"YORĞUNAM, XƏSTƏYƏM" DEYƏRƏK ALLAHA IBADƏT ETMƏYƏNLƏR



İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri bəhanələrdən biri də fiziki narahatlıqlardır. Məsələn, Allaha ibadətdə istəksiz olan insan həqiqətdə xəstə olmadığı halda, "xəstəyəm, yorğunam" kimi bəhanələrlə özünü və ətrafındakıları aldadar və məsuliyyətlərini yerinə yetirməz. Halbuki bu adam unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allahdan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və şüuraltında gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi

"…Şübhəsiz Allah ürəklərdə olanları biləndir. ." (Ali-İmran Surəsi, 119)


Amma dindən və Quran əxlaqından uzaq insanlar, özlərinə Allahın razılığını və cənnətini qazanma fürsəti verilmişkən fiziki narahatlıqlarını bəhanə edərək, ibadətlərini bir tərəfə buraxar, nəfslərinə tabe olarlar. Bu səmimiyyətsizliklərinin qarşılığını isə axirətdə acı bir əzab olaraq alarlar. Çünki Allahın əmrlərini yerinə yetirməmə haqqında qarşıya qoyduqları bəhanələrdə səmimiyyətsizdirlər. Həqiqətən fiziki narahatlıqları olsa belə, Quranda bu kimi hallarla əlaqədar bir çox asanlıq tanınmışdır. Məsələn, oruc tutmaq Allahın insanlara fərz etdiyi ibadətlərdən biridir. Bu səbəbdən insanlar Allahın bu hökmünü yerinə yetirməklə məsuldurlar. İnsanların bu ibadəti yerinə yetirə bilməyəcəkləri halları isə yenə Allah ayəsində açıqca bildirmişdir:

(Oruc) sayı müəyyən olan günlərdir. Artıq sizdən kim xəstə və ya səfərdə olsa tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdır. Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, həm də fidyə verərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə Surəsi, 184)


Bu ayədə göründüyü kimi, Allah səfərdə olanın, xəstənin olduqları vəziyyəti xatırlatmış və onlara oruc ibadətini yerinə yetirmə haqqında asanlıq göstərmişdir. Ayənin davamında da qulları üçün ən xeyirli olan nə isə ona diqqət çəkmişdir. Bir sonrakı ayəsində isə Allah, yenə orucla əlaqədar bir asanlıq yolu daha bildirmiş və qulları üçün daim asanlıq dilədiyini xatırlatmışdır:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Bu aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) şükür edəsiniz. (Bəqərə Surəsi, 185)

Bu nümunədən də aydın olduğu kimi, Allaha səmimi olaraq iman edənlər üçün hər zaman bir asanlıq yolu mövcuddur. Çünki Allahın dini son dərəcə asandır; Allah insanlar üçün din əxlaqını yaşamalarında heç bir çətinlik istəməmişdir. Allah insanların nələrdə çətinlik çəkəcəklərini, hansı yükü qaldıra bilməyəcəklərini ən yaxşı biləndir. Quranda heç kimə gücü yetdiyindən artıq yükləməyəcəyini bildirmişdir:

Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin: (Çünki) insan zəif olaraq yaradılmışdır. (Nisa Surəsi, 28)

Heç kimə gücü çatmayan işi yükləmərik; əlimizdə haqqı söyləməkdə olan bir kitab vardır və onlara zülm olunmaz. (Mu'minun Surəsi, 62)

İnsanların çoxu isə Allahın mərhəmətinə və lütfünə qarşılıq son dərəcə nankorca bir əxlaq göstərərlər. Dünyaya olan ehtiras və bağlılıqlarına görə, ibadətlərini yerinə yetirməmək üçün davamlı olaraq başqa şərtləri bəhanə kimi irəli sürərlər. Əlbəttə bunu etməklə yalnız özlərini aldadar və zərərə salarlar. Çünki Quranda bildirildiyi kimi, Allah heç bir şeyə ehtiyacı olmayandır:

Əgər inkar edəcək olsanız ,şübhəsiz Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir! (Zumər Surəsi, 7)

Diqqət yetirin, siz də Allaha qulluq etməkdə bitərəf davranıb bəhanələr irəli sürməyin. Əsla belə bir səmimiyyətsizliyə yaxınlaşmayın. Unutmayın; səmimiyyətsiz bir bəhanəni insan ağlından keçirərkən belə, Allah bunu bilir.Siz bununla özünüzü aldadıb əyləndirərkən bir anda ölüm mələklərini yanınızda görsəniz, nə qədər çox istəsəniz də Allaha ibadət etmək üçün bir daha əsla geri qaytarılmazsınız. Allah Quranda, dünyada sağlam ikən ibadət etməkdən qaçan insanların hesab günü qarşılaşacaqları peşmanlığı və hiss edəcəkləri qorxunu belə bildirir:

Ayağın üstündən (örtünün) açılacağı və onların səcdəyə çağırılacaqları gün, artıq güc çatdıra bilməzlər. Gözləri 'qorxudan və dəhşətdən bərəlmiş', özlərini də zillət qucaqlayıb-əhatə etmiş olacaq. Halbuki onlar, (daha əvvəl) sapsağlam ikən səcdəyə dəvət edilərdilər. (Qələm Surəsi, 42-43)
(sitat harun yahya nə üçün özünü aldadırsan)