Axır zamanda elm və texnologiya dünyası çox böyük bir sürətlə inkişaf etməyə, bu inkişafla ayaqlaşmaq isə qeyri-mümkün olmağa başlamışdır. Hər yeni texnoloji vasitə böyük bir sürətlə daha qənaətcil, istifadəyə daha yararlı, daha səmərəli hala gəlir. 50 il bundan əvvəlki telefon, televiziya və radio cihazları ilə müasirləri arasında çox böyük fərqlər var. İnternet ilk dəfə yaradılanda çox məhdud bir sahədə istifadə vasitəsi ikən sonralar bütün dünyanı bürüyən bir məlumat şəbəkəsi olmuşdur. Ancaq bu o demək deyil ki, keçmişdə texnologiyalar yox idi. Məsələn, bu gün çox inkişaf etmiş xüsusiyyətlərə malik radiolar var. Ancaq keçmişdə də daha praktik üsullarla istehsal olunan radiolar vardı. Yuxarıda rəsmi verilmiş qalen kristalından istifadə olunmaqla istehsal edilən radiolar mövcud idi.14 Dolayısı ilə Hz.Süleyman dövründə də daha münasib bir texnologiya ilə eyni işləri görən cihazlar əldə edilmiş ola bilər. Bəlkə də bu gün bilinməyən bir texnologiya ilə taxtın görüntüsü gətirilmiş, üçölçülü olaraq yenidən düzəldilmiş ola bilər. Bunları eynilə əvvəl də toxunduğumuz təyyarələr, mikroyazı alətləri və internet texnologiyası haqqında da söyləyə bilərik.
"Cinlərdən olan bir ifrit dedi: "Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!"" ("Nəml" surəsi, 39).
Taxtın gətirilməsi ilə bağlı ilk təklif ifritdən gəlir. Cinlərdən ifritin bu təklifindən göründüyü kimi, cinlərin bir əşyanı başqa yerə daşımaq kimi qabiliyyətə malik olması ehtimal edilir.
Bu gün hər hansı bir əşyanın görüntüsünü internet vasitəsilə bir yerdən başqa bir yerə göndərmək sadəcə saniyələr çəkir.
"Kitabdan bir qədər xəbəri olan birisi dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!"" ("Nəml" surəsi, 40).
Taxtın qısa zaman ərzində gətirilməsi ilə bağlı ikinci təklif isə "kitabdan bir qədər xəbəri olan biri" kimi tanınan bir şəxsdən gəlir. Ayədə sözügedən şəxs Hz.Süleymana Səba məlikəsinin taxtını "bir göz qırpımında", yəni çox qısa müddətdə gətirə biləcəyini söyləyir. Burada müxtəlif fərziyyələr ortaya çıxır:
Bəhs edilən şəxs hərbi kəşfiyyat sistemində olan və uzaqgörən birisi ola bilər. Bu taxtı da qabaqcadan tədbir görüb gətirtmiş ola bilər. Bu yolla ayədə dövlət kəşfiyyat sistemindəki əsgərlərin istənilən savaş və ya təhlükəli vəziyyətlərdə qabaqcadan hazırlıqlı olmalarına işarə edilmiş ola bilər.
Səba məlikəsinin taxtının bir göz qırpımında gətirilməsinin, taxtın dəyişikliyə məruz qoyulmasının və quşlarla məlumat mübadiləsinin aparılmasının açıqlandığı ayələrdə axırzamanda istifadə ediləcək olan və əşya daşınılmasına imkan yaradan yüksək bir texnologiyaya işarə oluna bilər.
Gündəlik həyatımızda yazı, rəsm, film kimi hər növ məlumatın internet texnologiyası vasitəsilə bir neçə dəqiqə, hətta saniyə içərisində çox uzun məsafələr qət etməsi mümkündür. Burada Səba məlikəsinin taxtının tez bir zamanda uzaq bir məkana göndərilməsini göstərməklə belə bir prosesin (məsələn, bir taxta aid üçölçülü təsvirin və ya rəsmin göndərilməsinin) axırzamanda internet vasitəsilə bir göz qırpımında mümkün olacağına diqqət çəkilmiş ola bilər.
Hz.Süleyman bu səylərində cinlərin bilgisindən və sahib olduqları yüksək xüsusiyyətlərdən faydalanmış ola bilər. Onların vasitəsilə bu gün tanınmayan, ancaq gündəlik həyatımızdakı texnologiyaya yaxın, fərqli cihazlar qurmuş və ayələrdə göstərilən uğurları əldə etmiş ola bilər.
Ayədə taxtın gətirilməsindən sonra Hz.Süleymanın Allaha üz çevirib əfv diləməsi, dua və şükr etməsi qeyd olunur. Hz.Süleyman hər uğurunun, hər çətinliyin, ya da başına gələn hər əhəmiyyətli hadisədən sonra səmimiyyətlə Allaha üz tutan sədaqətli bir peyğəmbərdir. Onun bu xüsusiyyəti bütün möminlər üçün çox gözəl bir nümunədir.
"(Süleyman) dedi: "(Bəlqisin) taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yox?!"" ("Nəml" surəsi, 41).
Səba ölkəsinin simvolu olan taxtın Hz.Süleymanın sarayına gətirilməsi məlikə üçün çox böyük bir psixoloji məğlubiyyətdir. Üstəlik Hz.Süleyman Səba ölkəsindən gələn taxtın tanınmaz hala salınmasını əmr etməkdədir.
Hz.Süleymanın əmri ilə taxt daha da gözəlləşdirilib zənginləşdirilə bilər. Bu üsulla Hz.Süleymanın öz zənginliyinin daha yüksək olduğunu və hətta Səba məlikəsinin mal və mülkündən üstün bir hakimiyyətinin olduğunu ifadə etmək ehtimalı var.
Ayədə müsəlmanların hər şeydə olduğu kimi sənətdə də daha mükəmməli axtardıqlarına işarə edilir. Səba məlikəsinin taxtı nə qədər gözəl və görkəmli olsa da bu taxtın Hz.Süleymanın üstün sənət qabiliyyəti qarşısında aciz qaldığına diqqət çəkilmiş ola bilər.
Burada qarşımıza Hz.Süleymanın yüksək sənət qabiliyyətinin bir nümunəsi də çıxır. Süleyman peyğəmbər sənət və texnologiyanı çox gözəl şəkildə çulğaşdırmış və bunların sayəsində insanları öz ağlına və sənət gücünə heyran qoymuş ola bilər.
Taxt üçün istifadə edilən "dəyişiklik etmək" ifadəsi də diqqətçəkicidir. Belə bir dəyişikliyi kompüter proqramları ilə etmək bu gün çox asandır. Yəni bir taxtın şəklinin internet vasitəsilə başqa bir yerə göndərilməsi, sonra isə bu şəklin üzərində müxtəlif kompüter proqramları ilə dəyişikliklər edilməsi mümkündür. Bu ayədə də axırzamanda geniş istifadə ediləcək oxşar bir texnologiyaya işarə oluna bilər.
"(Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" - deyə cavab verdi. "Bizə ondan daha öncə elm verilmiş və biz müsəlman olmuşduq!" Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu! Çünki o, kafir bir tayfadan idi" ("Nəml" surəsi, 42-43).
Hz.Süleymanın bu sualı verməsinin bir səbəbi Səba məlikəsinin diqqətini yoxlamaq ola bilər.
Ayədən də göründüyü kimi, məlikə zəkalı və ehtiyatlı bir insan olduğunu hiss etdirmiş, Hz.Süleymanın ona verdiyi suala təmkinli bir cavab vermişdir. Birbaşa "Bəli, mənim taxtımdır" və ya "Xeyr, mənim taxtım deyil" kimi qəti cavab verməmiş, orta bir cavab seçmişdir.
"Ya Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! Biz səni Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik! Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!" ("Əhzab" surəsi, 45-47).
Səba məlikəsi Günəşə tapınıb sitayiş edən bir qövmün arasında yaşayırdı. Ancaq Hz.Süleymanın səmimi və təsirləndirici bir dillə yazdığı məktubu oxuması və sonradan Hz.Süleymanı ziyarət edərək onun yüksək hakimiyyətinə şahid olması məlikənin iman gətirib müsəlman olmasına səbəb olmuşdur.
"Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir -gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 44).
Ayədə Səba məlikəsinin Hz.Süleymanın sarayına girdikdə oranın döşəməsinin dərin su ilə dolu olduğunu düşünmüşdür. Bu vəziyyətlə bağlı müxtəlif izahlar vermək mümkündür:
Bu sarayın yeri üçün ayədə keçən "şəffaf şüşə" ifadəsi ilə o dövrdə istifadə edilmiş fərqli bir texnologiyaya işarə oluna bilər. Səba məlikəsi ayağını qoyacağı yerin quru olduğunu hiss edə bilməmişdi, bu da Hz.Süleymanın sarayının o dövrlərdəki saraylardan fərqli olması ehtimalını ağıla gətirir.
Şəffaf şüşə kimi ifadə edilən döşəmə böyük bir televiziya ekranı ola bilər. Sarayın giriş döşəməsinə nəhəng bir ekran yerləşdirilmiş ola bilər. Bu ekrana su görüntüsü verilmiş, müxtəlif işıq oyunları ilə bunu qurmuş ola bilərlər (Əvvəlki səhifələrdəki şəkillərdən də göründüyü kimi, bu gün də belə texnikalardan, daxili dekorasiyalardan tez-tez istifadə olunmaqdadır). Beləliklə, Səba məlikəsi ekranın üstündə gəzdikdə su üstündə gəzməsi hissinə qapıla bilər.
Tintoretto, "Kraliça Səba və Hz.Süleyman", 1555, Prado Muzeyi
Ayədə daha fərqli bir texnologiyaya da işarə edilə bilər. Bu günlərimizdə simulyatorlu eynəklər vasitəsilə insanın özünü olduğu yerdən daha fərqli bir məkanda hiss etməsi mümkündür. Ayədəki ifadədə axırzamanda yaranacaq olan bu texnologiyaya bir işarə ola bilər.
Hz.Süleymanın da Səba məlikəsi gəldiyi zaman belə bir vəziyyətin yaranacağını bildiyi anlaşılır. Çünki o, sahib olduğu texnologiyanın çox üstün və qeyri-adi olmasının fərqindədir.
Allah bu ayələri ilə axırzamanda inkişaf etmiş texnika və hazırlanacaq dekorasiya materiallarında suyun çox işlənəcəyinə diqqət çəkmiş ola bilər. Suyun estetik və təmiz görünüşündə işlədilən bu materiallar Hz.Süleyman dövrünə bənzər gözəlliklər meydana gətirə bilər.
Bu qissədə qarşımıza çıxan Hz.Süleymanın yüksək sənət anlayışı müsəlmanlar üçün çox gözəl bir nümunədir. Bu anlayış onun Allaha olan güclü sevgisinin və Allahın yaratmış olduğu gözəlliklərə qarşı heyranlığının bir ifadə şəklidir.
İman gətirən sənətkarlar tarix boyunca çox gözəl əsərlər yaratmışlar. Allahın köməyi ilə axırzamanda da müsəlmanların sənət gücündə böyük bir irəliləyiş olacaq. Allahın yaratdığı gözəlliklərdən ilham alan və Ona qarşı sonsuz sevgi duyan sənətkarlar bənzəri olmayan sənət əsərləri yaradacaq, rəsm, musiqi və memarlıq sahəsindəki bu gözəl irəliləyiş bütün dünyanı bürüyəcək. Allahın yardımı ilə bu inkişafın önündə gedən İslam dünyası olacaq.
Bu gün kompüter dövründə hazırlanan üçölçülü holoqrafik təsvirlərdən hər sahədə istifadə edilir. Sənayedə, tədqiqat sahələrində, təhsildə, tibbdə, film və reklam işlərində çox istifadə edilən simulyasiya texnologiyası orijinalı ilə heç bir fərqi olmayan bir dünya yaratmağa imkan verir. Beləcə, tarixi bir yerin, muzeyin, hətta hər hansı bir planetin üzərində belə gəzmək mümkündür. Məsələn, yuxarıda sağdakı şəkildə radar görüntülərindən faydalanaraq hazırlanan üçölçülü Venus planetinin təsviri görünür. Yuxarıdakı sol şəkildə isə bir parkın üçölçülü holoqram görüntüsü yaradılmışdır.
Aşağıda soldakı şəkillərdə üçölçülü bir atomobil qəzası testi görünür. Vasitələrin xüsusiyyətləri və sinağın nəticələri ilə bağlı məlumatlar kompüterə daxildir. Beləcə mühəndislər vasitənin sürəti, vurmanın bucağı kimi dəyişikliklərlə oynayaraq mümkün vurma vəziyyətlərini test edirlər. Aşağıdakı sağdakı şəkillərdə isə bir şəhərin iki ayrı görüntüsü verilmişdir. Bu üçölçülü təsvir sayəsində şəhərsalma mütəxəssislərinin işi olduqca yüngülləşdi. Beləliklə, düşündükləri dəyişiklikləri qabaqcadan görmə imkanına malik oldular. Məsələn, onlar bir ağac əkməyi düşünürlərsə, bir neçə ildən sonra ağaclar böyüdükdə yolun vəziyyətini qabaqcadan görə bilərlər.
O biri səhifədəki üstdəki şəkil bir muzeyə aiddir. İmperator Avqustun sarayının divarına çəkilmiş bir Roma teatr səhnəsi üçölçülü olaraq yenidən düzəldilmişdir.
Eyni səhifədə altdakı şəkildə isə "Ford Motor Kompani"nin qarşıdakı 5 ildə maşın dizaynı işlərində istifadəsi düşünülən holoqram cihazına aid bir təsvir. Bu holoqram cihazı sayəsində Ford layihələri və mühəndisləri maşınları əvvəllər heç istifadə edilməmiş bir üsulla dizayn edəcəklər. Bu cihaz sayəsində onlar ekran əvəzinə üçölçülü şəraitdə işləyə biləcək, qurulan maşın modelinin yanında gəzə və maşını hər baxımdan müzakirə edə biləcəklər.
(harun yahya Həzrəti Süleyman)
Yer imleri