Quranda kamil iman nümunələri: hz. Süleyman



Allah hz. Süleymanın səmimi imanını Quranda belə bildirir:

Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı. (Sad surəsi, 30)


Hz Süleymanın Quranda izah edilən vacib xüsusiyyətlərindən biri böyük güc, iqtidar və ehtişama sahib olması idi. Ona Allah Qatından bir çox üstün qabiliyyətlər verilmişdi. Hz. Süleyman ona verilən bu nemətlər üçün daim Allaha şükür edib, dua edərək ONA yönəlmişdi. Allah hz. Süleymanın dualarından birini Quranda belə bildirir:

"... “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)

Hz. Süleymanın digər səmimi duası belədir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. (Sad surəsi, 35)

Allah bu duasına görə hz. Süleymana dünyada xüsusi qabiliyyət, var-dövlət və elmdə üstünlük verdiyi kimi, onu axirətdə də ən gözəl şəkildə mükafatlandıracağını vəd etmişdir. Allah Quranda hz. Süleyman üçün belə bildirmişdir:

Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. (Sad surəsi, 40)

Hz. Süleymanın üstün və seçilmiş mövqeyə layiq görülməsi, əlbəttə, əlində olan maddi imkanları Allah rizası üçün istifadə etməsinə görə idi. Bu imkanlar onun Allaha yaxınlığının daha da artmasına, Allahı xatırlamasına vəsilə olmuşdur. Onun "... Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32) dediyi bir ayədə bildirilmişdir. Nemətlər və imkanlar nə qədər çox olursa-olsun, bunlardan ötrü təkəbbürlənməmək və lovğalanmadan yalnız Allaha yönəlmək ancaq kamil iman sahiblərinə xas olan xüsusiyyətdir. Allah hz. Süleymanın bu əxlaqını bütün insanlara nümunə göstərmişdir.
(məqalə harun yahya)