[b]Sergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməlidir". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının iclasında çıxışı zamanı söyləyib.
[ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini dəyərləndirən Sergey Lavrov bildirib ki, həmsədrlərin təklif etdiyi baza prinsipləri kifayət qədər sanballı sənəddir və danışıqların davam etdirilməsi üçün yaxşı əsas sayıla bilər. XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin heç zaman dayandırılmadığını və davam etdiriləcəyini deyib. Cənubi Qafqaz regionunda münaqişələrlə bağlı mövzunu davam etdirən Sergey Lavrov Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı Dövlət Dumasının müraciətinin öyrənildiyini deyib: "Sizi əmin edirəm ki, bu müraciət bütün faktorlar nəzərə alınmaqla ən diqqətli şəkildə öyrəniləcək".
Azərbaycan Xəbərləri
Printable View

04-02-2008, 03:21 PMAPASergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdı

04-02-2008, 03:24 PMAPASergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdı
[b]Sergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməlidir". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının iclasında çıxışı zamanı söyləyib.
[ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini dəyərləndirən Sergey Lavrov bildirib ki, həmsədrlərin təklif etdiyi baza prinsipləri kifayət qədər sanballı sənəddir və danışıqların davam etdirilməsi üçün yaxşı əsas sayıla bilər. XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin heç zaman dayandırılmadığını və davam etdiriləcəyini deyib. Cənubi Qafqaz regionunda münaqişələrlə bağlı mövzunu davam etdirən Sergey Lavrov Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı Dövlət Dumasının müraciətinin öyrənildiyini deyib: "Sizi əmin edirəm ki, bu müraciət bütün faktorlar nəzərə alınmaqla ən diqqətli şəkildə öyrəniləcək". -
04-02-2008, 03:29 PMAPABakı Slavyan Universitetində "Müasir Polşa mədəniyyəti" adlı sərgi açılıb
[b]Bakı Slavyan Universitetində "Müasir Polşa mədəniyyəti" adlı sərgi açılıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) "Müasir Polşa mədəniyyəti" adlı sərginin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Kamal Abdulla bildirib ki, sərgi polyak mədəniyyəti və incəsənəti, qədim dövlət olan Polşa haqqında məlumat almağa imkan verir. BSU-nun Polşanın Varşava və Poznan universitetləri ilə əməkdaşlıq etdiyini deyən rektor bu əməkdaşlığın genişlənməsi üçün yeni layihələrin həyata keçiriləcəyini söyləyib. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski isə sərgini Azərbaycanla Polşa arasında gözəl əməkdaşlığın bariz nümunəsi adlandırıb. Sərgi aprelin 6-na kimi davam edəcək. -
04-02-2008, 03:33 PMAPA"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclığa başlayacaq
[b]"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclığa başlayacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclıq aksiyasına başlayacaq. Bu barədə APA-ya "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov məhbusun ailəsinə istinadən məlumat verib. A. Əhmədov deyib ki, M. Sakit həbsdə olan jurnalistlərin aclıq aksiyasına dəstək məqsədi ilə bu addımı atacaq. Bu gün M. Sakitlə görüşən qızı Zülfiyyə Zahidova APA-ya bildirib ki, atası aclığa başlamaqla bağlı həbsxana rəhbərliyinə ərizə ilə müraciət edəcək. Z. Zahidova atasının hələ də ürək və ayaq ağrılarından, əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirib: "Atam dedi ki, Ədliyyə Nazirliyinin Müalicə Müəssisindən həbsxanaya qaytarılandan sonra onu tibb hissəsinə köçürməli olsalar da, bunu indiyədək etməyiblər". Onun sözlərinə görə, məhbus artıq bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, Ombudsman Elmira Süleymanovaya, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudova, hüquq müdafiəçilərinə müraciət edib. M. Sakit Ombudsmanla və hüquq müdafiəçiləri ilə görüşə şərait yaradılmasını tələb edib. -
04-02-2008, 04:42 PMAPAŞəhidlər Xiyabanında Kəlbəcərin işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
[b]Şəhidlər Xiyabanında Kəlbəcərin işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü, Kəlbəcərdən olan mətbuat və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında Kəlbəcərin Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 15 illiyi ilə bağlı anım mərasimi keçiriblər. APA-nın məlumatına görə, ziyarət zamanı şəhidlərin xatirəsi anılıb və onların ruhuna dualar oxunub. QAT sədri Akif Nağı bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını açıq şəkildə tapdalamaqla, iri miqyaslı döyüş əməliyyatlarına başlayıb. "Bununla da Ermənistan Azərbaycanın Dağlıq Qarabağdan kənarda yerləşən daha geniş ərazilərini işğal edib. Bu döyüşlərdə Rusiyanın hərbi qüvvələri də açıq şəkildə iştirak ediblər. Ermənilər Kəlbəcər rayonunda xüsusi qəddarlıq nümayiş etdirib və dinc əhali vəhşicəsinə qətlə yetirilib. Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 822 saylı qətnamə qəbul olunub. Lakin bu qətnamənin yerinə yetirilməsi üçün BMT və digər beynəlxalq qurumlar qətiyyət göstərməyiblər". Qeyd edək ki, Kəlbəcərin işğalı zamanı yüzlərlə yerli sakin həlak olub, 321 nəfər əsir və girov götürülüb. -
04-02-2008, 05:11 PMAPADenis Sammit: "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər"
[b]Denis Sammit: "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər". APA-nın məlumatına görə, bu fikirləri "Azərbaycan və Avropa: 2008" konfransında çıxışı zamanı Links beynəlxalq təşkilatının Bakı ofisinin rəhbəri Denis Sammit söyləyib. Azərbaycan hökumətinin media sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində işlər gördüyünü deyən Denis Sammit bu səylərin gücləndirilməsini vacib sayıb. O, ölkədə prezident seçkilərinin azad və ədalətli əsaslarda keçirilməsi üçün Azərbaycan tərəfinin bütün imkanlardan istifadə etməli olduğunu bildirib. Konfransda çıxışı edən Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib ki, Avropa dövlətləri digər ölkələrə nisbətən Azərbaycana daha tənqidi mövqedən yanaşırlar. O, Azərbaycanın demokratiyanın inkişafı istiqamətində ciddi səylər göstərdiyini, qonşu Ermənistanda isə insan hüquqlarının və demokratiya prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib. -
04-02-2008, 05:16 PMAPADövlət Komissiyasının katibi: "Beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi add
[b]Dövlət Komissiyasının katibi: "Beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi addım atmayıb"[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi ilə birgə "Kəlbəcərin işğalı: əsir, girov və itkin problemi" adlı dəyirmi masa keçirib.
[APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova Kəlbəcərin işğalı zamanı 730 nəfərin itkin düşdüyünü deyib. Əsir və girovlarla bağlı problemin mütəmadi gündəmdə saxlanılmasının zəruriliyini vurğulayan E. Orucova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əsir və girovların qaytarılması ilə bağlı fəaliyyətini pisləyib, BQXK xətti ilə sonuncu azərbaycanlı əsir və girovun qaytarılmasının Rusiyanın xarici işlər naziri Yevgeni Primakovun yardımı nəticəsində 1996-cı ildə mümkün olduğunu bildirib. O, hazırda minlərlə azərbaycanlı əsir və girovun Ermənistanda, işğal altında olan Qarabağ və digər rayonların ərazisində saxlanıldığını söyləyib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov ermənilərin Azərbaycanda və Türkiyə ərazilərində törətdiyi qətliamların beynəlmiləlləşdirilməsinin əhəmiyyətini vurğulayıb: "Bu ərazilərdə ermənilər təkcə türk-müsəlmanları deyil, ləzgi, kürd, gürcü və dağ yəhudiləri də qətlə yetiriblər. Yəni, təkcə müsəlmanlar soyqırımına məruz qalmayıblar. Ermənilər məqsədli şəkildə qeyri-türklərə qarşı da qırğınlar törədiblər". Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov isə dövlətin azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində zəruri addımlar atdığını deyib. Ş. Sailov bildirib ki, Dövlət Komissiyası bir neçə il öncə azərbaycanlı əsir və girovların saxlandığı məntəqələr haqda dəqiq məlumatları müvafiq beynəlxalq təşkilatlara çatdırıb: "Lakin beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi addım atmayıb". O, mətbuatı əsir və girov məsələsində diqqətli olmağa da çağırıb. Sonda mövzu ilə bağlı toplantı iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. -
04-02-2008, 05:21 PMAPAAzərbaycan paytaxtında altı yaşlı uşaq itkin düşüb
[b]Azərbaycan paytaxtında altı yaşlı uşaq itkin düşüb[b]
Bakı. Hacı Zeynalov - APA. Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Murad Rövşən oğlu Babayev itkin düşüb.
[Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsindən məlumat verilib. Məlumatda bildirilir ki, M. Babayev ötən ilin noyabrından evdən çıxıb və bir daha geri dönməyib. Onun tapılması istiqamətində axtarışlar aparılır. -
04-02-2008, 05:26 PMAPAAndres Herkel Estoniyada nəşr edilən "Kitabi-Dədə Qorqud" dastanına ön söz yazıb
[b]Andres Herkel Estoniyada nəşr edilən "Kitabi-Dədə Qorqud" dastanına ön söz yazıb[b]
Bakı. Laura Cəbrayıllı - APA. Estoniyanın paytaxtı Tallin şəhərində "Kitabi-Dədə Qorqud" dastanı tam və nəfis şəkildə nəşr edilib.
[Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu APA-ya bildirib ki, kitabda dastanın 12 boyu elmi şərh və izahlarla çap olunub. Boyları eston dilinə Anneli Tekkonen və Vidadi Məmmədov tərcümə ediblər. Yüksək poliqrafiya nümunəsi olan nəşrdə Azərbaycan rəssamı Fəxrəddin Seyfəddinoğlunun 6 miniatür rəsmi də yer alıb. Kitab Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, eston parlamentar Andres Herkelin ön sözü ilə işıq üzü görüb. -
04-02-2008, 05:36 PMAPAATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri gözlənilir
[b]ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri gözlənilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. NATO-nun Buxarestdə keçirilən sammiti çərçisində ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakovun (Rusiya) bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.
[Bu barədə APA-ya eksklüziv açıqlamasında fransalı həmsədr B. Fasie məlumat verib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. B. Fasie onu da bildirib ki, Ermənistanın baş naziri və yeni seçilmiş prezidenti Serj Sərkisyanla görüş isə sabaha nəzərdə tutulur.