SUYUN QÜSURSUZ YARADILIŞI

Günəş sistemində mövcud olan digər 63 göy cismindən heç birində suyun olmadığını bilirsinizmi? Halbuki yer üzünün böyük bir hissəsi sularla əhatəlidir. Okeanlar və dənizlər Yer səthinin cəmi dörddə üçünü təşkil edir. Digər tərəfdən quru ərazilərində də saysız-hesabsız göl və çay vardır. Yüksək dağ zirvələrini bəzəyən qar isə suyun donmuş şəklidır. Dünyadakı suyun böyük bir hissəsi də səmadadır; buludların hər birində minlərlə, bəzən yüz minlərlə ton su olur. Bu suların bir qisimi müəyyən müddət ərzində damcı şəklində yerə düşür, yəni yağış olur. Hal-hazırda tənəffüs etdiyimiz havanın tərkibində də müəyyən miqdarda su buxarı var.

Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, krantı açdıqda oradan axan su içilən sudur… İnsanlar suyun varlığına o qədər vərdiş ediblər ki, yer üzünün böyük hissəsinin sudan ibarət olduğunu bəlkə də heç düşünmürlər. Halbuki bu kosmosda həqiqətən də çox nadir rast gəlinən bir haldır. Bu səbəbdən məlum olan bütün göy cisimlərinin içində yalnız Dünyada suyun olması, həmdə də bu suların içilə bilən xüsusiyyətdə olması son dərəcə əhəmiyyətli bir mövzudur.

(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, Onunla dən və bitki yetişdirək, Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. (Nəbə surəsi, 14-16)

Susuz bir həyat təsəvvür etmək mümkün deyil. Su, Allahın həyatın ən təməl ünsürü kimi xüsusi olaraq var etdiyi, hər cür fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün yaratdığı bir maddədir. Yer üzündəki milyonlarla növ canlı su sayəsində həyatlarını davam etdirir, həyat üçün lazımlı olan tarazlıqlar da suyun varlığı sayəsində davamlığını qoruyur.

Suyun heyrətamiz xüsusiyyətləri

Xüsusiylə, suyun istiliklə əlaqədar (termal) xüsusiyyətləri dünya üzərindəki canlı həyatının davamlılığında böyük rol oynayır. Bunlardan bir neçəsini sadalaya bilərik:

Məlum olan bütün mayelərin temperaturu aşağı düşdükcə büzüşür və həcmlərini itirirlər. Həcm azaldıqca sıxlıq artır və beləliklə soyuq olan qisimlər daha da ağırlaşır. Buna görə maye maddələrin bərk halları, maye hallarına görə daha ağırdır. Amma su, məlum olan bütün mayelərin əksinə, müəyyən bir temperatura (+ 4°C-yə) düşənə qədər büzüşür, sonra birdən-birə genişlənməyə başlayır. Donduqda isə daha çox genişlənir. Bu səbəbdən suyun bərk halı, maye halından daha yüngüldür. Yəni buz, əslində "normal" fiziki qaydalara görə suyun dibinə batmalıdır, lakin suyun üstündə üzür.

Suyun bu xüsusiyyəti dünya üzərindəki dənizlər baxımından çox əhəmiyyətlidir. Əgər bu xüsusiyyət olmasa, yəni buz suyun üstündə üzməsə, dünya üzərindəki suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə heç bir həyat qalmayacaqdı.

Yağış damcılalarının şəkli də xüsusi bir dizayn nümunəsidir

Buz əridikdə ya da su buxarlananda, ətrafdan istilik çəkilir. Bunun tərsi həyata keçəndə isə, çölə istilik verilir. Bu, məlum olan "gizli istilik" anlayışdır. Bütün mayelərin gizli istilikləri var. Ancaq suyun gizli istiliyi, məlum olan bütün mayelərin ən yüksəyi sayıla bilər. Bundan əlavə, suyun "termal tutumu", yəni suyun istiliyini bir dərəcə artırmaq üçün lazım olan istilik miqdarı, məlum olan digər mayelərin böyük hissəsindən daha yüksəkdir.

Suyun gizli istiliyinin və termal tutumunun digər mayelərə görə çox yüksək olması da dənizlərin quruya görə daha gec isinib, daha geç soyumalarını təmin edir. Bu səbəbdən Dünyada quru üzərindəki temperatur fərqləri ən isti yer ilə ən soyuq yer arasında 140°C'-yə qədər qalxdığı halda, dənizlərin istilik fərqi ən çox 15-20°C arasında dəyişir. Eyni vəziyyət gecə-gündüz arasındakı istilik fərqində də yaşanır. Quruda gecə ilə gündüz arasındakı fərq quraq mühitlərdə 20-30°C'-yə qədər çıxdıqda, dənizlərdə ən çox bir neçə dərəcəlik istilik fərqi olur. Sırf dənizlər deyil, atmosferdəki su buxarı da çox böyük bir tarazlıq təmin edir. Gecə-gündüz arasındakı istilik fərqinin, su buxarının çox az olduğu çöllərdə hədindən çox, dəniz iqlimi yaşayan yerlərdə isə çox az olması, bunun bir nəticəsidir.

Bundan başqa suyun termal keçiriciliyi, yəni istiliyi çatdıra bilmək qabiliyyəti də məlum olan digər hər hansı bir mayedən ən az dörd dəfə daha yüksəkdir. Buzun və qarın termal keçiriciliyi isə aşağıdır. Suyun bu xüsusiyyəti çox əhəmiyyətli bir funksiyanı icra edir. Buz, havadakı soyuğu, altındakı su təbəqəsinə çox az çatdırır. Beləliklə çöldəki hava -50°C olsa da, dənizin üstündəki buz təbəqəsi 1-2 metri keçməz. Foklar, pinqvinlər və digər qütb heyvanları, bunun sayəsində dənizin üstündəki buzu deşib altdakı suya çata bilərlər.

Suyun bu özünəməxsus termal xüsusiyyətləri sayəsində, qış ilə yay və ya gecə ilə gündüz arasındakı istilik fərqi daim insanların və digər canlıların dözə biləcəyi bir sərhəddə qalır. Dünya üzərindəki su ərazisi quruya nisbətən az olsaydı, gecə ilə gündüz arasındakı istilik fərq çox artacaq, quru ərazinin böyük qisimi səhraya dönəcək və həyat qeyri-mümkün olacaq, ya da ən azından çox çətinləşəcəkdi.

Okeanların varlığını düşünək. Okeanlar günəş şüalarını qurudan daha az əks etdirir, beləliklə qurudan daha çox günəş enerjisi alır, amma bu istiliyi öz içində quru ərazisinə görə daha balanslı şəkildə paylayar. Bunun sayəsində okeanlar daha isti olan ekvator bölgələrini sərinlədərək həddindən artıq isti olmalarını, qütb bölgələrinin soyuq sularını da istilədərək həddindən artıq soyuq olmalarını və bunun nəticəsində də tamamilə donmalarına mane olur. Əgər belə olmasa nə olardı?

Su "normal" davransaydı nə olardı?

Su "normal" davransaydı, bütün digər mayelər kimi onun da temperaturun azalamsına paralel olaraq sıxlığı artsa, yəni buz suyun dibinə batsa nə olar?

Bu vəziyyətdə okeanlar, dənizlər və göllərdə, donuşluq altdan başlayacaqdı. Altan başlayan donma prosesi, suyun səthində soyuqla əlaqəni kəsə biləcək buz təbəqəsi olmadığı üçün, yuxarı doğru davam edəcəkdi. Beləliklə Dünyadakı göllərin, dənizlərin və okeanların böyük bir hissəsi nəhəng bir buz kütləsi halına gələcəkdi. Dənizlərin səthində yalnız bir neçə metrlik su təbəqəsi qalacaq və havada istilik artsa belə, dibdəki buz əsla əriməyəcəkdi. Belə bir dünyanın dənizlərində heç bir canlı yaşaya bilməzdi. Dənizlərin ölü olduğu bir ekoloji sistemdə quru canlılarının varlığı da mümkün ola bilməzdi. Bir sözlə, əgər su "normal" davransaydı, Yer ölü bir planet olacaqdı.

Suyun nə üçün "normal" davranmadığı, yəni 4°C-yə qədər büzüşdükdən sonra nə üçün birdən-birə genişlənməyə başladığı isə, heç kimin cavablandıra bilmədiyi bir sualdır.

Burada suyun xüsusiyyətlərinə aid yalnız bir neçə nümunə verilmişdir. Bu mayenin insan həyatı üçün xüsusi olaraq yaradılmış olduğunu göstərir. Başqa heç bir planetdə belə bir su kütləsinin olmadığı, bunun yalnız dünyada olması əlbəttə ki bir təsadüf deyil. İnsan həyatı üçün xüsusi olaraq yaradılmış olan dünya, yenə xüsusi olaraq yaradılmış olan su ilə canlandırılmışdır. Bütün canlılar üçün böyük bir nemət olaraq suyu yaradan Allahdır. Allah Vaqiə surəsində belə buyurur:

Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)
(məqalə harun yahya)