Hz.Süleymana verilən üstün elm və nemətlər



"(Süleyman dua edib) dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!" ("Sad" surəsi, 35).

Allah Hz.Süleymanın yuxarıdakı ayədə xəbər verilən duasının müqabilində onu Öz dərgahından çox böyük nemətlərlə və üstün elmlərlə dəstəkləmiş, ona heç kimin əlinin çatmayacağı bir mülk, böyük bir səltənət, oxşarı olmayan bir hakimiyyət vermişdi. Hz.Süleymanın həyatından bəzi hissələrin qeyd edildiyi ayələrdə bu zənginlikdən, güc və iqtidardan, sahib olduğu elmlərdən istifadə qaydaları ətraflı şəkildə göstərilir.

Hz.Süleymana hökmranlıq hüququ verilmişdi

"Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik..." ("Ənbiya" surəsi, 79).
Peyğəmbərlərin həyatını öyrəndiyimiz zaman onların verdikləri qərarlarda, müxtəlif işlərində, danışıqlarında Allahın onlara bəxş etdiyi üstün bir elmin gətirdiyi ağıl və hikmət açıq şəkildə ortaya çıxır. Hz.Süleymanın özü də hökm və elm verilmiş bir peyğəmbərdir. O, yaşadığı müddətdə eynilə atası Hz.Davud kimi "haqq ilə hökm etmiş" ("Sad" surəsi, 26), qarşısına çıxan hər növ çətinliyi ədalətlə həll etmişdi.



"Davudu və Süleymanı da yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik" ("Ənbiya" surəsi, 78).

Ədalət sisteminin uğurla davam etdirilməsi üçün hər şeydən əvvəl adil rəhbərlərə, ədalətlə hökm edən iman sahibi insanlara ehtiyac var. Allahın "Yunus" surəsində də bildirdiyi kimi, Hz.Süleymanın dövrü də bu ədalət anlayışının sözün əsl mənasında yaşandığı bir dövrdür: "Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!" ("Yunus" surəsi, 47). Ayələrdən Hz.Süleymanın dövründə adil bir mühakimə sisteminin olduğu bilinir. Münaqişələrə nəzər salıb ədalətlə hökm verən adamlar Hz.Süleyman və Hz.Davuddur.



Hüdhüd adlı quşun lazım olan vaxtda itib yox olması və Hz.Süleymanın bu mövzuda söylədiyi söz bu baxımdan diqqət çəkicidir:
"Sonra quşları yoxlayıb dedi: "Hüdhüdü niyə görmürəm? Yoxsa o burada yoxdur? And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub boğazını üzərəm. Yaxud da o aşkar bir dəlil gətirsin!"" ("Nəml" surəsi, 20-21).

"Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmüsənmi? Allah onlardan hər birinin duasını, şükr-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!" ("Nur" surəsi, 41).



"Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik. Biz dağları və quşları Davudla birlikdə təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik" ("Ənbiya" surəsi, 79).


Hz.Süleymanın adil davranışının bir nümunəsi Hüdhüdün itməsindən sonra etdiyi bir hərəkətdir. Hz.Süleyman əvvəlcə Hüdhüdün özünü müdafiə etməsinə fürsət vermiş, onu diqqətlə dinləmiş, onu ani bir qərarla cəzalandırmamışdı. Onun açıq bir dəlil gətirməsini gözləmişdi.
(harun yahya Həzrəti Süleyman)