Hz.Süleymana quşların danışıq dili öyrədilmişdi

Allah Hz.Süleymana quşların danışıq dilini öyrətmiş və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət bir dəstə yaratmağa nail olmuşdu. Beləliklə, Hz.Süleyman quşlarla yaxınlıq etmiş, onlara istədiyi şəkildə hökm edə bilmişdi. Bu hal bütünlüklə Allahın Hz.Süleymana olan rəhmətinin bir nəticəsidir. Bunun fərqində olan Süleyman peyğəmbər xalqına verdiyi açıqlamada bu elmi ona Allahın öyrətdiyini xüsusi şəkildə bildirmişdi. Bu elmin özünə aid bir xüsusiyyət olmadığını və insanın yalnız Allahın öyrətməsi ilə belə bir elmə sahib ola biləcəyini vurğulamışdı. Beləliklə, Allah qarşısındakı təslimiyyət və möhtaclığını açıq şəkildə ifadə etmişdi:


"Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!" ("Nəml" surəsi, 16).
Hz.Süleyman qissəsindəki bu məlumatdan bəzi mühüm nəticələr çıxır:

Quşların digər insanların duya bilmədiyi xüsusi bir dalğa boyunda özlərinə xas bir danışıqları var. Hz.Süleymana bu xüsusi dalğadakı danışığı anlaya biləcək bir elm verilmişdi. Bu, texnoloji bir imkanla da ola bilər.

Süleyman peyğəmbər quşların bu fərqli dalğalardakı səsli rabitəsini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər (Doğrusunu Allah bilir).

Hz.Süleyman quşlardan bəzən xəbər aparmaqda, bəzən elə məlumat toplamaqda istifadə etmiş və bu şəkildə çox mühüm nəticələr əldə etmişdi. Bu elm onun digər ölkələrlə əlaqəsini asanlaşdırmış, əlçatmaz bölgələrə rahatlıqla getməsinə imkan vermişdi (Doğrusunu Allah bilir).



Quşların səs telləri yoxdur. Səs çıxarmaq üçün bir quşun səs qutusu boyunca titrəyişlər göndərilir. Bu səs qutusuna nə qədər çox əzələ bağlıdırsa, bir o qədər çox səs çıxara bilir. Məsələn, bülbüllərin çox sayda əzələsi var və onlar bir çox fərqli səslər çıxara bilirlər.1

Xüsusilə meşələr, otlaqlar və bataqlıqlar kimi bitkilərin görüşə əngəl törətdiyi yerlərdə əlaqə quşlar üçün çox mühümdür. Quşlar mahnı oxumaq, qışqırmaq, müxtəlif səslər çıxarmaqla əlaqə qururlar. Hər növün özünə xas mahnısı yaxud mahnıları var. Hətta bəzi quşların bir dyujindən çox fiti və mahnısı var. Bəzi quşlar da digər növlərin mahnılarını yaxud da insanları yamsılaya bilirlər.2



"...Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradır" ("Nəhl" surəsi, 8).


Bu ayə ilə ola bilsin ki, axırzamanda oxşarı istifadə ediləcək yüksək bir texnologiyanın varlığına diqqət çəkilir. Bu qissədə sözügedən quşlarla bizim tanıdığımız adi quşlara deyil, bu gün istifadə olunan pilotsuz təyyarələrə işarə edilməsi ehtimalı da var.


Hafiz Osman, Sülüs Nəsih Qitə, XVII əsr, "Səmanın Rəbbinə təvəkkül etdik, qəzanın səbəblərinə təslim olduq" yazılıb.
(harun yahya Həzrəti Süleyman)

1 [
2 [