Havanın dumanlı olması səbəbindən Bakı-Naxçıvan-Bakı aviareysi ilə uçuşların yerinə yetirilməsində problem yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanından verilən məlumata görə, artıq dünən axşam saatlarından etibarən Naxçıvanda müşahidə olunan dumanlı hava səbəbindən uçuşlar dayandırılıb. Hava Limanından bildirilib ki, dünən Bakı istiqamətində həyata keçirilməli olan 256 və 258 saylı sərnişin aviareysləri də daxil olmaqla, bu gün heç bir təyyarə qəbul edilməyib.

Məlumatda bildirilir ki, hava şəraiti normallaşdıqdan sonra aviareyslər bərpa olunacaq.

Həyata keçirilməyən reyslərin bərpa edilməsi üçün Bakıdan Naxçıvana əlavə təyyarələrin cəlb edilməsi gözlənilir.

Lent