O Allah olan ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox Ucadır. (Həşr Surəsi, 23)
Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları, onları yaradan Allahın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir. Məsələn: yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı nə olardı? Əvvəla yüngül əşyalar yer üzündə sabit dayana bilməzdi. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşacaqdı. Yağış damlalarının sürəti çox yavaşlayacaq, yerə enmədən yenidən buxarlanacaqdı.
Nümunə olaraq verilə biləcək bir başqa qanun Nyutonun Klassik cazibə qüvvəsi nəzəriyyəsidir. Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin içində olduqları həssas tarazlığı açıqlayır. Bu tarazlıqda yaranacaq ən kiçik bir pozulma, Dünyanın ya sürətlə Günəşə yaxınlaşıb istidən qovrulmasına, ya da Günəşdən uzaqlaşaraq kosmosa sürüklənməsinə və soyuqdan donmasına səbəb olacaq.
Bəs cismlər və səthlər arasında sürtünmə qüvvəsi yaradılmayan Dünya necə olardı? Qələm insanların əllərindən sürüşüb düşəcək, kitablar və dəftərlər stolun üzərindən sürüşəcək, stol döşəmənin üzərindən sürüşüb bir küncə çırpılacaqdı; qısası bütün cisimlər, bir səthə toxunana qədər sürüşəcək və diyirlənəcəkdilər. Sürtünmə qüvvəsi olmayan Dünyada bütün əlaqələr pozulacaq, mismarlar və vintlər yerlərindən çıxacaq, avtomobillərdə əyləc tutmayacaq, səs əsla dayanmayıb bir divardan o birinə əks-səda salacaqdı...
Allahın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər, şübhəsiz, sadəcə fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də insanın üzərində yaşadığı yer üzünün möhkəm və təhlükəsiz olmasıdır. Dünyanın mərkəzinə doğru endikcə istilik hər kilometrdə 30°C artır. Nüvədə bu istilik 4.500°C-yə kimi inanılmaz dərəcədə yüksəkliyə çatır. Yerin yalnız 1 km dərinliyinə istiliyin 60°C-yə yaxın olduğu düşündükdə bunun nə qədər böyük bir təhlükə olduğu açıq-aşkar görülür. Halbuki bütün canlılar çox rahat vəziyyətdə, ayaqları altında qaynayan maqmadan xəbərsiz halda həyatlarını davam etdirirlər.
Göründüyü kimi Allah, altında cox güclü od qaynayan Dünyanın səthində mükəmməl bir nizam yaratmışdır. Belə ki, Dünyanın heç bir yerində ən kiçik nizamsızlıq belə yoxdur. O, göyləri və yeri idarəsi altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. İnsanı isə daha döl halındaykən qorumaq üçün möhkəm bir yerə yerləşdirib onu müdafiə edib.
Görürük ki, insanların əksəriyyətinin təbii qarşıladığı bir çox xüsusiyyət əsasən Allahın qullarına olan mərhəmətinə və İlahi müdafiəsinə işarə edir. Çünki nizam-intizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırkı vəziyyəti üçün heç bir məcburedici səbəb yoxdur. Allah qoruyanların ən xeyirlisidir.
(məqalə harun yahya)
Yer imleri