«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) 2009-«Uşaq İli»ində uşaq hüquqları və gənclər sahəsində fərqlənən nominantların adlarını açıqlayıb. Fərid Şahbazlının sözlərinə görə, nominantlar il ərzində aparılan monitorinq və sorğular əsasında müəyyənləşdirilib. F.Şahbazlı deyir ki, 2009-cu ilin ölkə başçısı tərəfindən «Uşaq İli» elan olunması baxımından bu il açıqlanan nəticələr xüsusi ilə əhəmiyyətlidir.
Belə ki, «Gənc Liderlər» UGT-nin açıqladığı nəticələrə görə, Azərbaycan prezidenti İlham Əliyev «Uşaq İli»nin elan olunmasında, uşaqların təhsil, sosial-məişət problemlərinin dövlət səviyyəsində həllində, onların beynəlxalq arenaya inteqrasiyasının təmin edilməsindəki roluna görə «İLİN ADAMI» adına layiq görülüb.
Milli Məclisin üzvlərindən spiker Oqtay Əsədov, Mehriban Əliyeva, Aydın Mirzəzadə, Əhməd Vəliyev, Elmira Axundova, Nazim Məmmədov və Rauf Əliyev «İlin Millət vəkili» adına layiq görülüblər.
DİN-in Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov «İlin ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri» adına layiq görülüb.
«Bilik» Tədris və İncəsənət Mərkəzinin direktoru Səyyar Əliyev «İlin Xeyriyyəçisi», «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə «İlin Gənci» nominasiyası üzrə fərqlənib.
Media ilə bağlı seçimlərə gəldikdə isə, Fərid Şahbazlı qeyd edib ki, «Səs» İnformasiya Agentliyi(SİA)«İlin Agentliyi», «Space» televiziyasının «Hər Gün» İnformasiya Proqramı isə «İlin televiziya proqramı» adına layiq görülüb.
Qeyd edək ki, nominatların təltif olunması ilə bağlı mərasim 16 dekabrda «Trend» Xəbərlər Şirkətində keçiriləcək.
Yer imleri