Kamil imanın nəsib etdiyi üstün əxlaq



Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm surəsi, 4)

Allaha qəlbən iman edən hər insan Onun bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirər. Bunun nəticəsində də ortaya üstün bir əxlaq modeli çıxar. Məhz kamil iman sahibi olan möminin sahib olduğu da, Quran hökmlərinə itaət etməyin nəsib etdiyi bu üstün əxlaqdır.

İnsan gözəl və qiymətli olan bütün xüsusiyyətlərə ancaq Allahın hökmlərinə riayət etməklə sahib ola bilər. Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, dözümlülüyü, itaəti, təvazökarlığı, xoş münasibəti, şəfqəti, mərhəməti, qəzəbi məğlub etməyi və s. bir çox üstün əxlaq xüsusiyyətini əmr edir. Bunların əksinə olan bütün əxlaq pozuqluqlarını da açıq hökmlərlə qadağan edir.

Quranda təqdim edilən bu üstün əxlaqı yaşamaq isə insanın Allah qorxusunun şiddətindən, bu səbəbdən vicdanının səsini dinləməsindən asılıdır. Çünki bir insan Allahdan nə qədər çox qorxsa və vicdanının göstərdiyi doğrulara nə qədər tabe olsa, Allahın hökmlərinə o qədər itaət edər. Əksinə vəziyyətdəki bir adam isə Quran əxlaqını yaşamaqda stabillik göstərə bilməz. Allahın gözəl olaraq göstərdiyi əxlaqın bəzi xüsusiyyətlərini üzərində daşısa belə, mənfəətlərilə zidd düşdüyü anda tam fərqli bir xarakter göstərə bilər.

Məhz bu məqamda imani yetkinliyə çatmış insanların üstünlüyü ortaya çıxar. "Kamil iman" sahibi gözəl əxlaq nümunələrini həyatının hər anında, əsla imtina etmədən, digər insanlardan qat-qat daha çox və üstün bir şəkildə göstərər. O, səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən şiddətlisini yaşamağa cəhd göstərər. Və bu səbəblə də digər insanlar içərisində əxlaqi xüsusiyyətləri ilə önə keçər. Qurandakı ifadə ilə desək, "təqva sahiblərinə öndər" olar.

Əlbəttə, hər müsəlman üçün əsas hədəf belə üstün bir əxlaqa sahib olmaqdır. Əksinə, insan özünə bir sərhəd çəksə, özünü yetərli görən bir mövqeyə düşər. Quranın bir çox ayəsində insana özünü heç bir mövzuda yetərli görməməsi lazım olduğu öyrədilir. Bir ayədə insanın özünü yetərli görmənin adamı azdıracağına, yoldan çıxaracağına diqqət çəkilir:

Xeyr! İnsan, doğrudan da, həddini aşır özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)

Məhz bu səbəblə Allaha və axirət gününə inanan hər adamın Quranda əmr edilən əxlaqı gücünün yetdiyinin ən çoxu ilə yaşamağı hədəfləməsi lazımdır. Ancaq belə bir hədəfi olan adam cənnətə girməyi və sonsuz həyatını orada peyğəmbərlərlə, saleh möminlərlə, şəhidlik mövqeyinə çatmış və doğru sözlü insanlarla keçirməyi ümid edə bilər. Allah yalnız itaətin bu gözəl nəticəyə çatdıracağını xəbər vermişdir:

Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)
(məqalə harun yahya)