3 sonuçtan 1 ile 3 arası

Valideynləriniz necə tanış olublar?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Valideynləriniz necə tanış olublar?

    Bezdiniz sevgi mövzularından, şou- biznes xəbərlərindən, nağıllardan , xəyallardan?
    Bəlkə indi etiraf edək?
    İndi ki, zamanın tanışlıqları o qədərdə maraqla qarşılanmır. Xüsusi günlər kimi yadda qalmır.Ancaq keçmiş dövrün tanışlıqları həqiqətəndə yadda qalan və qismətə inana biləcəyimiz tanışlıqlar olub.
    Keçmiş zamanın tanışlıqları həqiqətədəndə maraqlı idi.Hətta valideynlərimizdən bu haqqda danışanda bunu hiss etmək olur.Bəzilərimiz qismətə, taleyə inanmırlar. Ancaq həqiqətəndə inanmaq lazımdır. Çünki bəzən həyatımızı bizlər özümüz deyil qismətimiz təyin edir.
    Sizi bilmirəm ancaq ilk tanışlıq mənim üçün çox maraqlıdır. Bəzən qohumlarla birgə olduqda ilk soruşduğum bu olur. Çox güman ki, ilk tanışlıq hər biriniz üçün maraqlıdır. Kimi bir xoş hadisə nəticəsində gələcək həyat yoldaşı ilə tanış olub kimidə pis bir hadisə nəticəsində.
    Çox güman ki, hər birimiz valideynlərimizin necə tanış olduğunu bilir. Bilməyənlər isə soruşub bizimlə bölüşə bilərlər.Belə olduğu halda ən maraqlı tanış olan cütlükləri müəyyən etmiş olarıq.
    İndiki zamanda gənclərin hər biri ailə sözü dinləmir. Ancaq keçmiş zamanda bunu çoxları edərdi.Bəziləri məhz ailəsinin istəyi ilə ailə qurduğu halda bəziləri isə o insanı özləri təyin ediblər.Düzüdür o dövrdə yaşamaq bizə qismət olmayıb ancaq indi ki, dövrün tanışlıqlarını bu qədər mənasız edən biz gənclər olduq. Sözsüz ki, indi ki, zamandada xüsusi seçilən fərqlənən sevgililərə rast gəlmək mümkündür ancaq yene də, keçmiş zaman kimi maraqlı deyil.


    Əsas olan kimin tez evlənməsi, tez ərə getməsi deyil.Əsas olan gecdə olsa o xoşbəxtliyi tapa bilməkdir.Tələsən təndirə düşər deyiblər. O insan sizi tapana kimi gözləyin və axtarmağa davam edin.Əminəm ki, o zaman hər biriniz seçimi düzgün edəcəksiniz və öz ailəniz kimi sağlam ailənin təməlini quracaqsınız.

    Bu haqqda nə dərəcədə məlumata sahibik?Valideynləriniz necə tanış olublar?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Valideynləriniz necə tanış olublar?

    Doğrudan da müasir zamanin tanişliği bir o qədər də marağli deyil. Bizim köhnə kinolara baxanda bunun fərqini görmək olar. Əvvəlki tanişliğ dəm-dəzgahla böyüklü kiçikli elçilik bəh bəh bəh...Ancaq indi o tində, bu tində görüşüb taniş olurlar, axiri da olsa dərd yaridi...
    Mənim valideyinlərimin dediklərinə görə kəndə gedəndə taniş olublar özü də bulağ başinda. Bax əsil romantika da elə budur!

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Valideynləriniz necə tanış olublar?

    Ay qaqa seni maraqlandırır
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.