Böyük Britaniyada neftin bir barelinin qiyməti 66,50 dollara, ABŞ-da isə 64,04 dollara çatıb

Ötən gün dünya bazarlarında neftin qiymətində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, London və Nyu-York birjalarında müvafiq olaraq qara qızılın qiyməti 1,12 və 0,48 dollar artıb. Beləliklə, Böyük Britaniyada neftin bir barelinin qiyməti 66,50 dollara, ABŞ-da isə 64,04 dollara çatıb.
Ekspertlərin fikrincə, neftin qiymətindəki artım ilk növbədə neft bazarlarında əsas hesablaşma vahidi olan dolların kursunun aşağı düşməsi ilə bağlıdır. Bu vəziyyət investorları vəsaitlərini xammala, ilk növbədə isə xam neftə yatırmağa vadar edir. /ANS PRESS/