Mini texnologiyalardakı son inkişaf: robot qarışqa ordusu
Mini texnologiyalardakı son inkişaf: robot qarışqa ordusu
Qarışqaların nümunə götürülməsi yolu ilə inkişaf etdirilən layihələrin ən məşhuru müxtəlif ölkələrdə bir-birindən asılı olmadan aparılan "Robot qarışqa ordusu layihəsi"dir. Məsələn, Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universiteti tərəfindən aparılan bir araşdırma kiçik, ucuz və sadə robotların inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd hamısı fiziki baxımdan bir-birinin bənzəri olan bu robotlardan bir robot ordusu qurmaqdır. Layihə qurucuları bu robotların işləmə prinsiplərini bu şəkildə açıqlayır: "Qrup şəklində hərəkət etmələri, koordinasiya içində, bir dəstə halında fiziki işləri yerinə yetirmələri və ortaq qərar vermələri".
Bu robot ordularının bütün texniki və elektrik sistemləri bir qarışqa toplumunun davranışının nəzərdə tutulması yolu ilə planlaşdırılmışdır. Öz cinslərindən olan həşərat cütlərinə bənzədiklərinə görə onlara "qarışqa ordusu robotlar" deyilir.
"Qarışqa ordusu robot" sistemi ilk başlanğıcda bir "material daşıma sistemi" kimi layihələndirilib. Bu ssenariyə görə, bir çox kiçik robota cisimləri əlbir şəkildə qaldırıb onları nəql etmək işi tapşırılacaqdı. Daha sonra onlardan müxtəlif işlərdə də istifadə edilməsinə qərar verildi.
"Bizim uğrumuzda cəhd edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!" ("Ənkəbut" surəsi, 69).
"Ancaq iman gətirənlər, saleh əməllər işləyənlər və Allahı çox zikr edənlər zülmə məruz qalandan sonra qələbə qazananlar başqa..." ("Şuəra" surəsi, 137).
Mövzu ilə əlaqədar bir verilişdə bu robotlardan nə məqsədlə istifadə ediləcəyi bu şəkildə tərif edilmişdir:
"Nüvə və təhlükəli maddənin təmizlənməsi, mədənçilik (materialı çıxarma və xilasetmə), mina təmizləmə, xəbərləşmə və keşik çəkmə, planet səthlərinin öyrənilməsi və qazıntılar".11
Qarışqa robot texnologiyası sahəsində mütəxəssis olan İsrael A.Vaqner tərəfindən İsrail parlamentinə təqdim edilmiş bir raportda isə qarışqa robot layihələri aşağıdakı şəkildə göstərilir:
"Qarışqa-robotlar ortaq bir hədəfə çatmaq üçün planlaşdırılmış fiziki varlıqlardır. Bunların çox məhdud enerji qaynağından yararlandığı və fəaliyyət sahələrində bir çox izlər qoyaraq əlaqə qurduğu görünür. İşlərin bu robotlar arasında bölgüsü ya mərkəzi nəzarətçi və digər nümayəndələrə təlimat göndərən bir şəxs tərəfindən həyata keçirilə, ya da şəxslərin əvvəlcədən itaət etməsi şərtilə verilən bir işin tamamlanması da təmin edilə bilir.
Üçüncü bir yol isə iş əsnasında bu işbirliyinin qabaqcadan qərar vermədən təbii şəkildə ortaya çıxmasıdır. Bunların istifadə məqsədi tədqiqat, xəritə çəkmə, bir evin təməlini təmizləmə, naməlum bir planeti kəşf etmə və ya bir mina sahəsini təmizləmə ola bilər".12
Bu nümunələrdən də göründüyü kimi, qarışqaların ictimai həyatı müasir dövrdə bir çox layihələrin təməlini təşkil etməkdə və qarışqaların köməyi ilə qurulan robot texnologiyaları insanlara böyük fayda verməkdədir. Elə bu səbəblə də Hz.Süleyman qissəsində qarışqalara və onların olduğu vadiyə diqqət çəkilməsi son dərəcə mühümdür. Allah bu ayə ilə diqqəti bəlkə də Hz.Süleyman dövründəki texnoloji inkişafa cəlb edir. Məsələn, ayələrdə işlədilən "qarışqalar" ifadəsi ilə robotlardan təşkil edilmiş bir orduya işarə edilə bilər. Hz.Süleyman onun əmrinə tabe olan cinlərin və şeytanların köməyi ilə çox yüksək texnologiyaya sahib robotlardan ibarət bir ordu qurub onları müxtəlif vəzifələrlə görəvləndirmiş ola bilər.
Ayələrdə xüsusilə axırzamanda robot texnologiyasında əldə ediləcək irəliləyişlərə, robotların insan həyatında mühüm bir rol oynayacağına, bir çox ağır işləri görüb onların həyatını rahat edəcəyinə işarə edilir. Şübhəsiz ki, doğru olanı Allah bilir.
(harun yahya Həzrəti Süleyman)
Yer imleri