Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

MUVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    MUVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)

    MUVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)

    Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik. (Hud Surəsi, 109)

    İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah Qatında yazılır. Ən kiçik detal belə unudulmur. Ayəyə görə edilən iş "... (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır." (Loğman Surəsi, 16)

    Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:

    O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ Surəsi, 6-8)

    O gün kitablardakı əməllər hesab günü üçün xüsusi olaraq hazırlanmış həssas tərəzilərdə ölçüləcək. Allahın ədaləti qarşısında heç kimə zərrə qədər haqsızlıq edilməyəcək:

    Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya Surəsi, 47)

    Dünyada işlənən hər əməl, ən kiçik detallar belə əskik qalmadan bu tərəziyə qoyulacaq. Veriləcək qarşılıq bu həssas tərəzinin ağır tərəfinə görə olacaq:

    (O gün) kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə Surəsi, 6-11)

    Beləliklə, Allah öz ədaləti ilə hamının işlədiyi əməllərin qarşılığını tam olaraq verəcək. Digər tərəfdən Allah insanların dualarına və əməllərinə bu dünyada da qarşılıq verir. Bu, möminlər üçün böyük lütf ikən, inkarçılar üçün isə qorxlu tələdir. Allah ayələrində bu aldanışı belə bildirir:

    Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud Surəsi, 15-16)
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.