[b]Çernoqoriyada prezident seçkiləri keçirilir[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Çernoqoriyada prezident seçkiləri keçirilir.
[APA-nın məlumatına görə, prezident postuna 4 namizəd var - fəaliyyətdə olan prezident, Sosialistlərin Demokratik Partiyasından namizəd Filip Vuyanoviç, "Serb siyahısı" müxalifət partiyasının lideri Andriya Mandiç, "Dəyişikliklər hərəkatı"nın rəhbəri Neboyşa Medoeviç və Sosialist Xalq Partiyasının sədri Srdjan Miliç. Ekspertlər hesab edir ki, qələbəyə ən şanslı namizəd hazırkı prezident F.Vuyanoviçdir. Onların fikrincə, F.Vuyanoviç seçkilərin elə birinci turunda 50 faizdən artıq səs yığaraq qələbə çalacaq.Seçkilərin ilkin nəticələri elə bu gün - seçkilər bitəndən bir saat sonra məlum olacaq, yekun nəticələr isə aprelin 8-də elan olunacaq. Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Çernoqoriyada keçirilən seçkiləri izləyir.
Azərbaycan Xəbərləri
Printable View

04-07-2008, 09:51 AMAPAÇernoqoriyada prezident seçkiləri keçirilir

04-07-2008, 09:56 AMAPAŞri-Lankanın avtomobil yolları naziri terror aktı nəticəsində həlak olub
[b]Şri-Lankanın avtomobil yolları naziri terror aktı nəticəsində həlak olub[b]
Bakı. Laçın Sultanova - APA. Şri-Lankanın paytaxtı Kolombo yaxınlığındakı Veliveriya şəhərində baş vermiş partlayış nəticəsində 11 nəfər, o cümlədən avtomobil yolları naziri həlak olub.
[APA-nın xarici KİV-lərinə istinadən məlumatına görə, 55 yaşlı nazir Ceyarac Fernandopulle Yeni illə bağlı keçirilən tədbirdə bayrağın qaldırılması mərasimində iştirak edirmiş. Polisin məlumatına görə, partlayış zamanı 50 nəfər ağır xəsarət alıb. Hakimiyyət məsuliyyəti 35 ildir müstəqillik uğrunda mübarizə aparan "Tamil-İlamın azadlıq pələngləri" qruplaşmasının üzərinə qoyub. Separatçıları sərt tənqid etməsi ilə tanınan Fernandopulle Şri-Lanka hökuməti ilə qruplaşma arasında aparılan uğursuz danışıqlarda iştirak edib. -
04-07-2008, 10:11 AMAPATürkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Azərbaycana gələcək
[b]Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Azərbaycana gələcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Bakıya gələcək.
[Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti general və admirallardan ibarət olacaq. Aprelin 11-dək davam edən səfər çərçivəsində onlar Müdafiə Nazirliyi, Daxili Qoşunlar və digər hərbi qurumlarda görüşlər keçirəcək, Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzlərində, təhsil müəssisələrində və hərbi hissələrində olacaqlar. -
04-07-2008, 10:16 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 20.15-dən 20.25-dək Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 17.30-dan 18.05-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 21.10-dan 21.50-dək Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-07-2008, 10:36 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Budapeşt şəhərində (Macarıstan) «Hərbi İngilis dili kursu» (07 aprel - 27 iyun), Ankara şəhərində «Kütləvi Qırğın Silahları terrorizminə qarşı mübarizə» mövzusunda işçi görüşü» (10-11 aprel) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-07-2008, 10:41 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Beynəlxalq dənizçilik yarışları (07-13 aprel), Ankara şəhərində Türkiyə Respublikasının Sərhəd Qoşunlarının Təlim və Doktrina Komandanlığı ilə tanışlıq (09-11 aprel), «Onurğa zədələnməsi olan xəstələrin müalicəsi» kursu (17 aprel - 16 may) və Bakı şəhərində Türkiyə Respublikası general və admirallardan ibarət nümayəndə heyətinin səfəri (09-11 aprel), Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Karaçi şəhərində Dənizdə sualtı qurğuların mühafizəsini təmin edən xüsusi qrupun təlimi və Gəmiqayırma zavodu ilə tanışlıq (07-10 aprel), Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, San Antonio şəhərində "Rabitə zabitinin ixtisas kursu" (07 aprel 2008-20 mart 2009), Bakı şəhərində «Azərbaycan Hərbi Dəniz Qüvvələri və sahil mühafizə xidməti ilə əlaqədar əməliyyat konsepsiyaları» üzrə işçi qrupunun növbəti görüşü (07-11 aprel) və İkitərəfli hərbi məsləhətləşmələr (15-16 aprel) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-07-2008, 10:46 AMAPAMilli Məclisin sədr müavini: "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb"
[b]Milli Məclisin sədr müavini: "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb"[b]
Bakı. Elnur Məmmədli - APA. "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb. Bu barədə irəli sürülən fikirlər şərt yox, sadəcə, tövsiyələrdir".
[APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri zamanı "Diffamasiya haqqında" qanunun qəbul olunması ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti həmişə beynəlxalq təşkilatlarla işləyib və onların tövsiyələrini dinləyib: "Vaxtı gəldikcə, biz həmin tövsiyələri yerinə yetirmişik. "Diffamasiya haqqında" qanun qəbul olunacaqsa, bundan əvvəl bu sahədə çalışanların peşə etikası və qayda-qanunlara əməl etməsini, bundan başqa, öz məsuliyyətini dərk etməsi işini təşkil etmək lazımdır. Bunun həyata keçiriləcəyi təqdirdə, qanunun qəbuluna heç bir maneə olmayacaq". -
04-07-2008, 10:56 AMAPAAzərbaycan və ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək
[b]Azərbaycan və ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA. Aprelin 10-11-də Bakıda Azərbaycan və ABŞ-ın Avropa Komandanlığı (EUCOM) arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.Konfransda Azərbaycan Silahlı Qüvvələri ilə EUCOM arasında 2009-cu maliyyə ilində həyata keçiriləcək tədbirlərin siyahısı müəyyən ediləcək, həmçinin illik Hərbi Əlaqələr Planı tərtib olunacaq.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı 2007-ci il sentyabrın 14-də Bakıda imzalanıb. İş Planına əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birlik və birləşmələrinin imkanlarının və peşəkarlığının artırılması, maddi və texniki yardımların göstərilməsini həyata keçirir. -
04-07-2008, 11:11 AMAPAAzərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında həmsədr ölkələrin BMT-də qətnamə qəbulu zamanı tutduğu mövqeni pisləyəcək
[b]Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında həmsədr ölkələrin BMT-də qətnamə qəbulu zamanı tutduğu mövqeni pisləyəcək[b]
Bakı. Elnur Məmmədli - APA. "ATƏT Parlament Assambleyasının növbəti sessiyasında Minsk qrupu həmsədrlərinin BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair qətnamənin əleyhinə olmasına münasibət bildiriləcək və bu mövqe bir daha pislənəcək".
[APA-nın məlumatına görə, bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi həmişə Minsk qrupunun nəticəsiz fəaliyyətindən narazılığını ifadə edib: "Azərbaycan dövləti və prezidentinin də konkret mövqeyi var və bu mövqe onlara müxtəlif səviyyələrdə çatdırılıb. Bizə bəllidir ki, həmsədrlər BMT-də hansı səbəbdən belə mövqe tutublar. Amma özləri bildirirlər ki, guya belə mövqe tutmamaları danışıqlar prosesinə mənfi təsir edə bilərdi. Mən isə düşünürəm ki, danışıqlara mənfi təsir göstərməmək üçün ən azı bitərəf qalmaq olardı. Buna görə də Parlament Assambleyasının sessiyasında ciddi narahatlıq ifadə olunacaq". Dağlıq Qarabağ probleminin bu formatda sülh yolu ilə həlli perspektivlərinə gəldikdə, B. Muradova danışıqlar prosesinin müsbət nəticə verməsini arzuladığını söyləyib: "Danışıqlar yolu ilə istənilən məsələni həll etmək olar. Əsas odur ki, insan düşündüyünü danışsın və səmimi olsun. Bizim mövqeyimiz açıq və ədalətlidir. Qarşı tərəf də ədalətli mövqe tutsa, nəticə əldə etmək olar". -
04-07-2008, 11:26 AMAPAAzərbaycan Prezident Aparatının şöbə müdiri: "Jurnalistlərin aclıq aksiyası keçirməsinin heç bir əsası yoxdur"
[b]Azərbaycan Prezident Aparatının şöbə müdiri: "Jurnalistlərin aclıq aksiyası keçirməsinin heç bir əsası yoxdur"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Hakimiyyət olaraq, istənilən halda insanların bu və ya digər məqsədlərə nail olmaq üçün aclıq aksiyasına əl atmalarının əleyhinəyik. Hansı vəzifəni yerinə yetirməsindən asılı olmayaraq, bu humanist aksiya deyil". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
[Şöbə müdiri qeyd edib ki, insan sağlamlığını təhlükədə qoymaqla hər hansı məqsədə çatmaq düzgün deyil. Onun sözlərinə görə, keçirilən aclıq aksiyasının heç bir əsası, mahiyyəti yoxdur: "Azərbaycanda medianın vəziyyəti onların qeyd etdiyi kimi deyil. Hökumət onların və ya hər hansı bir qüvvənin təzyiqi ilə qərar vermir, siyasət yürütmür. Azərbaycanda jurnalistlər beynəlxalq təşkilatların tələbi ilə əfv olunmur. Bu, ya Mətbuat Şurasının, ya jurnalistlərin özlərinin, ya da onların valideynlərinin müraciəti əsasında mümkündür. Jurnalistlər doğru yola qayıtmaları ümidi ilə əfv edilirlər. Təəssüf ki, bu gün mediada jurnalistikaya aid olmayan hadisələr baş verir".