MÜZİL (Zillətə salan, xor və alçaq edən)

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə Surəsi, 2)

Allahın inkarçıları "dünya əzabı"nın bir hissəsi olaraq xor və alçaq edir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:

Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər Surəsi, 25-26)

Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərir. Bu gerçəyə Quranda belə işarə edilib:

... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.
(Tövbə Surəsi, 14-15)

Quranda bizə bildirildiyinə görə Hz. Süleyman öz iqtidarında, inkarçıların ürəklərinə qorxu salmış, onları xor və alçaq etmişdir. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml Surəsi, 37)

Bundan başqa Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allahın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyrulur:

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf Surəsi, 20)

Allahın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzuyla əlaqədar ayələr belədir:

O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək. (Ğaşiyə Surəsi, 2)

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunus Surəsi, 27)
(məqalə harun yahya)