8 sonuçtan 1 ile 8 arası

Türkiyə və Ermənistan nəyə imza atdılar?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Türkiyə və Ermənistan nəyə imza atdılar?


    Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Protokolun tam mətni

    1-ci Protokol

    “Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası, eyni gündə imzalanan “Münasibətlərin inkişaf etdirilməsi haqqında Protokol”da nəzərdə tutulduğu formada xalqlarının faydasına xidmət etmək məqsədilə yaxşı qonşuluq əlaqələri qurmağı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyi arzulayaraq, BMT Xartiyası, Helsinki Yekun Sənədi, Yeni Avropa üçün Paris Xartiyası çərçivəsindəki öhdəliklərin istinad edərək,

    İkitərəfli və beynəlxalq əlaqələrində, bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, torpaq bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət göstərəcəkləri və bu prinsiplərə hörmət göstərilməsini təmin edəcəkləri istiqamətindəki təəhhüdləri bir daha təsdiqləyərək,

    İki ölkə arasında etibar və etimad mühiti yaradılmasının və bunun muhafizə edilməsinin, bütün bölgədə sülhün, təhlükəsizliyin sabitliyin güclənməsinə çalışacağını, güc istifadə edilməsindən ya da güc istifadə etmək təhdidindən imtina etmək, anlaşılmazlıqların slüh yolu ilə həlli, insan haqlarının və fundamental azadlıqların qorunmasının əhəmiyyətini nəzərdə tutaraq,

    İki ölkə arasındakı mövcud sərhədin beynəlxalq hüququn əlaqəli andlaşmalarında göstərildiyi formada qarşılıqlı olaraq tanındığını təsdiq edərək, ortak sərhədin açılması xüsusunda aldıqları qərarı vurğulayaraq,

    Yaxşı qonşuluq əlaqələri anlayışı ilə uyğun gəlməyən hər hansı bir siyasət yürütməyəcəklərinə dair təəhhüdlərini təkrar edərək, hansı səbəbdən olursa-olsun terrorizmin bütün formalarını, zorakılığı və ifratçılığı qınayaraq, bu cür hərəkətlərin təşviqindən və ya buna yol verilməsindən qaçınılacağını və bunlara qarşı mücadilədə işbirliyinə gediləcəyini təəhhüd edərək,

    Ortaq mənafelər və xoş niyyət zəminində, sülh, qarşılıqlı anlayış və uyğunlaşdırılmış fəaliyyət qurulması üçün yeni bir model inkişaf etdirmək və istiqamətləri bəlli etmək iradələrini bir daha təsdiq edərək, 1961-ci il tarixli Diplomatik Əlaqələrə Dair Vyana Müqaviləsinə uyğun olaraq, bu Protokolun qüvvəyə mindiyi tarixdən etibarən diplomatik əlaqə qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçilik açılması xüsusunda anlaşmışlar”.

    Mətndə “protokolun və imzalanan digər protokolun eyni gündə və əsasən razılaşdırma sənədlərinin mübadiləsini təqib edən ilk ayın ilk günü qüvvəyə minəcəyi” bildirilir.

    Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında “Türkiyə Cümhuriyyəti ilə Ermənistan Respublikası İsveçrənin dəstəyilə ortaq cəhdlərini sürdürmək məsələsində qərarlıdırlar” deyilir.

    2-ci Protokol

    Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi, iki tərəfin imzaladığı “Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası Arasında Münasibətlərin İnkişaf etdirilməsinə dair Protokol” ilə qərarlaşdırılıb.

    İki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol ilə birlikdə imzalanan əlaqələrin inkişaf etdirilməsi protokolu, Türkiyə ilə Ermənistan arasında əlaqələri hər sahədə inkişaf etdirməyi hədəfləyir və bu çərçivədə bəzi addımlar atır.

    Bu addımların başında ortaq sərhədin protokolun qüvvəyə minməsindən sonrakı 2 ay içində açılması yer alır. İki ölkə bundan başqa müxtəlif sahələrdə komissiyalar yaratmağı qərarlaşdırarkən, beynəlxalq mütəxəssislərin də iştirakı ilə tarixi aspektə yönəlik bir alt komissiya qurulur.

    “Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası, eyni gün imzalanan Türkiyə Cümhuriyyəti və Ermənistan respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokola əsaslanaraq, ikitərəfli münasibətlərin qarşılıqlı faydalara hörmət və etibar əsasında inkişaf etdirmək hədəflərini göz önündə tutaraq, ikitərəfli əlaqələrin iki ölkənin ortaq mənafeləri əsasında, siyasi, iqtisadi, enerji, rabitə, elmi, texniki, mədəni və digər sahələrdə inkişaf etdirməyə və irəlilətməyə qərarlı olaraq, Beynəlxalq və regional təşkilatlarda iş birliyinin, iki ölkə arasında xüsusilə BMT, ATƏT, Avropa Şurası, Avropa-Atlantik İş birliyi Şurası və QDİƏT çərçivəsində inkişaf etdirilməsinə dəstək verərək, , İki dövlətin bölgədə demokratik və real inkişafın təmin edilməsi, regional sabitlik və etibarın artırılması üçün iş birliyi qurmaq istiqamətində ortaq məqsədlərini diqqətə alaraq, regional və beynəlxalq münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülhpərvər şəkildə həll olunması xüsusundakı təəhhüdlərini təkrarlayaraq, Terrorizm, transmilli cinayətlər, narkotik və silah qaçaqmalçılığı kimi regiona və dünya təhlükəsizliyi və sabitliyinə yönəlik təhdidlər məsələsində beynəlxalq ictimaiyyətin cəhdlərini dəstəkləməyə hazır olduqlarını yenidən vurğulayaraq,

    1. Bu Protokolun qüvvəyə minməsindən etibarən 2 ay ərzində ortaq sərhədin açılması xüsusunda anlaşırlar,

    2. Hər iki ölkənin xarici işlər nazirlikləri arasında nizamlı siyasi əlaqələr yaradılması, İki xalq arasında qarşılıqlı etimad yaradılması məqsədilə, mövcud problemlərin tanımlanmasına və tövsiyələr verməsinə yönəlik olaraq, tarixi qaynaq və arxivlərin tərəfsiz elmi araşdırılmasının da daxil olacağı bir dialoqun başlanması, İki ölkə arasında mövcud rabitə, əlaqələr, enerji infrastrukturu və şəbəkələrindən istifadə edilməsi və bu yöndə tədbirlər görülməsi, İki ölkə arasında işbirliyini gücləndirmək məqsədilə ikitərəfli hüquqi çərçivənin inkişaf etdirilməsi, Müvafiq qurumlar arasında əlaqələrin dəstəklənməsi və mütəxəssis və tələbə mübadiləsini təşviq etmək yoluyla elm və təhsil sahələrində əməkdaşlıq edilməsi və iki tərəfə aid mədəni irsin qorunması və ortaq layihələrin başlanması məqsədilə hərəkətə keçilməsi, İki ölkənin vətəndaşlarına zəruri yardımı və mühafizəni təmin etmək üçün 1963-cü il tarixli Konsulluq Əlaqələrinə daie Vyana Müqaviləsi əsasında konsulluq sahəsində əməkdaşlıq təsis edilməsi, İki ölkə arasında ticarət, turizm və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlər görülməsi, Ekologiya məsələlərinə dair dialoq başlanması və əməkdaşlığın gücləndirilməsi xüsuslarında anlaşırlar.

    3. Bu Protokolun 2-ci bəndində ifadə edilən öhdəliklərinin sürətli şəkildə yerinə yetirilməsini təmin etmək üçün alt komissiyaları da ehtiva edən Hökumətlərarası ikitərəfli Komissiyanın qurulması xüsusunda anlaşırlar. Hökumətlərarası Komissiyanın və alt komissiyaların qaydalarını hazırlamaq üçün bu Protokolun qüvvəyə mindiyi gündən 2 ay sonra iki xarici işlər nazirliyində bir işçi qrupu yaradılacaq. Bu fəaliyyət qaydaları, bu Protokolun qüvvəyə minəcəyi 3 ay ərzində nazirlər səviyyəsində razılaşdırılacaq. Hökumətlərarası Komissiya qeyd edilən fəaliyyət qaydalarının qəbul edilməsindən dərhal sonra ilk toplantısını keçirəcək. Alt komissiyalar bu andan etibarən ən geci 1 ay ərzində fəaliyyətə başlayacaq və vəzifələrini yerinə yetirənədək fasiləsiz olaraq çalışacaq. Lazım gəldiyi hallarda alt komissiyalara beynəlxalq mütəxəssislər də qatılacaq”.

    Protokolun Əlavə sənədi

    Protokolun əlavə sənədində də münasibətlərin necə inkişaf etdiriləcəyinə dair ünsürlər və vaxt sxemi yer alır:

    Atılacaq addımlar:

    1. Ortaq sərhədin açılması: Türkiyə Cümhuriyyəti ilə Ermənistan respublikası arasında İkitərəfli Münasibətlərin İnkişaf etdirilməsinə dair Protokolun qüvvəyə minməsindən sonra iki aylıq müddət içində

    2. İki xarici işlər nazirinin sədrliyi ilə Hökumətlərarası Komissiyanın və alt komissiyaların fəlaiyyət qaydalarını hazırlamaq üçün İşçi Qrupun yaradılması: Protokolun qüvvəyə mindiyi gündən 2 ay sonra

    3. Hökumətlərarası Komissiyanın və alt komissiyaların fəaliyyət qaydalarının nazirlər səviyyəsində razılaşdırılması: Protokolun qüvvəyə minməsindən sonra 3 ay ərzində

    4. Hökumətlərarası Komissiyanın ilk toplantısının keçirilməsi: fəaliyyət qaydalarını nazirlər səviyyəsində razılaşdırılmasından dərhal sonra

    5. Aşağıdakı alt komissiyaların fəaliyyətə başlamaları:

    - siyasi əlaqələr alt komissiyası;

    - rabitə, nəqliyyat və enerji infrastruktur və şəbəkələri alt komissiyası;

    - hüquqi mövzular üzrə alt komissiya;

    - elm və təhsil alt komissiyası;

    - ticarət, turizm və iqtisadi əməkdaşlıq alt komissiyası;

    - ekoloji problemlər üzrə alt komissiya;

    - tarixi məsələlər üzrə alt komissiya iki xalq arasında qarşılıqlı etimad yaradılması məqsədilə mövcud problemlərin tanımlanmasına və tövsiyələr verilməsinə yönəlik olaraq, tarixi qaynaq və arxivlərin tərəfsiz elmi araşdırılmasını da ehtiva edən bir dialoq yaradılmasının müzakirəyə çıxarılması (bu dialoqda Türkiyə, Ermənistan və İsveçrə təmsilçiləri ilə digər beynəlxalq mütəxəssislər də yer alacaqlar): Hökumətlərarası Komissiyanın ilk toplantısından ən geci 1 ay sonra”.
    [

  2. #2
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Sağol xəbərə görə. Görək axiri necə olur bu işin.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Insallah sozlerini tutarlar yoxsa arzu olunmuyacaq seyler bas verecek ..
    [

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Turkiye regionda ermenistanin hem iqtisa,hem de siyasi guclenmesine hec bir zaman yol vermez .Turkiye istediyini aldi serhedleri tanindi tehlukesizliye zemanet elde etdi qalani onu maraqlandirmir sabah ratifikasiya olunandan sonra serhedleri acmasa bele ermenistan hec ne ede bilmez hara shikayet edecek ki bu baximdan Turkiye qazandi .forumun politoloqlari oz fikirlerini bildirseler daha yaxshi olar.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    İsTaNbUl//TüRkİyE
    Mesajlar
    2.922

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    valla neye imza attı bizimkiler o imzaların gerisdindeki gizli anlaşmalar neler zamanla hepsi ortaya çıkacak bekleyip görücez bizde Türk halkı olarak bunun neticeleri neler olacak dört gözle bekliyoruz bakalım ermenilerle yapılan anlaşma olayı pek hoşumuza gitmesede inşallah bu anlaşma hem bizim hemde Azerbaycanın yararına neticelenir


  6. #6
    Junior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Aramızı bozmak istiyorlar.Hükümetlerin kasıtlı olarak yaptıkları yanlışlar,halkların arasını bozamaz.Ben ne kadar Türk'sem,Azeri gardaşlarımızda o kadar Türk'tür.Aramızı bozamazlar.

    Ne Mutlu ki TÜRK'üm

  7. #7
    Junior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    Ermeniler Avrupanın,amerikanın,rusyanın oyuncağıdır.Ermenileri kullanarak bize şantaj yapıyorlar.Cesur,yürekli yöneticilerimiz olsa hepsine hadlerini bildirirler ama maalesef yok.Gerekirse Azerbaycan için savaşırız.Azerbaycan toprağıda bizim toprağımızdır,insanıda bizim insanımızdır.Hepimiz biriz.
    Ermenilerin yaptıklarını unutmadık,unutmayacağız da.

    Alanya'dan selamlar tüm Azeri gardaşlarıma

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Türkiyə və Ermənistan nəyə imza atdılar?

    INSALLAH YAxsi Olar
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.