[b]TQDK 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın sonundan etibarən 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq. APA-nın məlumatına görə, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə təhsil şöbələrinin müdirləri, müxtəlif ali və orta ixtisas məktəblərinin və əlaqəli təşkilatların nümayəndələrinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib. Komissiya sədri ərizələrin qəbulunun internet vasitəsilə iki mərhələdə aparılacağını, birinci mərhələdə abituriyentlərin TQDK-nın ödəmə kartını əldə edəcəyini, kartdakı iş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın internet səhifəsinə daxil olacağını və "Abituriyentin elektron ərizəsi" formasını dolduracaqlarını deyib. M. Abbaszadə ikinci mərhələdə abituriyentlərin tələb olunan sənədləri TQDK tərəfindən yaradılan müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim etməklə ərizələrini təsdiq edərək rəsmiləşdirəcəklərini bildirib. Müşavirədə TQDK əməkdaşları tərəfindən hazırlanan "Elektron ərizə" formasının doldurulması üçün nəzərdə tutulan proqramın real rejimdə işi nümayiş etdirilib.
Azərbaycan Xəbərləri
Printable View

03-12-2008, 02:51 PMAPATQDK 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq

03-12-2008, 02:56 PMAPAHazırda Azərbaycanda 236 ömürlük məhbus var
[b]Hazırda Azərbaycanda 236 ömürlük məhbus var[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Hazırda Azərbaycanda 236 məhkum ömürlük azadlıqdan məhrum etmə cəzası çəkir. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilati-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov bildirib.
[İdarə rəisinin sözlərinə görə, Azərbaycanın Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 19 maddə var. M. Hümbətov deyib ki, ölkəmizin cinayət qanunvericiliyinə əsasən, Azərbaycanda ömürlük cəza qadınlara, cinayət törədən zaman 18 yaşı tamam olmayan şəxslərə, hökm çıxarılana kimi 62 yaşına çatmışlara şamil edilmir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov isə bildirib ki, ömürlük məhkumların saxlanma şəraiti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Onun sözlərinə görə, təkliflər ömürlük məhkumlara ali və digər növlü təhsil alma hüququnun verilməsi, yaxınları ilə görüşlərin, telefon danışıqlarının, sovqat qəbul etmə sayının artırılması, televiziya verilişlərinə baxmağa şərait yaradılması və s. nəzərdə tutur: "Məhkumların gəzintisi üçün çox zaman ayrılması ilə də bağlı təklifimiz var. Yəqin ki, bu, yeni həbsxana binası istifadəyə veriləndən sonra mümkün olacaq".N. Ələkbərov deyib ki, təkliflər Ədliyyə Nazirliyində hüquqi ekspertizadan keçirilir və yaxın zamanlarda müzakirəyə çıxarılması gözlənilir. -
03-12-2008, 03:01 PMAPAAzərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək
[b]Azərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda dini ədəbiyyat və dini mövzuda olan audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq qrupunun rəhbəri Alı İsmayılov məlumat verib. Məsələ ilə bağlı agentlik yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə geniş monitorinqlər keçirilməsi nəzərdə tutulur. Alı İsmayılovun sözlərinə görə, monitorinqlər təkcə paytaxtda deyil, əyalətləri də əhatə edəcək: "Baxış zamanı əsərlərin ölkəyə necə gətirilməsi ilə yanaşı, audiovizual məhsullarda yer alan musiqilərin, filmlərin hansı yolla köçürülməsi və yayılması, onların bizim dövlətçiliyə və mentalitetə uyğun gəlməsi məsələsi də araşdırılacaq. Ümumiyyətlə, bir az nəzarətsiz qalan bu sahəyə nəzarət artırılacaq". Alı İsmayılov onu da bildirib ki, məsələ ilə bağlı birgə hazırlanan iş planı artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. -
03-12-2008, 03:06 PMAPAAmerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub
[b]Amerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub[b]
Berlin. Ülkər Qasımova-APA. Berlinin "Ostburq" nəşriyyatı Amerika yazarı Tom Reissin Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən "Orientalist" kitabını almanca yenidən nəşr edib.
[Bu barədə APA-ya Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi məlumat verib. "Orientalist" kitabının 2005-ci ildə Amerikada nəşr edildiyini, "İlin ən yaxşı kitabı" adına layiq görüldüyünü deyən N. Atəşi kitabın indiyədək 16 dilə tərcümə edilərək, artıq bestsellerə çevrildiyini söyləyib. O, alman dilində çıxmış yeni nəşrin bu gün Berlinin "Volksbühne" teatrında təqdimatının keçiriləcəyini də söyləyib. Təqdimatda eyni zamanda "Berlin Um Welt Film" kinostudiyasının Əsəd Bəy haqqında çəkdiyi filmdən fraqmentlər nümayiş etdiriləcək, filmin rejissoru Ralf Marşallek film haqqında ətraflı məlumat verəcək. N. Atəşinin sözlərinə görə, Əsəd Bəyin məşhur "Öl und Blut im Orient" ("Şərqdə neft və qan") kitabının Almaniyanın Frayburq şəhərindəki "Hans-Jürgen Maurer" nəşriyyatında yeni nəşrdən çıxmış ilk nüsxələri də təqdimat mərasimində diqqətə çatdırılacaq: "Bundan başqa, "Hans-Jürgen Maurer" nəşriyyatı Əsəd Bəyin bütün kitablarını təkrar nəşr etməyi planlaşdırır. Təkcə bu il Əsəd Bəyin 4 kitabı nəşriyyatda işıq üzü görəcək". Qeyd edək ki, Əsəd Bəyin arxiv sənədləri, onun "Qurban Səid" təxəllüsü ilə yazdığı "Sevgidən bixəbər kişi" romanının əlyazması dünya mətbuatında ilk dəvə Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşinin "Yüz ilin sirləri" kitabında nəşr olunub. "Hans-Jürgen Maurer" nəşriyyatı isə bu ilin sentyabrında həmin kitabı alman dilində nəşr edəcək. -
03-12-2008, 03:11 PMAPATəhsil sahəsinə ayrılan investisiya xərcləri hesabına 300-dən çox məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq
[b]Təhsil sahəsinə ayrılan investisiya xərcləri hesabına 300-dən çox məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu il də Azərbaycanın məktəbdənkənar təhsil müəssisələrinin yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması işi davam etdiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin tabeçiliyində olan məktəbdənkənar müəssisələrin sayı 300-dən çoxdur. Onların yarısı isə bədən tərbiyəsi müəssisələridir. Nazir idman-təhsil müəssisələrinin müasir standartlara cavab verməsi üçün bu il əsaslı təmir-tikinti işlərinin davam etdiriləcəyini də deyib. O bildirib ki, təhsilə ayrılan investisiya xərcləri hesabına 523 müəssisədə təmir-tikinti işləri aparılacaq. M. Mərdanov dövlət başçısının bu məsələdə maraqlı olduğunu da qeyd edib: "Ölkədə belə idman komplekslərinin sayının artırılması ilə bağlı prezident İlham Əliyevin müvafiq tapşırığı var. Bölgələrdə prezidentin şəxsi diqqəti sayəsində olimpiya kompleksləri tikilir. Təhsil Nazirliyinin tabeçiliyində olan idman müəssisələrinin bərpası da bu silsilə tədbirlərin kiçik bir hissəsidir". -
03-12-2008, 03:16 PMAPAAzərbaycanın cəzaçəkmə müəssisələrində 200-ə yaxın QİÇS-li xəstə cəza çəkir
[b]Azərbaycanın cəzaçəkmə müəssisələrində 200-ə yaxın QİÇS-li xəstə cəza çəkir[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "QİÇS-li xəstələr təkcə cəzaçəkmə müəssisələrində mövcud deyil, onlar azadlıqda da var". APA-nın xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.
[Ölkənin penitensiar sistemində HİV-ə yoluxanların sayının artması barədə Azərbaycan QİCS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın açıqladığı məlumata münasibət bildirən nazir müavini bu cür bəyanatların nəyə əsasən verildiyini anlamadığını deyib: "QİÇS sosial xəstəlikdir və ondan əziyyət çəkən insanlar hər yerdə var". N. Ələkbərov onu da əlavə edib ki, hazırda cəzaçəkmə müəssisələrində 200-dək QİÇS-li xəstə cəza çəkir. -
03-12-2008, 03:21 PMAPAAmerikanın İrana aviazərbələr endirməsinə qarşı çıxan Yaxın Şərqdə ABŞ qoşunlarının komandanı istefa verib
[b]Amerikanın İrana aviazərbələr endirməsinə qarşı çıxan Yaxın Şərqdə ABŞ qoşunlarının komandanı istefa verib[b]
ABŞ - APA. Yaşın Şərqdə ABŞ qoşunlarının komandanı, admiral Uilyam Fellon tutduğu vəzifədən istefa verib. APA-nın məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Qeyts admiralın istefa raportunu qəbul etdiyini bildirib.
[Ötən həftə ABŞ-da nəşr olunan "Esquire" jurnalındakı məqalədə Uilyam Fellon prezident Buşun komandasında İrana aviazərbələr endirməyin əleyhinə çıxan yeganə şəxs kimi xarakterizə edilib. Məqalədə həmçinin admiral Fellonun ölkə prezidentinin ABŞ-ın Yaxın Şərq siyasətinə ciddi etiraz etdiyi bildirilir. Robert Qeyts isə admiral Fellonun bu məqalə ilə bağlı olduğu barədə iddiaları əsassız adlandırıb. O, admiralın istefasını könülsüz və təəssüflə qəbul etdiyini vurğulayıb. -
03-12-2008, 03:26 PMAPABakıda həbsə məhkum edilmiş və təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq görüş başlayıb
[b]Bakıda həbsə məhkum edilmiş və təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq görüş başlayıb[b]
[APA-nın xəbərinə görə, tədbirdə Avropa Şurasının İnsan hüquqları və hüquqi işlər üzrə Baş Direktorluğunun məsul əməkdaşı Lulyeta Kasa, İsveç Milli Həbsxana Xidmətinin sabiq baş direktoru Per Kolliander, Finlandiyadan sabiq həbsxana rəisi Anna-Katrina Qrönholm, Avstriya Ədliyyə Nazirliyinin Həbsxana Xidmətinin direktoru İren Köyk, Azərbaycan Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyi, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri iştirak edirlər. Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, görüş Avropa Şurasının Azərbaycanın penitensiar sistemində aparılan islahatların genişləndirilməsinə dair 2007-2008-ci illər üçün nəzərdə tutulan fəaliyyət planına uyğun həyata keçirilən növbəti tədbirdir. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Biribosia Azərbaycanın penitensiar sistemində əldə olunan nailiyyətləri vurğulamaqla yanaşı, problemlərin də olduğunu söyləyib. Avropa Şurasının İnsan hüquqları və hüquqi işlər üzrə baş direktorluğunun məsul əməkdaşı Lulyeta Kasa deyib ki, əsas məqsədləri Azərbaycanda Avropa standartlarını tətbiq etməkdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilati-nəzarət idarəsinin rəisi Musa Hümbətov isə "Ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərə dair hüquqi baza: cəza-icra qanunvericiliyi, təqsirləndirilən şəxslərin və məhkumların həbs yerlərində saxlanması haqqında qanun, cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları" mövzusunda çıxış edib. Görüş iki gün davam edəcək. -
03-12-2008, 03:31 PMAPAMisir Mərdanov: "Azərbaycanda peşə məktəbləri dünya standartlara uyğunlaşdırılacaq"
[b]Misir Mərdanov: "Azərbaycanda peşə məktəbləri dünya standartlara uyğunlaşdırılacaq"[b]
[Bakı. Ramil Məmmədli-APA. Yaxın günlərdə Azərbaycanda peşə məktəblərinin dünya standartlara uyğunlaşdırılması ilə bağlı tədbirlərə start veriləcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, artıq bununla bağlı layihə hazırlanıb. Peşə təhsili ilə bağlı ölkə prezidentinin 5 illik proqram təsdiq etdiyini xatırladan M. Mərdanovun sözlərinə görə, bu proqram sayəsində uzun illər yığılıb qalan problemlər həllini tapacaq. M. Mərdanov bu il 4 peşə məktəbində əsaslı təmir işlərinin aparılacağını deyib: "Peşə məktəbləri mərhələ-mərhələ təmir ediləcək və müasir avadanlıqla təmin olunacaq. Artıq bir neçə xarici şirkət və təşkilatla əməkdaşlığa dair razılaşma əldə olunub. Peşə təhsilinin inkişafı zəruridir. Heç də hamının ali təhsil almasına ehtiyac yoxdur. Ölkədə biliyi çox olanlara ehtiyac var, ixtisaslaşmış kadrların sayı artırılmalıdır". -
03-12-2008, 03:36 PMAPAAzərbaycan Daxili Qoşunlarının peşə bayramı münasibətilə tədbir keçirilib
[b]Azərbaycan Daxili Qoşunlarının peşə bayramı münasibətilə tədbir keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsində 12 mart - Daxili Qoşunların peşə bayramı münasibətilə tədbir keçirilib.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Daxili Qoşunların Qarabağ müharibəsində yaxından iştirak etdiyini, atəşkəs dövründə isə hərbi hissələrin döyüş hazırlığının, nizam-intizamın gücləndiyini, beynəlxalq əlaqələrin genişləndiyini bildirib: "Bu gün Daxili Qoşunlarda planlı islahatlar aparılır. Təlim-tədris proqramı yenidən hazırlanıb. Təlim proseslərində əsas diqqət hərbi qulluqçuların peşəkarlığının artırılmasına yönəlib. Hərbi qulluqçular səhra, dağ səhra, bağ və meşə şəraitlərində döyüş hazırlığı keçirlər". Daxili işlər naziri Ramil Usubov isə Daxili Qoşunların müasir tələblərə cavab verən hərbi struktur olduğunu vurğulayıb: "Bu gün Daxili Qoşunlarda yüksək döyüş hazırlığı və peşəkarlıq mövcuddur. Qoşunlar müxtəlif dövrlərdə ölkədə ictimai asayişin qorunmasında yaxından iştirak edib və öz vəzifə borcunu yerinə yetirmək imkanındadır".Daha sonra Daxili Qoşunların bir qrup hərbçisinə mükafatlar təqdim olunub. Bildirilib ki, Daxili Qoşunların peşə bayramı münasibətilə 30 hərbi qulluqçu dövlət başçısı, 87 nəfər daxili işlər naziri, 259 nəfər isə Daxili Qoşunların komandanı tərəfindən müxtəlif mükafatlarla təltif olunub.