QƏYYUM (İdarə edib qüvvədə saxlayan)

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali-İmran Surəsi, 2)

Bəzi insanlar kainatdakı qüsursuz sistemin bir dəfə yaradıldığını və bundan sonra da özbaşına buraxıldığını düşünürlər. Bu səhv düşüncə həmişə deyilməsə də insanların şüur altında hakim olan ümumi fikirdir. Bu düşüncə özlərini Allaha qarşı məsul hiss etmək istəməyən, Allahın əmrlərinə tabe olmağı qəbul etməyən insanlar arasında bir növ qaçış yoludur. Belə düşündükləri zaman Rəbbimizə qarşı olan məsuliyyətlərinin azalacağını düşürlər.

Ancaq varlığın təməlində o qədər incə və həssas detallarla nizamlanmış qanunlar, səbəblər var ki, hər an üstün bir gücün idarəsi olmadan fəaliyyətlərini davam etdirmələri mümkün deyil. Görən, eşidən və görüb-eşitdiklərindən bəsirətlə nəticə çıxarmağı bacaran insanlar bu böyük gerçəyi dərhal görürlər. Necə ki, Fatır Surəsinin 41-ci ayəsində Allah göyləri və yeri Özünün saxladığını belə bildirir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) Həlimdir, Bağışlayandır! (Fatir Surəsi, 41)
Yuxarıdakı ayədən də göründüyü kimi kainatı Allah yaratmışdır və onu hər an nəzarəti altında saxlayır. Kainatdakı həssas tarazlıqların, fövqəladə incəliklərlə dizayn edilmiş sistemlərin davam etməsi Allahın idarəsiylə mümkündür. O diləməsə heç nə varlığını davam etdirə bilməz. Allah yoxdan var etdiyi kainatı 'Qəyyum' sifəti ilə qoruyub saxlayır. Bu gerçəyi xəbər verən ayələr belədir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə Surəsi, 255)

(O gün) üzlər (əbədi) Yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha Surəsi, 111)
(məqalə harun yahya)