Küləyin Hz.Süleymanın əmrinə verilməsi



"Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana biz ram etdik. Biz hər şeyi bilənik!" ("Ənbiya" surəsi, 81).

Allah küləyi Hz.Süleymanın əmrinə vermiş və ondan müxtəlif işlərində bir vasitə olaraq istifadə etməsinə imkan yaratmışdır. Bu ifadə ilə Hz.Süleyman dövründə və eyni şəkildə axırzamanda texnologiyada külək enerjisindən istifadəyə işarə edilə bilər.

Hz.Süleymanın əmrinə "fırtına şəklindəki küləyin" verildiyini bildirməklə axırzamanda inkişaf edəcək yüksək təyyarə texnologiyasına diqqət çəkilmiş ola bilər.



"Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi..." ("Səba" surəsi, 12).

Ayədə yer alan "səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol" ifadəsi ilə Hz.Süleymanın müxtəlif bölgələr arasında sürətli bir şəkildə hərəkət etdiyinə diqqət çəkilmiş ola bilər.

Hz.Süleyman öz dövründə indiki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edib küləklə hərəkət edən vasitələr meydana gətirmiş və bunların vasitəsilə uzaq məsafələri qısa zamanda qət etmiş ola bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.



Bu gün yel dəyirmanlarından bir çox ölkələrin elektrikə olan tələbatının ödənilməsində istifadə olunur. Yel dəyirmanları XXI əsrin mühüm enerji qaynağı statusunu almış və yanacaqla işləyən generatorlara ucuz və faydalı bir alternativ olmuşdur.



"Onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!" ("Fəth" surəsi, 28).


Təyyarələrin qanadları təzyiq fərqi təşkil edib nəqletmə işini həyata keçirəcək şəkildə planlaşdırılıb. Uçuş qanadların ətrafında havanın hərəkət etməsi nəticəsində mümkün olur. Təyyarənin ağırlığına bərabər bir daşıma qüvvəsi ilə təkərlər yerdən aralanır və təyyarə havaya qalxır.



Bu daşıma qüvvəsi bu şəkildə ortaya çıxır. Normal halda hava dalğalar şəklində yumşaq bir axına malikdir. Ancaq qanadın hərəkəti ilə birlikdə havanın axını da dəyişir. Hava bölünür və qanadın ətrafından keçir.

Qanadın üst tərəfi donqar bir profilə malikdir. Bəzi fiziki qanunlara görə, qanadın üstündən keçən hava sürətlənir və bu hava qanadın altındakı havadan daha az təzyiq əmələ gətirir. Başqa sözlə, altdakı hava qanadı daha çox yuxarı qaldırdığı halda üstdəki hava onu bir qədər az aşağı sıxır. Bu təzyiq nisbəti təyyarənin altdan yuxarıya tərəf itələnməsinə və yuxarı çəkilməsinə yol açır. Bu vəziyyətdə təyyarə cazibə qüvvəsini dəf edir və onun havada qalması üçün daşıma qüvvəsi yaranır. Və təyyarə havaya qalxır.

Təyyarə havaya qarşı hərəkət halında ikən yaranan qüvvəyə aerodinamik qüvvə deyilir. Təyyarənin çəkisi, yəni yerin cazibə qüvvəsi bir kütlə qüvvəsidir. Aerodinamik qüvvə isə təyyarənin ətrafındakı hava ilə təmasda olduğu hissələrdə yaranır. Bu qüvvənin səthə dik olan hissəsinə "təzyiq", səthə toxunan hissəsinə isə "sürtünmə qüvvəsi" deyilir. Ümumi aerodinamik qüvvənin təyyarənin hərəkət yönünə dik və yuxarı tərəf olan hissəsinə "daşıma", təyyarənin hərəkətinə paralel və geriyə tərəf olan hissəsinə isə "yan qüvvə" deyilir. Təyyarənin şaquli haldakı üfüqi uçuşuna daşıma qüvvəsi yerin cazibə qüvvəsinə zidd təsir edir. Bu iki qüvvə bərabər olanda təyyarə havada sabit şəkildə uça bilir.
(harun yahya Həzrəti Süleyman)