Aprelin 3-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, axşam isə çiskinli olacağı ehtimalı var. Axşam havanın tutqun olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq.
Aprelin 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.
Aprelin 5-də havanın buludlu olacağı, arabir yağmurlu keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 3-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.
Aprelin 4-də axşam bəzi şimal və qərb rayonlarında, aprelin 5-də isə əksər rayonlarda yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şimşək çaxacağı, gecə saatlarında yağışın yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, aprelin 5-də 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə, aprelin 5-də 6-9 dərəcə isti olacaq.
Yer imleri