Kamil İman sahibinin fədakarlığı



Bir insanın heç bir əvəz gözləmədən qarşısındakı insanlar üçün fədakarlıq edə bilməsi ancaq Allahdan qorxması və axirətə inanması ilə mümkün olar. Çünki bu insanlar dünya həyatında göstərdikləri maddi-mənəvi hər cür səyin əvəzini Allahdan gözləyərlər. Məhz bu səbəblə də cahiliyyə insanlarının əksinə, kamil iman sahibləri hər mövzuda hamıya qarşı üstün fədakarlıq nümunələri göstərə bilərlər.

Cahiliyyə cəmiyyətində isə insanların böyük hissəsi incə bir fədakarlıq anlayışından uzaq olarlar. Bunun ən böyük səbəbi din əxlaqından uzaqlaşmalarından qaynaqlanan eqoizmləridir. Hər kəs birinci öz mənfəətini düşünər, digər insanların ehtiyacları isə ikinci plandadır.

Halbuki əsl imana sahib bir adamın əxlaqı və rəftarı bu insanlardan tamamilə fərqlidir. Bu insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Çünki ancaq nəfsinin sərhədsiz istəklərini məğlub edən, onu idarəsi altında tutan mömin digər möminlərə qarşı fədakar və incə düşüncəli davrana bilər. Belə ki, kamil iman möminlərin lazım olsa öz haqlarından da imtina edərək digər mömin qardaşlarını özlərindən daha üstün tutduqları bir əxlaqı gətirər. Əsl iman həqiqi təslimiyyət və həqiqi vicdan da budur. Bu mövzu ilə əlaqədar Quranda belə bir nümunə verilmişdir:

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

Ayədə bu şəxslər ehtiyac içində olsalar da, mömin qardaşlarının ehtiyac və istəklərini özlərininkindən üstün tutarlar. Göstərdikləri bu əxlaq yalnız müəyyən hadisələrdə ortaya çıxmır, bütün həyatlarına hakim olan bir rəftardır. Ən ac, yuxusuz, yorğun, qısacası fiziki baxımdan ən çətin vəziyyətdə olduqlarında belə heç bir tərəddüd etmədən birinci növbədə digər möminlərin ehtiyacını ödəyərək öz ehtiyaclarını ikinci plana ata bilərlər. Və bundan ötrü heç bir zaman üçün çətinlik duymaz, heç bir zaman fədakarlıq etmək üçün qarşı tərəfi minnət altında qoymazlar.

Cahiliyyə əxlaqına malik olan insanlar zəruri olaraq bir fədakarlıq etdikləri zaman mütləq qeyri-məmnun olduqlarını bildirərlər. Ya ibarəli bir sözlə, ya tərs bir baxışla, ya da çirkin bir rəftarla içlərində duyduqları qəzəbi və dözümsüzlüyü hiss etdirərlər. Halbuki əsl imana sahib olan bir insan heç bir zaman qarşı tərəfin, əslində onun üçün böyük bir fədakarlıq etməyini anlaması üçün tərs bir rəftar göstərməz. Əksinə, bunu qarşı tərəfə mümkün olduqca hiss etdirməməyə çalışaraq haqlarından keçərlər. Çünki onun üçün etdiyi gözəl rəftarı yalnız Allahın bilməsi kifayətdir. Bəzən qarşı tərəf fədakarlıq etdiyinin fərqinə belə varmaz.
(məqalə harun yahya)