CƏNNƏTDƏ AİLƏ HƏYATI İLƏ ƏLAQƏDAR HƏDİSLƏR



"Ya Rəsulullah! Allahın: ' ərlərini sevən, həmyaşıdlar.' (Vaqiə Surəsi, 37) ayəsini söylə dedim.

"Onlar dünyada qoca, gözləri zəifləmiş, saçları ağarmış və zəif halda ölmüşkən, Allah onları cənnətdə bakirə, ərlərinin sevəcəyi, onlara aşiq və bağlı, həmyaşıd edəcək" buyurdu.

"Ya Rəsulullah! Dünya qadınlarımı üstündür, yoxsa iri gözlü hurilərmi?" dedim.

"Paltarın üzü astarından qiymətli olduğu kimi, dünya qadınları da hurilərdən üstündürlər" dedi.

"Niyə ya Rəsulullah?" dedim, belə açıqladı:

"Namazları, orucları və Allaha ibadətlərinə görə Allah onların üzlərini nurlandırar, özlərinə ipək paltarlar geydirər. Onların bədənləri ağ, paltarları yaşıl, zinətləri sarı, buxurdanlıqları inci və daraqları qızıldır. Onlar belə söyləyərlər:

"Biz burada əbədi qalacağıq. Biz şad və xoşbəxtik. Əsla kədərlənib sıxılmarıq. Başqa aləmə köçmədən həmişə burada qalacağıq. Biz bu halımızdan məmnunuq və hər şeyə razıyıq. Heç kimə əsəbləşməz və hirslənmərik. Necə xoşbəxtdir o kəslər ki,özlərinə yoldaş olmuşuq və onlar da bizə yoldaş olmuşlar." [Gənclik və Ölüm, s. 422-423]

Diqqət yetirsək, Quranda (Rəhman Surəsi, 70) və hədislərdə cənnət qadınlarının gözəl xasiyyətli olmalarına da diqqət çəkilmişdir. Bir başqa ayədə isə cənnətdəki insanların və olduqları mühitin gözəlliyi belə təsvir edilmişdir:.

Orada xoş xasiyyətli, gözəl qızlar vardır. (Rəhman Surəsi, 70)

Bir çox hədisdə isə cənnət əhlinin xüsusilə üz gözəlliyinə diqqət çəkilmiş, hətta bu gözəlliklərinin davamlı artdığı xəbər verilmişdir:

Cənnət əhlinin bir bazarı vardır. Hər Cümə ora gəlirlər. Şimal küləyi əsər, paltarlarını və üzlərini oxşayar. Bunun təsiriylə hüsün (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləliklə ailələrinə, daha da gözəlləşmiş olaraq dönərlər. Xanımları:

"Vallah, bizdən ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmış!" deyərlər. Kişilər də:

"Sizlər də Allaha and (and) olsun, bizdən sonra çox gözəlləşmisiniz." deyərlər. [(Müslim), Kutubu Sittə-14, s. 433/16]

İstəyənin Uşaq Sahibi Olması



Bir kimsə uşaq sahibi olmağı istəsə, bu da yenə cənnətə uyğun asanlıq və mükəmməllik içində reallaşar:

Mömin cənnətdə uşaq arzu etdiyi zaman; onun hamiləliyi, doğulması, yaşı bir anda olar. [Təzkirə-i Kurtubi-1, s. 55]

Bundan başqa cənnətdə uşaqlarla əlaqədar hədislərdə bunlar bildirilir:

Möminlərin uşaqları cənnətdə bir təpədədir. Onlar, qiyamətə qədər İbrahim (ə.s.) ilə arvadı Saranın himayəsindədir. [Ramuz əl-Ehadis-1, s. 73/2
(məqalə harun yahya)