MİNNƏTDARLIQ DUYĞUSU



İnsandakı duyğulardan biri də minnətdarlıq, başqa sözlə "təşəkkür" duyğusudur. İnsan doğulduğu andan etibarən daima nemət yağışı ilə qarşı-qarşıyadır. Verilən nemətlər adətən hər hansı səbəblər vasitəsilə verildiyi üçün insan təşəkkür duyğusunu bu səbəblərə yönləndirməyə çox meyilidir. Halbuki bu duyğunun da gerçək mənada yönəldilməsi lazım olan tək varlığın Allah olduğu, Quranda dəfələrlə ifadə edilir. Quranda bu minnətdarlıq "şükr etmək" kimi göstərilir. Şükr etmək, vasitəçilər kim, ya da nə olursa olsun, bütün nemətləri göndərənin yalnız Allah olduğunun və hər məsələdə yalnız Ona möhtac olduğunun şüurunda olmaq, Ona qarşı təşəkkür və minnətdarlığını ürəkdən və dillə ifadə etməkdir.

Yalnızca Allaha şükr etmək, yalnızca Ona minnətdar olmaq ayədə həqiqi qulluğun göstəricisi olaraq bildirilmişdir.

Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin! (Bəqərə Surəsi, 172 )

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin! (Nəhl Surəsi, 114)

Ayələrdə Allaha şükr etmək, şirk qoşmadan qulluq etməyin şərti və göstəricisi olaraq ifadə edilir. Həqiqətən də, yalnız Allaha şükr edən şəxs bütün nemətlərin Allahdan gəldiyinin, hər şeyin Onun əlində, Onun idarəsində olduğunun, yəni Allahdan başqa ilah olmadığının şüurunda olar. Bütün nemətlərin Allahdan gəldiyinin şüurunda olan insan yeganə güc və qüvvət sahibinin Allah olduğunu, Ondan başqa ilah olmadığını fərqinə varan, qatqısız imana sahib insandır. Quranda təsvir edilən və təriflənən insan modeli də budur.

Duyğusal insanlarda isə vəziyyət tam əksinədir. Bu şəxslər sahib olduqları bütün nemətləri Allahın bunları yaradarkən vasitə etdiyi maddələrə və şəxslərə bağlayır və onlardan kömək umurlar. Onlara təşəkkür edir, onlara şükr etməyə çalışırlar. Qısacası Allahdan başqa güc və təsir sahibi sandıqları saysız saxta ilahlar əldə edirlər. Ağıllarını istifadə etmədikləri üçün, bütün bu saxta ilahları da, onların etdiklərini də Allahın yaratdığını və Allahın istəyi və əmri olmadan heç bir şey edə bilməyəcəklərini, heç bir şeyə güclərinin çatmayacağını görə bilmirlər.

Bu yanlış minnətdarlıq duyğusu, romantik insanlarda acizliyə səbəb olar. Özlərinə minnət etdikləri şəxslər (məsələn müdirləri, ailə böyükləri, zəngin bir qohumları kimi) qarşısında özlərini aciz hiss edir, bunu hərəkət və sözləri ilə göstərirlər. Bir möminə əsla yaraşmayan bu davranış, duyğusallığın insanlara verdiyi bir çox çətinlikdən biridir.
(məqalə harun yahya)