1 sonuçtan 1 ile 1 arası
-
09-10-2010, 12:23 PM #1
Bloq Günü qeyd olunur
2005-ci ildən etibarən 31 avqust tarixi dünyada Bloq Günü (BlogDay) kimi qeyd olunur.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qərbdə yaradılmış bu bayram hələlik elə də populyar deyil, lakin buna baxmayaraq ildən-ilə daha çox internet istifadəçisi bu tarix haqqında öyrənir və bloqqerləri təbrik edir.
Bu gündə bloqqerlər öz oxuyucularına bir-birləri haqqında məlumat verə bilir. Hər bir bloqqer öz yazısında 5 müxtəlif tematikalı bloqa istinad verir.
Bayramın məhz avqustun 31-də qeyd olunmasına isə Blog sözünün 3108 rəqəmi ilə yazılışlarında oxşarlıq səbəb olub.
LENT


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri