Kamil iman sahibinin ibadətləri



Kamil iman sahibi olan bir insan ibadətlərinə göstərdiyi dəqiqliklə özünü müəyyən edir. Allahın fərz qıldığı 5 vaxt namaz, oruc, dəstəmaz ibadətlərini həyatı boyunca (sağlamlıq şərtləri əlverişli olduğu müddətdə) şövqlə davam etdirir. Allah saleh Müsəlmanların ibadət şövqünü bir çox ayəsi ilə xəbər vermişdir:

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu - əməlisaleh ataları, zövcə**ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. (Rəd surəsi, 22)

O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. (Həcc Surəsi, 35)
(məqalə harun yahya)