Hüquqi şəxs kimi qeydiyyatdan keçmək üçün sənədlər
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli № 560-IIQ nömrəli Qanununun müddəalarına uyğun olaraq kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün həmin hüquqi şəxsin təsisçisi (və ya təsisçiləri) Vergilər Nazirliyinin müvafiq strukturuna ərizə ilə müraciət etməlidir. Nəzərinizə çatdıraq ki, kommersiya hüquqi şəxs təsis edildikdə respublika üzrə müvafiq sənədlərin təqdim ediləcəyi ünvanlar haqqında məlumatı buradan əldə edə bilərsiniz. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır: - təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; - təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; - ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. - təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Eyni zamanda, ərizəyə aşağıdakı sənədlər əlavə edilir: - təsis sənədləri: hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar; - dövlət rüsumunun ödənilməsi haqqında sənəd; - təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. - təsisçi fiziki şəxs olduqda—onun şəxsiyyətini təsdiq edən sənədin surəti; - hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd; - qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.
Menbe: Vergiler Nazirliyi Saytı
Yer imleri