Əlavə Dəyər Vergisi ƏDV nədir və necə tətbiq olunur?
Respublikada tətbiq olunan 9 vergi növündən biri olan əlavə dəyər vergisi (ƏDV) öz iqtisadi mahiyyətinə görə istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. ƏDV-nin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən bu vergi birbaşa olaraq konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prossesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. Belə şəraitdə ƏDV konkret istehsalat üçün neytral xarakter kəsb edir. Bundan əlavə ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prossesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. ƏDV-nin hesablanmasına gəldikdə isə, vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini təsdiq edən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir.
Yer imleri