Şeytan möminlərə qorxaqlığı təlqin edə bilməz

Əvvəldə də qeyd etdiyimiz kimi, şeytanın iman edənlər üzərində heç bir gücü və təsiri yoxdur. Bu həqiqət bir ayədə bu cür bildirilir:

Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! (Hicr surəsi, 42)

Şeytanın gücü ancaq ona tabe olan azğınlara çatar, ancaq onları qorxudub öz təsirinə sala bilər:

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Mömin şeytanın oyunlarına və qurduğu tələlərə ağılla, cəsarətlə qarşılıq verər. Məsələn, şeytan mütləq inananları da zəiflətmək istəyəcək, aralarına düşmənçilik salmağa, onları şövqsüzlüyə, zəifliyə yönəltməyə çalışacaq. “... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər...” (Ənam surəsi, 121) ayəsi ilə xəbər verildiyi kimi öz tərəfdarlarını möminlərin üstünə göndərəcək. Lakin imanları çox güclü olan və şeytanın oyunlarını Quranın geniş izahları ilə bilən möminlər bu tələlərdən heç birinə düşməzlər. Şeytanın zəif hiylələrini o an başa düşərlər.

Möminlər şeytana və onun tərəfdarlarına qarşı çox cəsurdurlar. Şeytan onlara nə etdirmək istəyirsə əksini edərək qarşılıq verirlər. Şeytan zəifliyə, şövqsüzlüyə salmaq istəyirsə onlar daha da böyük şövqlə və qərarlılıqla dinlərinə bağlanırlar. Buna görə də inkarçıların təzyiqləri onları daha da gücləndirir və şövqləndirir. Möminlər bitib tükənməyən şövqləri ilə şeytanı hüsrana uğradırlar.
(harun yahya MöminlƏrin cƏsarƏti)