə görə hərəkət edər və ən dəyər verdikləri insanları belə bir anda unuda bilərlər. Çünki bu insanlar üçün öz mənfəətlərini qorumaq hər şeydən və hər kəsdən öndə gələn bir mövzudur.

Möminlər üçün isə durum çox fərqlidir. Əvvəlcə, onlar üçün şəxsi mənfəət kimi müstəqil bir məqsəd yoxdur. Onlar üçün ancaq dinin və möminlərin mənfəətləri söz mövzusudur. Öz mənfəətləri onsuz da dinin və möminlərin mənfəətlərinin güdülməsi ilə ən mükəmməl şəkildə qorunmuş olar. Bunun xaricində dünyəvi mənada bir mənfəət qayğısı əsla çəkməzlər. Dünya həyatında onlar üçün ən əhəmiyyətli olan Allahın rizasını lap çox qazana bilməkdir. Çünki onlara dünyada və axirətdə faydalı olan burada əldə etdikləri mənfəətlər deyil, "Allahın rizası"dır. Allahın rizası isə, daima dinin və möminlərin mənfəətinə görə davranmaqdır. Odur ki, bunu dərk edən möminlər böyük bir şövqlə hərəkət edər və həmişə dinin mənfəətlərini düşünərlər.

Burada "dinin mənfəətləri" dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamaq faydalıdır. Allah dinini bütün insanlara bir yol göstərici olaraq göndərmişdir. Dinin gərəklərini, Quran əxlaqının gözəlliyini, İslamın insanlığa gətirdiyi maddi və mənəvi bütün faydaları digər insanlara bildirmək isə müsəlmanlara verilmiş bir məsuliyyətdir. Müsəlmanlar bu məsuliyyəti həm şəxsən özləri yaşayıb ətraflarındakılara nümunə olaraq, həm də şifahi və ya yazılı şəkildə insanlara izah edərək yerinə yetirərlər. Tək bir insanın axirətinin qurtuluşuna vəsilə ola bilmək müsəlmanlar baxımından əhəmiyyətli bir ibadətdir. Odur ki, burada dinin mənfəəti kimi nəzərdə tutulan ana mövzulardan biri budur. Müsəlmanlar dini təbliğ edə biləcəyi vəziyyətlərdə və cəmiyyətin və insanların maddi-mənəvi hüzura qovuşmasına, həmçinin pisliklərin, haqsızlıqların, zülmün, əxlaqsızlığın önünün kəsilməsinə vəsilə ola biləcəyi durumlarda əsla öz mənfəətlərini düşünməzlər.

Belə vəziyyətdə möminlər lazım gələrsə, öz haqlarından da imtina edərlər. Bəzilərinin ağlına müsəlmanların bu səmimi seçimləri səbəbi ilə "avam" davrandıqları kimi səhv bir düşüncə gələ bilər. Cəmiyyətdə tez-tez istifadə edildiyi kimi, "dünyanı qurtarmaq sənə qalıb?" kimi səhv bir məntiqlə düşünənlər ola bilər. Ancaq durum onların zənn etdiyi kimi deyil. Möminlər öz mənfəətlərindən imtina edərkən dünyaya yönələn hər hansı bir hesabı düşünməzlər. Onlar etdikləri fədakarlığın qarşılığını Rəbbimizdən daha gözəli ilə gözləyirlər. Bu səbəblə də böyük bir şövqlə xidmət edər, gözəl əxlaqı təbliğ edər, insanları əbədi qurtuluşa dəvət edərlər. Allah onların şövqlü qərarlılığına qarşılıq olaraq onlara imtina etdiklərindən daha xeyirlisini verəcəyini müjdələmişdir. Dolayısı ilə öz şəxsi mənfəətlərini bir kənara qoyub dinin mənfəətlərini güdən bir insan əslində dünya və axirətdə öz adına ən çox faydanı əldə etmiş olar. Çünki göstərdiyi şövq dolu davranışı ilə həm Allahın rizasını qazanar, həm də ayədə bildirildiyi kimi, "dünya və axirətdə gözəl bir həyatı" ümid edər.

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Nəhl surəsi, 97)

Möminlərin bu mövzudakı şövqlü davranışlarına gündəlik həyatın bir çox mərhələsində rast gəlmək mümkündür. Məsələn, çoxlu qazanc əldə etmək üzrə olan bir mömin cəmiyyətə və insanlara fərqli bir yöndə faydası olacağını görsə, heç tərəddüd etmədən öz işini bir kənara buraxıb daha təcili olan, ancaq özünə dünyaya görə heç bir mənfəət təmin etməyən xeyirli bir işə yönələ bilər. Yaxud öz ehtiyacları yönündə xərcləmək istədiyi pulu Quran əxlaqının izah edilməsi baxımından daha faydalı və səmərəli olacağını düşündüyü bir xeyir işinə dərhal yönləndirə bilər. Budur, şövq sahibi bir mömin belə bir hadisə qarşısında da öz işlərini tez bir kənara buraxıb heç bir çətinlik duymadan dinin xidmətinə qaçar.

Belə bir vəziyyətdə insanın böyük bir şövqlə öz haqlarından imtina etməsi bütün bunların özünə böyük qazanc olduğunu bilməsindən qaynaqlanar. Bəlkə maddi baxımdan əldə edə biləcəyi çoxlu gəliri göz ardı edər, hətta bəlkə də maddi bir itkiyə uğrayar, lakin hər şeydən önəmlisi tək qazanc olan "Allahın rizasını"nı qazanar. Ayrıca, mömin malı verənin də, alanın da Allah olduğunu bilir. Ona ruzi verən, malına bərəkət verən və ya qazancını artıran Allahdır. Dolayısı ilə iman edən bir insanın bu mövzuda narahat edən bir mövzu yoxdur. Allah Quranın "Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir..." (Yunus surəsi, 26) ayəsi ilə möminlərin göstərdiyi gözəl əxlaqa və şövqlü cəhdə qarşılıq onlara daha gözəlinin olduğunu bildirmişdir.

Bunu da ifadə etməliyik ki, möminlərin dinin mənfəətlərini öz mənfəətlərindən önəmli tutmaları yalnız maddi mövzular üçün keçərli deyil. Bəzən mənəvi yöndə fədakarlıq etmələri də söz mövzusu ola bilər. Məsələn, yorğun, ac və ya yuxusuz olduqları bir vaxtda xidmətə yönəlmələri lazım gələ bilər. Möminlər belə bir vəziyyətdə heç tənbəllik etmədən, ağır tərpənmədən şövqlə dərhal hərəkətə keçərlər. Çünki onlar maddi və ya mənəvi fədakarlıq etməyi bir çətinlik deyil, Allahın özləri üçün yaratdığı xüsusi bir fürsət kimi qiymətləndirərlər. Bunlar Allaha yaxınlaşmaq və Onun rizasını qazanmaq üçün can atan möminlərin şövqlə gözlədiyi mühitlərdir. Bu səbəblə, öz ehtiyaclarını qarşılaya bilmədiklərinə görə kiçik bir narahatlıq duymadan ən faydalı olan xidmətə doğru yönələrlər. Heç şübhə yoxdur ki, bu mövzuda göstərdikləri şövq və qərarlılıq imanlarının və dinə necə səmimi şəkildə sarıldıqlarının göstəricilərindəndir.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)