7 sonuçtan 1 ile 7 arası

Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib

    Ağır yaralanmış general hospitala çatdırılsa da, orada dünyasını dəyişib

    Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib. Yasamal rayon Prokurorluğundan ANSPRESS-ə verilən məlumata görə, general- leytenant R. Rzayev bu gün səhər saat 10.00 radələrində Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evindən 150 metr aralıqda naməlum şəxslər tərəfindən güllələnib. Hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ağır yaralanmış general hospitala çatdırılsa da, orada dünyasını dəyişib.

    Xəbəri təsdiqləyən Müdafiə Nazirliyi Baş qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov ANS-ə bildirib ki, mərhumun cəsədi meyidxanadadır və faktla bağlı ekspertlər işləyir. Müdafiə Nazirliyi aparatından isə bildirilib ki, R. Rzayev başından aldığı güllə yarasından dünyasını dəyişib və hələlik hər hansı məlumat vermək tezdir. Rəsmi açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidməti hazırlayır.

    R. Rzayevin öldürülməsi Müdafiə Nazirliyinin tarixində ən səs-küylü qətldir. Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmamışdı.

    Qeyd edək ki, Rail Rzayev 1945-ci ildə Salyan rayonunda anadan olub və 1992-ci ildə Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə qoşunlarının komandanı vəzifəsinə təyin olunub. 2004-cü ildə general leytenant hərbi rütbəsinə layiq görülüb./ANSTV/

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jan 2009
    Yer
    Azerbaycan Baki
    Mesajlar
    103

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Salam Fidan.
    Cox teessufle bildirmek isterdim ki,bu Azerbaycan ucun boyuk itkidir.
    Her halda Azerbaycan da 7.3% ermeni ve 7.3% rus var bu heqiqetdir,gizlenseler bele.Onlarin adina yazmaq olar amma bir az subheli meseledir.
    Allah rehmet elesin...

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Feb 2009
    Mesajlar
    4

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Uçmağa varan kumandana Tanrıdan rahmet diliyorum.
    Gökçe Tanrı geride kalanlara sabır versin.
    TTK

  4. #4
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.775

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Allah rəhmət eləsin.

    Alıntı URUNGU_ Nickli Üyeden Alıntı
    Gökçe Tanrı geride kalanlara sabır versin.
    Özünüzdən qəribə şeylər çıxartmayın ə. Gökçe Tanrı zad nədi. İndi guya sən milliyətçisən və özünə dönüb ŞAMAN dininə sitayiş edirsən həəə. Allah ağıl versin nə deyim.

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Feb 2009
    Mesajlar
    6

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Allah rəhmət eləsin. İtirə itirə gedirik . Allah axırımızı xeyirli etsin.

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Feb 2009
    Mesajlar
    4

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Alıntı Baku Nickli Üyeden Alıntı
    Allah rəhmət eləsin.

    Alıntı URUNGU_ Nickli Üyeden Alıntı
    Gökçe Tanrı geride kalanlara sabır versin.
    Özünüzdən qəribə şeylər çıxartmayın ə. Gökçe Tanrı zad nədi. İndi guya sən milliyətçisən və özünə dönüb ŞAMAN dininə sitayiş edirsən həəə. Allah ağıl versin nə deyim.

    Bir cevap yazmadan önce,cevap yazdığınız mesajı bir daha okuyun.
    Okudunuz ve anlamadınız mı?
    O vaxt araştırın.

    "Gök'çe" , Türkiye Türkçesinde GÜZEL anlamına gelir.
    yani "Güzel Tanrı"
    Bu yüzden güzel kızlar "Gökçe" ismini alır,güzel olan herşey GÖKÇE dir Anadoluda.
    Tanrı,Türkçede "Yaratıcı" anlamına gelir.
    Allah, Arapçada "yaratıcı" anlamına gelir.
    Nitekim, hristiyan araplarda yaratıcıya "Allah" der,tıpkı senin dediğin gibi.

    Şimdi sevgili arkadaşım,madem bilmiyorsun, neden akıl dağıtıyorsun?
    Ben milliyetçiyim,ancak İslama tabiyim.
    Ayrıca şamanizm bir din değil bir felsefedir, Senin bahsetmeye çalıştığın GökTanrı, "Göktengri" inancına aittir.
    Ayrıca benim dini inancım seni alakadar eder mi? etmez.
    Dilersem şamanist olurum,sana ne? ama değilim.
    Ben şamanist olup özüme döneceksem,sen müslüman olup özünden mi kaçmış olacaksın? Çelişki.

    Konuyla alakalı bir bahis değil , sadece bilmeden cahilce yorum yapmayın.

    Allah bana akıl versin, değil mi

    Gökçe Tanrı yattığı yeri ışık etsin,mekanı uçmağ olsun!

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jan 2009
    Yer
    Azerbaycan Baki
    Mesajlar
    103

    Re: Hərbi Hava Qüvvələri komandanı Rail Rzayev qətlə yetirilib

    Özünüzdən qəribə şeylər çıxartmayın ə. Gökçe Tanrı zad nədi. İndi guya sən milliyətçisən və özünə dönüb ŞAMAN dininə sitayiş edirsən həəə. Allah ağıl versin nə deyim.[/quote]

    Milliyetci menem ne olub ki?
    Milliyetci oldugum ucun size sizin numayendenize rehmet dileyen birisine hormetle yanasmaginizi bildirirem.Hele hele bu Turk Qardasimizdirsa.
    Yazdigin sozlere ifadelere de fikir ver.Insan Allah rehmet elesin deyir hormetle...
    Burada her hansi Samandan yox Rail Rzayevden danisilir...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.