DÜRÜSTLÜK



Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asanlıqla yalan söyləyə bilirlər. Bir insanın yalan danışdığının başa düşülməsi isə, əgər o adam bunu dürüstcə etiraf edib davranışını düzəltməmişsə, bu ona qarşı sevgi duyulmasına mane olur. Çünki yalan danışan insana hansı sözünün doğru, hansı sözünün səhv olduğunun bilinib-bilməməsinə görə etibar edilmir. İnsan güvənmədiyi birinə qarşı sevgi də duya bilməz.

Möminlər isə böyük bir itkiyə uğrasalar, ya da maddi-mənəvi zərərlə qarşılaşsalar belə heç vaxt yalana əl atmazlar. Onlar hər zaman, hər mövzuda dürüst və etibarlı əxlaq göstərən insanlardır.

Heç vaxt doğruları gizləməz, mənfəətlərinə görə doğruları təhrif etməz, yerinə yetirə bilməyəcəkləri sözü verməzlər. Həmçinin, İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü-kiçiyi də olmaz. Bu səbəblə möminlər heç bir zaman qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, nümayiş etdirmək, maddi qazanc əldə etmək, ya da hər hansı bir şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmazlar.

Bu gözəl əxlaq xüsusiyyəti ruhu sevgiyə yönəldən vəsilələrdən biridir. Çünki insanın ruhunda dürüst və doğru gördüyü insanlara qarşı dərhal bir sevgi meydana gəlir. Peyğəmbərimiz söhbətlərində möminlərin bir-birlərinə olan sevgisinin əhəmiyyətini ifadə etmiş və bu sevginin meydana gəlməsi üçün etibarlılığın yayılmasını buyurmuşdur:

Əbu Hüreyrə (radıyallahu ənh) izah edir: "Rəsulullah (s.ə.s.) buyurdular ki: "İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman etmiş olmazsınız! Bir-birinizi sevəcəyiniz şeyi xəbər verim mi? Aranızda salamı yayın!" (Müslim, İmân 93, (54); Ebû Dâvud, Edeb 142, (5193); Tirmizî, İsti'zân 1, (2589))
(məqalə harun yahya)