Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Aygün Kazımova mahnı sözleri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Aygün Kazımova mahnı sözleri

    Bakı qızları - Aygün Kazımova

    Bakının qara gözlü qızları,
    Ulduzlu şəhərin ulduzları,
    Sizlərə heyran olub çiçəklər,
    Yollarda qalıb, közərib.

    Siz könül odlayan,
    Siz ürək odlayan
    Arzusu xoş temiz,
    Gözəllərsiz..

    Bakının qara gözlü qızları
    Gülər üzlü qızları
    Şirin söz Bakı qızlarıı

    la-la-laa )

    Gəzib çox şəhərlər görmüşəm mən
    Baxıb, çox gözəllər görmüşəm mən
    Unutmadım heç zaman sizləri
    Mehriban Bakı qızları

    Siz könül odlayan,
    Siz ürək odlayan
    Arzusu xoş temiz,
    Gözəllərsiz..

    Bakının qara gözlü qızları
    Gülər üzlü qızları
    Şirin söz Bakı qızları

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Bir Payız gecəsi - Aygün Kazımova

    --------------------------------------------------------------------------------

    Bir payız gecəsi ne uzun oldu,
    Səhərim nə yaman gecikir mənim?
    Baharım gəlməmiş çiçəyim soldu.
    ...
    Budur qismətim

    Gözlərim gözünə dikilir sənin,
    Xəyalım yanına köçə bilməyir..
    ..

    Bu payız gecəsi yaman uzandı
    Yuxum tikan kimi baxtər gğözümə
    Bir fikir közərir,
    O fikri dandım..-
    Bir gecəlik həsrət ömürmüş, demək..

    Sirrimiz, sevdamız yatır dərində
    Özüm-özüm üçün, unudulmuşam,
    Mənim ki, intizar gecələrimdə
    Sənə özümdən də yaxın olmuşam...

    Bir fikir közərir,
    O fikri dandım..-
    Bir gecəlik həsrət ömürmüş, demək..

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Qoy işığı söndürüm - Aygün Kazımova

    --------------------------------------------------------------------------------

    Yanan işıq otağıma daşıyır sənsizliyi
    qoy işığı söndürüm
    Qaranlıq saçların kimi dağılsın yastığıma
    qoy işığı söndürüm
    Sənsiz dünyam tarimardır, dağınıq bir məkandır
    qoy işığı söndürüm
    Ayrılıq harayın olub,çırpınır otağımda
    qoy işığı söndürüm


    Sənsizliyim sabahıma bir sirdaş mənim
    Sənsizliyim gözlərimdə bir təlaş mənim
    Sənsizliyim Ümidimə bir yoldaş mənim
    Qoy işığı söndürüm



    Qısqanıram - Aygün Kazımova ft. Namiq Qaraçuxurlu

    --------------------------------------------------------------------------------

    Mən isteyirəm ki, açasan sən ureyini....

    Səninle görüşəndə ah, necə sərbəst oluram,
    Bəlkə de anlamıram, özüm özüme qesd oluram...
    Atiram iş-gucumu qollarinda mest oluram,
    Her işim yaxşi gedir, özümu bextever sanıram (2)

    Bəlkə mən düz eləmirəm, səne bu qədər bağlanıram. (2)
    Hələ tezdi səni mən yerə də, göyə də qisqanıram. (2)

    Çox şeyi danismiram qaraltmamaqçun qanini,
    Sən bilirsən sevirem canımdan artiq canini
    Elə hallarda olur ki görürəm nöqsanivi
    Danişim, danişmiyim içimde alisib yanıram...

    Aygün

    Mənim əməllərimi nöqsan hesab eylemisən,
    Amma bu böylə deyil hey yanıram, odlanıram (2)

    Bəlkə mən düz eləmirəm, səne bu qədər bağlanıram.
    Hələ tezdi səni mən yerə də, göyə də qisqanıram


    Mən istərəm, sən hər an məni anlayasan...(2)

    Namiq

    Yagisin damlasinin piciltisin izləyirəm,
    O deyir “Yar gelen yolları təmizləyirəm”
    Gecikirsən goruse səbr eliyib gözleyirəm,
    Gözüm yollarda qalir, kölgə dusur boylanıram (2)


    Bəlkə mən düz eləmirəm, səne bu qədər baglainıram
    Hələ tezdi səni mən yerə də, göyə də qisqanıram...


    Taliyir, parçaliyir koksumu suzgun baxisin,
    Sonra bir yare qoyur uste aci davranisin,
    Teki yagdirmiyasan basima hicran yagisin,
    Məne xosdu hele bu göz yaşımda islanıram..

    Aygün

    Aşiqe səbr eləmək, canansa naz yarasir,
    Sən dozub səbr eliyirsən baxıram xoşlanıram (2)


    Bəlkə mən düz eləmirəm, səne bu qədər bağlanıram.
    Hələ tezdi səni mən yerə də, göyə də qisqanıram

    Mən istərəm, sən sevgimize inanasan...(2)

    Namiq

    Elə bir vaxt gelecek ki, xos heyat gorsənecək.
    Çagiranda yarimi can deyerek dillenecək
    Hələ bilmir ne desin məni sevecek, oyrenecək.
    Dusunub özüm-özümu aldadiram, aldanıram...


    Bəlkə mən düz eləmirəm, səne bu qədər baglainıram
    Hələ tezdi səni mən yerə də, göyə də qisqanıram

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Matros - Aygün Kazımova

    --------------------------------------------------------------------------------

    Uzaq səfərdə idi,
    Gözü üfüqdə idi..
    Sahilə can atırdı,
    Sanki qəfəsdə idi..

    Sahilə çıxdı matros,
    Təzə eşq tapdı matros,
    Daha bir qəlb yandırıb
    Daha bir qəlb yandırıb
    Gəmiyə döndü matros!

    Neçə-neçə limanda,
    Sevgilisi var idi,
    Onun üçün hər gözəl,
    Onun üçün hər gözəl,
    Yeni bir aləm idi..

    Unudurdu bir anda,
    Köhnə sevgilisini,
    Qayğısızdı həyatda,
    Gəzirdi təzəsini...

    Nə biləydi o anda
    Elə bnir gün gələcək
    Elə həmin limanda,
    Elə həmin liamanda
    Həmişəlik sevəcək?...

    Sahilə çıxdı matros,
    Təzə eşq tapdı matros,
    Arzusun tapdı matros
    Səfərlərin birində,
    Səfərlərin birində
    Sahildə qaldı matros..

    Lakin bu məhəbbətin
    Qisməti başqa oldu,
    Bu dəfə isə adəti gözləyən özü oldu
    Neçə-neçə ürəyin,
    Həsrəti yada düşdü..
    Öz bəxtiylə barışın
    Özü özündən küsdü...

    Sahilə çıxdı matros,
    Təzə eşq tapdı matros,
    Daha bir qəlb yandırıb
    Daha bir qəlb yandırıb
    Gəmiyə döndü matros!

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Məktub - Aygün Kazımova

    --------------------------------------------------------------------------------


    Bu gün məktubunu tapdım,
    Yazmış idin onu ilk sevgilinə.
    Oxumadan cırıb atdım,
    Qorxdum birdən düşər sənin əlinə.
    İstəmədim düşünəsən,
    Qısqanıram səni yenə dünəninə.
    Bu gün məktubunu tapdım,
    Keçmişi qaytarıb qoydum yerinə......


    Olanlar oldu, keçənlərin nə faydası,
    Olanlar oldu, ağlamaq eşqin qaydası,
    Olanlar oldu, sən taleyimin nakam yazısı,
    Olanlar oldu, onu mənədək sevirdi,
    Olanlar oldu, men ki, bunları bilirdim.
    Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir......


    Bu gün məktubunu tapdım,
    Nəzər saldım ancaq ilk sətirinə.
    Yenə yaranı qanatdım,
    Ancaq inanırdım məni sevdiyinə.
    Xatirələri oyatdım
    Nə qədər ağır olsa da, bilə-bilə.
    Bu gün məkyubunu tapdım ,
    Yazmış idin onu ilk sevgilinə......


    Olanlar oldu, keçənlərin nə faydası,
    Olanlar oldu, ağlamaq eşqin qaydası,
    Olanlar oldu, sən taleyimin nakam yazısı,
    Olanlar oldu, onu mənədək sevirdi,
    Olanlar oldu, men ki, bunları bilirdim.
    Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir......

    Sənə qarşı məhəbbətimi, yox edir hasnsısa, xəlvəti məktub.Hər dəfə tapıram, cırıb atıram.Yenə məktubu olmuş növbəti məktub.Mənim arzularım başqa cür idi : tək mənə deyəsən Sevirəm səni.....Mən nə istəyirəm hardan biləsən ? Sən nə istəyirsən heç bilmirsən özün, bilmirsən.....


    Olanlar oldu, keçənlərin nə faydası,
    Olanlar oldu, ağlamaq eşqin qaydası,
    Olanlar oldu, sən taleyimin nakam yazısı,
    Olanlar oldu, onu mənədək sevirdi,
    Olanlar oldu, men ki, bunları bilirdim.
    Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir.....

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    İtgin Gəlin

    --------------------------------------------------------------------------------

    Ölüm bu dünyanın o üzündədi,
    Bu üzü dünyanın güldü, çiçəkdi.
    Ölməzlik məhəbbət zirvəsindədi,
    Məhəbbət əbədi ömür deməkdi.

    Sızlama ürəyim, sən dözümlü ol,
    Bu dünya həm acı, həm də şirindi.
    Bir gözlə sən ağla, bir gözünlə gül,
    Bu dünya əzabına dözənlərindi.

    Hicranın yolları bitməz, tükənməz,
    Vüsal yollarına qar ələnibdir.
    Ömrümü eşqinə qurban deyən kəs,
    Xəyanət əliylə güllələnibdir.



    Göz yaşımı yar silə
    Dəryada üzən canım, yarsız tək gəzən canım,
    Baş götürüb gedəcək hər şeydən bezən canım.

    Könlüm açılıb-gülə, yar şadlana,yar gülə,
    Arabir ağlayardım, göz yaşımı yar silə.


    Yarımın özü xəstə, eşq tərlanım qəfəsdə.
    Bir “hə” sözündən ötrü göz yolda.qulaq səsdə.

    Kaş sənsiz tək qalmayam, eşq oduna yanmayam.
    Səninlə birgə yatıb, yuxudan oyanmayam.

    Qəlbim yanır günahsız, gecələr də çıraqsız,
    Dünya nura boyanar mənim olsa ALLAHsız.

    Saçı dağ şəlaləsi, dodağı nar giləsi.
    Həsrət ilə gözlərəm, yar yanıma gələsi.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Məhəbbətə hə, xəyanətə Yox

    --------------------------------------------------------------------------------

    Mənimsən bilirəm, xəyallarla gəlmisən yanıma.
    Sevirsən bilirəm, muradımsan, tək arzumsan...
    Uçursan görürəm, qanadlanıb gəlirsən yanıma.
    Duyursan görürəm..Uzaqdasan, yaxındasan sən.

    Yuxularıma, sənsizlik qatıb için-için ağladığım o sonsuz gecələri,
    Xəyanəti ürəyimnən atıb, uzun-uzun düşündüyüm yuxusuz gecələrim.
    İnanmağımı istəyirdin mənim, yalan deyirdi dilin...Bağışlayar ürəyim.
    Bircə Şərtim Var Mənim.

    Məhəbbətə hə, xəyanətə Yox!
    Sözlərini seç danışma belə.
    Yalanlara Yox! Məhəbəttə Hə!
    Qulağını aç DiQQətlə dinlə...
    Məhəbbətə hə, xəyanətə Yox!


    Seninle

    --------------------------------------------------------------------------------

    Nə olar məni də özünlə apar,
    Qoyma bu dünyada mən tənha qalım.
    Məni də kədərin əlindən qurtar,
    Səninlə dünyanın sevincin dadım.

    Sevgilim sən məndən ayrılıb getsən
    Apar bu ürəyimi, özünlə apar.
    Olsan da dünyanın harasında sən
    Səni məhəbbətim axtarıb tapar.

    Dünya nə gözəldir, xəyaldan gözəl,
    Sevincdən gözlərim dolmaq istəyir.
    Ürəyim uşaqtək öyrəşib sənə,
    Həmişə səninlə qalmaq istəyir...

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Gəl Yarım

    --------------------------------------------------------------------------------

    Seni görüb sənsiz qalan bir sevgini yaşadım
    Sen ayrılıb getdiyin gün yalqız qalıb ağladım
    Heç bilmirəm nədən oldu başqa bir yol qalmadı
    Sən bilmədin bilki o zaman sənsiz günüm olmadı

    Hər gün keçib o yollardan düşünürdüm mən səni
    Dedim bir gün qayıdarsan sən duyarsan sevgimi

    Səni görüb səninlə yenidən o bir itən arzumdu sevinən
    Səni görüb ömrümdə yenə mən ayrılmaram inan bu sevgidən

    GƏL YARIM! Sənin yolunda bir ömrüm var odlanan
    GƏL YARIM! Sənin yolunda bir sevgim var yaşanan
    GƏL YARIM! Mənim dünyamda öz yerin var hər zaman
    GƏL MƏNİM SEVGİLİ YARIM SƏN MƏNİMSƏN HƏR ZAMAN!



    Aygun Kazimova-Sevmerem

    --------------------------------------------------------------------------------

    Yenə gəldin,dünya döndü gözümdə
    Ürəyimi birdə alma, get..!
    Yanıb,kül olmuşam yoxdur közüm də
    Yenə məni dərdə salma, get!

    Sevmərəm səni yenə birdə, bir daha
    Bacarmam, sevmərəm
    Dönmərəm, sənə yenə birdə,bir daha
    Bağışla, sevmərəm

    Tale bizi atdı ayrı yollara
    Gör cavabsız neçə sual var
    Həsrət bizi saldı haldan hallara
    Bizə qalan oldu xəyallar

    Sevmərəm səni yenə birdə, bir daha
    Bacarmam, sevmərəm
    Dönmərəm, sənə yenə birdə, bir daha
    Bağışla, sevmərəm

    Ağlama yenə belə sən, qürurun sınmasın
    Ağlama yenə belə sən, ürəyin yanmasın

    Bağışla, sevmərəm

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Bu sevgi

    --------------------------------------------------------------------------------

    Aramızda nə qalır ki,
    Bir keçilməz dərya var.
    Yadımızda nə qalır ki,
    Bir yozulmaz röya var.

    Səni məndən kim alar ki,
    Qismətinə kim qalar ki,
    Mənim olsan nə olar ki,
    Dağılmaz ki bu dünya.

    Bu çalınan nə kamandır,
    Ürəyimin telləri.
    Görüşmürük nə zamandır
    Saymaq olmur illəri.

    Bilməz idim sinəmdəsən,
    Bu kimsəsiz aləmdəsən.
    Qarşılaşsan mənimlə sən
    Dağılmaz ki bu dünya.



    Aygun Kazimova - Bitməyəydi heç zaman

    --------------------------------------------------------------------------------

    Bu könlümün sevdası,gözlərimin röyası
    Eşqimin macərası bitməyəydi heç zaman
    Bu könlümün sevdası,gözlərimin röyası
    Eşqimin macərası bitməyəydi heç zaman

    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Taleyimin sevinci bitməyəydi heç zaman

    Cahana məhəbbətim,dostlara sədaqətim
    Mənim arzu-niyyətim bitməyəydi heç zaman
    Cahana məhəbbətim,dostlara sədaqətim
    Mənim arzu-niyyətim bitməyəydi heç zaman

    Qəmli həm şad günlərim,eşqlə keçən günlərim
    Bu yaşanan illərim bitməyəydi heç zaman
    Qəmli həm şad günlərim,eşqlə keçən günlərim
    Bu yaşanan illərim bitməyəydi heç zaman

    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Taleyimin sevinci bitməyəydi heç zaman

    Cahana məhəbbətim,dostlara sədaqətim
    Mənim arzu-niyyətim bitməyəydi heç zaman
    Cahana məhəbbətim,dostlara sədaqətim
    Mənim arzu-niyyətim bitməyəydi heç zaman

    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Həyat dürdür,bir inci,sevgin mənə bir inci
    Taleyimin sevinci bitməyəydi heç zaman
    Taleyimin sevinci bitməyəydi heç zaman

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Aygün Kazımova mahnı sözleri

    Aygun Kazimova - Bilmədim

    --------------------------------------------------------------------------------

    Nə sən durub - dayanmadın,
    Nə mən saxlaya bilmədim.

    Gözlərinə baxan kimi
    Anladım ki,vurulmuşam.
    Bu dünyada təkcə sənin,
    Sənin üçün yaranmışam.
    Nəqarət:
    Nə sən durub-dayanmadın,
    Nə mən saxlaya bilmədim.
    Nə sən məni axtarmadın,
    Nə mən araya bilmədim.

    İllər gəldi,keçdi zaman,
    Mən səni unuda bilmədim.
    Bu doğruydu,yoxsa yalan
    Mən anlaya bilmədim.



    Aygun Kazimova - Deki Deki

    --------------------------------------------------------------------------------

    Ara ara axtar yarı külək
    Deki deki inat etmə əl çək
    Deki deki buna dözmür ürək
    Deki deki ona qalmışam tək

    Onu hər an gözləyirəm
    gəlişini izləyirəm
    Ay deki deki deki deki deki deki darıxıram

    Deki deki deki qalmışam tək
    Deki deki deki dözmür ürək

    O gedənnən tənha qaldım
    hər an onu yada saldım
    Ay deki deki deki deki deki deki darıxıram

    Deki deki deki qalmışam tək
    Deki deki deki dözmür ürək

    Yar sözünü duyana dək
    Dayanmadan əs ey külək
    Ay deki deki deki deki deki deki darıxıram

    Deki deki deki qalmışam tək
    Deki deki deki dözmür ürək



    Aygun Kazimova - Eşqin düşkünü

    --------------------------------------------------------------------------------

    Yerişin nəydi, nəydi gülüm
    Qamətimi əydi, əydi gülüm
    Xəbərsiz, soraqsız gedib
    Ürəyimə dəydin gülüm.

    Ömür yollarda köç kimi
    Sevdasız ömür heç kimi
    Fələyə, fələyə can verməsəm də
    Olmuşam, olmuşam eşqin düşkünü.

    Ürəyim bir də gülməz daha
    Bu dərdimi kimsə bilməz daha
    Gecə-gündüz ağlaram
    Yar gözümü silməz daha.

    Sənsizəm səni ana-ana
    Ürəyimdə tab yox bu hicrana
    Gözlərim yolunu gözlər
    Həsrətinə yana-yana.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.