3 sonuçtan 1 ile 3 arası

Azərbaycandan fransızlara xoş sürpriz

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Azərbaycandan fransızlara xoş sürpriz

    Azərbaycan ədəbiyyat və mədəniyyət nümunələri Parisdə ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edib

    Bu həftə Parisdə ənənəvi Beynəlxalq Kitab Sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu sərgi hər il Parisdə məhz mart ayında təşkil olunur və hər il dünyanın 35 ölkəsindən 1000-ə yaxın nəşriyyat evi həmin möhtəşəm tədbirdə iştirak edir. Bu il sərginin 30 illiyi ilə əlaqədar olaraq təşkilatçılar sərgiyə ənənəvi “Fəxri qonaq” qismində dünyanın 90 məşhur ədəbiyyat simasını, o cümlədən Umberto Eko, Doris Lessinq, Pol Oster kimi dünya şöhrətli yazıçıları dəvət edilib.

    Beynəlxalq Kitab Sərgisi təkcə nəşr məhsullarının deyil, eləcə də dünya xalqlarının, mədəniyyətlərinin, mətbəx nümunələrinin nümayiş yeridir. Beynəlxalq tədbirin bir özəlliyi də ondan ibarət idi ki, təşkilat komitəsi sərgiyə 40 min uşağı dəvət etməklə yanaşı, onların hər biri 7 avro məbləğində pul hədiyyəsi ilə mükafatlandırılır. Beləliklə, kiçik yaşlı iştirakçılar maraq dairələrində olan kitabları əldə etmək imkanı qazanırlar.
    Sərgi-yarmarkaya ilk dəfə Azərbaycan Respublikası da qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin icarəyə götürdüyü stenddə ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları uğurla nümayiş etdirilib. Bununla yanaşı stendimizdə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatları, həmçinin milli kulinariya nümunələri sərgi iştirakçılarının böyük marağına səbəb olub.

    Müxtəlif ölkələrdən gələn insanlar stendimizə yaxınlaşıb milli mətbəximizin ləziz şirniyyatlarından dadaraq əsl zövq aldıqlarını dilə gətiriblər. “Festival de limaginaire” (“Təxəyyül”) festivalına qatılmaq üçün Parisə gəlmiş Şirvan aşıqları və YUNESKO-nun Baş Qərargahında, eləcə də Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtında olan Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü uğurla çıxış ediblər.

    Sərgidə həmçinin Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa rəsmi dairələrinin nümayəndələri, Mərakeşin Mədəniyyət naziri xanımı ilə və başqa dövlətlərin yüksək vəzifəli təmsilçiləri iştirak edib.

    Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin yaxınlaşması ili elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun Baş Qərargaında, 30-da isə Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimi də keçirilib.
    TÜRKSOY təşkilatının təşəbbüsü ilə gerçəkləşən tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasında və Moldovada yaşayan türkdilli xalqların incəsənət ustaları da konsert proqramı ilə çıxış edib.
    Mərasimdə TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Novruz bayramının əhəmiyyətindən söhbət açıb. Tədbirdə Fransanın rəsmi nümayəndələri, Azərbaycan səfirliyinin və diasporunun təmsilçiləri və tələbələrimiz iştirak edib.
    Bundan başqa 30 mart tarixində Fransanın “Maison des cultures du monde” (“Dünya mədəniyyətləri evi”) Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən “Festival de limaginaire” (“Təxəyyül”) festivalında YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən aşıq sənətinin nümunələri AMEA-nın əməkdaşı Sənubər Bağırovanın rəhbərliyi altında Şirvan aşıqları tərəfindən iki günlük konsert proqramı ilə təqdim olunub.
    “Maison des cultures du monde” Assosiasiyasının konsert salonunda baş tutan konsertdə aşıqlarımız Azərbaycan Folklor nümunələrini ifa etmiş, böyük rəğbətlə qarşılanmış və tamaşaçıların hərarətli alqışları ilə bir neçə dəfə təkrarən səhnəyə çağırılıb.


    P.S. xüsusi xeber Fidan xanım üçün.
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Azərbaycandan fransızlara xoş sürpriz

    Alıntı POWER_RANGERS Nickli Üyeden Alıntı
    Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin yaxınlaşması ili elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 30-da Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimi də keçirilib.
    TÜRKSOY təşkilatının təşəbbüsü ilə gerçəkləşən tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasında və Moldovada yaşayan türkdilli xalqların incəsənət ustaları da konsert proqramı ilə çıxış edib.
    Mərasimdə TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Novruz bayramının əhəmiyyətindən söhbət açıb. Tədbirdə Fransanın rəsmi nümayəndələri, Azərbaycan səfirliyinin və diasporunun təmsilçiləri və tələbələrimiz iştirak edib.
    teshekkur edirem
    bu tedbirde ishtirak etdim

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Azərbaycandan fransızlara xoş sürpriz

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.