İTALİYADA “ETNA” VULKANI YENİDƏN PÜSKÜRÜB

Avropanın ən hündür vulkanı olan “Etna” vulkanı yenidən püskürüb. Proses 5 saat davam edib. Son dərəcə inanılmaz odlu səhnə bir neçə kilometr aralıda eşidilən güclü partlayışla müşahidə olunub. “Etna” üzərindən kül göyə sovrulub. Mütəxəssislər yaxın vaxtlarda bu külün yaxınlıqda yerləşən şəhərə düşəcəyi barədə xəbərdarlıq edib. Bunun insan üçün təhlükə yaratmadığı bildirilir.