Bu gün ürəyim yenə daş kəsildi,
Qırdım yəqin məndə qırılaraq bəzilərini
İzah etmək çətin oldu
Anlatmaq istərkən məni incitdiyini
Mən incitdim ən çox dəyər verdiyimi..
Edilən yaxşılığa qarşı duyulan minnəti
Əhəmiyyət verildiyimi hiss etdim
Dəyər verildiyini bildim amma
Sözlərim havada qaldı
Üsyan etdim zənn edildi
Sevildiyimin sevincini yaşamaq istərkən
İncitdiyimin kədərinə boğuldum.
Usyan olmazmis!
Printable View
-
10-07-2009, 08:14 AMmontin490Usyan olmazmis!
-
10-20-2009, 03:03 PMmontin_490Re: Usyan olmazmis!
Usyan etdim sensizliyin otmeyen huzun dolu anlarina. Nifret etdim cox sevdiyim sessiz gecelerin sensiz acilan sabahlarina. Bacarmadim yasamagi itirdiyim o gunlerin xeyalina esir oldum.Yoxlugunda deniz oldum axdim sevgimin gozlerinden goz yasi kimi. Usyan etdim... varligindan yox olan birinin usyanina mehel qoymadi zalim ayriliq. Usyan etdim... ellerimi qandallayan aci sukutun usyankar sesimi bogdu bir anda, sensizliyinin cosub dasan zamaninda. Usyan etdim bu dunyaya yazmadimi basdan yazmasin deye bagirdim ona…………..
-
10-20-2009, 03:05 PMmontin_490Re: Usyan olmazmis!
Geldi ayriliq...Bahar kuleklerinin qefil gunune Oldure bildi, ozumu mende.. Carpisan gucume taqetime de qismeti taleyi guldure bildi. Cekilib gozumun qem kolgesine o Hesret ...zavalli utancaq duygulari da bir gunde bir anda dindire bildi...Arali menden, yixildi o qala sevdamin ozu Caresiz ozume ne hakim olum?! Ne dayaq olacaq bir ona axi, yarali menden...Aldat meni de ki bu intizarin gelecek sonu...Cildinden cildini cixaran insan..Menim temennam menim isteyim Geyib ureyine bir basqa donu Aldat meni
-
10-20-2009, 03:06 PMmontin_490Re: Usyan olmazmis!
Aglama ...
Onsuzda gozunde min bir bela var ....Gah yagir omrumun her bir gunune, gah dara cekir meni... Sen seve bilmirsen qemini bele, hec bile bilmezsen nedir mubtela... Nedir her aninda boga bildiyin bu deli sevgimin aci goz yasi....Sozumden sozume,.. gozunden gozume her sicrayisi
Yalvarma....
Qinasa bir omur insafi seni... Adiles... sakit gecelerin gozune dik bax ...sen de fikirles de neyi qazanib itire bildin? Men getdim izim de tozum da itdi...Baharmi gozledin zalim omurden de hansi bahari getire bildin? Cosub sekillere divan eyleme... Sen viran eyleme viran eyleme...
Axtarma....
Yazan deyilem....sindirdin umudun suse qelbini, qiriq aynalari kesib elimi, yazan deyilem...Inada inadmi istedin menden? Yarali qelbimle cokduk torpaga ...Ucmaga qanadmi istedin menden? Senin isteklerine qul idim onda...itmis bir unvana geldimmi sonda...
Saxlama
Ol desen olerdim yan desen alovsuz... odsuz ocaqsiz inanki cismimde ele yanardim....Sondure bilmezdi bagiran deniz...Indi yaddasina hokm eyle bir az.... Meni ozunde bitire bilsin senin her arzunu her dileyini etirazsiz yerine yetire bilsin... -
10-20-2009, 03:08 PMmontin_490Re: Usyan olmazmis!
Bir omur gozledim seni....Illerim sokuldu omur kitabindan, kohnelmis vereqler kimi... Arzular tokuldu umud bagindan xezanda mehv olmus lecekler kimi...Inadina qururla dayandigim zamanim guldu mene....Yayilaraq hem taleye hem qeme...viran etdi meni, talan etdi meni...indi ise get.Daha o men, bu men deyil olmayacaq bilirsen...Indi ise get her addimla anlaki her addimda dinleki gedirsen...bitirsen o uzaq royalardaki ciskin kimi duman kimi cekilirsen itirsen...Kuleklerin agusunda umud ellerine benzer saclarini topla get...arzularin goz yaslarindan viran olmus yollarindaki ucurumlardan atla get.....get...get indi ise get...
-
10-20-2009, 03:09 PMmontin_490Re: Usyan olmazmis!
Elvida….duygulu anlarimiz, sonsuz arzularimiz …bir sevda mateminde…sessizce aglayan anidir indi…Elvida…..Kederimi aglamaga haqqim var..Seni muqessir taleyi gunahkar sanmaga haqqim var….Haqqim var ..bagiraraq sozleri oldurmeye..Amansiz goz yaslarimla alovu oleziyen…kozleri oldurmeye…Elvida…Getdiyim bu yolun geri unvani yoxdu….Daha anla daha bilki…omrunun o menli anlari yoxdu…Elvida…Sen ey taleyin hokmune qurban…..bu esqin ugrunda tukendi quvvetin bitdi taqetin….Dusundun, dusundun asani secdin……Koceri qus kimi bahari secdin
-
10-20-2009, 03:11 PMmontin_490Re: Usyan olmazmis!
Umudu qalmadi bu esqin taleyin….qismeti yazmaqdan qelem caresiz…..urek mecbur ayriliga qalib qerarsiz…umudu qalmadi…gelecek gunun sevincine. bir daha yollarda gorunmeyecek izine umud qalmadi…ele bir yoldayam ele bir anda…..qarsida bir omur ayriliq durur…bir ayriliq, addimlari yamanca yorur…ama getmek…..umudden umudsuzluye….careden caresizliye….ne agir qismetin qurbani oldum…… …..itmis omrun maragi ….menasi……men sarvansiz bir omur karvani oldum……..Getmek…care deyil ama bu esqin yolunda edeceyim son addim…Addimi gozleyen hesretin var….ardimda gormediyim ama duydugum nifretin var….irelli yollarda zeferler olur her zaman…..indi bu menim ucun yalanla dolu bir menasiz guman…irelide sensizlik var…..sensiz ittiham etdiyim caresizlik var
-
10-20-2009, 03:14 PMmontin_490Re: Usyan olmazmis!
Seni unutmagi bacarmadim men...omrumun yollarinda konlumun alovunda gozlerimde bir hesret ahh bu deli mehebbet silinmedi bir anliq...neyazildi bilmirem taleyin qem gozune men hec deye bilemedim senin soyuq uzune seni unutmagi bacarmadim men... sinagina cekildim o xosbext anlarimin aci xatireleriyle...men yasadim bu gunu dunenimin sozuyle sohbetiyle........Sene ince tebessum sene sevinc demisdim neler oldu bilmirem indi qemin icinde axtardim men seni...axtardim kederimin abidesi heykeli axtardim men seni
-
10-20-2009, 03:15 PMmontin_490Re: Usyan olmazmis!
Bir gun kocsem... bu vefasız, anlamsiz dunyadan aglayan notlarin qeminde axtar meni... Saclarini darasa xezri kuleyi, ayriliq daglasa menli ureyi, vereqle omur kitabini sen, sirin xatirelerde axtar meni.Aglama!... bil ki goz yaslarinda men varam senin, sen gozlerinde saxla meni.Aynanin onune kecib sen, gozlerinde meni tapa bilersen sen orda axtar meni,sen orda axtar meni...
-
10-20-2009, 08:19 PMmontin_490Re: Üsyan olmazmış!
Sevdaya Yenildim
Yorgun savaşçıyım
Ruhum bitap düştü
Elimde sancagım
Yollara yenildim sevgilim
Gerçi ayaktayım
Yıldıramadı beni hiçbir düşman
Ağardı saçlarım
Yıllara yenildim sevgilim
Kim bilir bunca yıl umutla
Bekledigim belki bir düştü
Bomboş beklerken kollarım
Hasrete yenildim sevgilim
Beklemekten yıldı gönlüm
Kalbim kaderime küstü
.................................
Sevdaya yenildim sevgilim -
11-08-2009, 08:21 PMzeynalov_Re: Usyan olmazmis!
:cry:
-
11-10-2009, 04:40 PMzeynalov_Re: Usyan olmazmis!
Vaxt var idi el ele idik,
Gezirdik, dolanirdin elden ele,
Vaxt var idi sevirdik,
Baxirdiq, hecirdik gulden-gule -
11-10-2009, 06:35 PMXeyallarimRe: Usyan olmazmis!
sevildiyimin sevincini yasamaq isterken
incitdiyimin kederine boquldum
cox gozel :alqis: -
11-10-2009, 07:02 PMzeynalov_Re: Usyan olmazmis!Tşk.Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-10-2009, 10:18 PMXeyallarimRe: Usyan olmazmis!Alıntı:
zeynalov_ Nickli Üyeden Alıntı
bu ki ,sizin movzu deyildi ,montin_490 yene de siz saq olun -
11-10-2009, 10:20 PMzeynalov_Re: Usyan olmazmis!Montin_490 elə mənəm zeynalov_ :DAlıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-10-2009, 10:24 PMXeyallarimRe: Usyan olmazmis!
men bilmirdim bes niye bele 2 nikle ,yegin cox maraqlidir , her halda yazilariniz da maraqlidir
-
11-11-2009, 08:25 AMzeynalov_Re: Usyan olmazmis!
Yox o biri niklerimle gire bilmirem foruma, ondan bu niki qeydiyyat etmisem.
-
11-11-2009, 01:19 PMXeyallarimRe: Usyan olmazmis!Lap yaxsi :DAlıntı:
zeynalov_ Nickli Üyeden Alıntı
-
11-12-2009, 07:55 PMzeynalov_Re: Usyan olmazmis!
Harası yaxşıdı?
-
11-12-2009, 08:25 PMXeyallarimRe: Usyan olmazmis!
nik deyise biler ess odur ki , urekler qirilmasin . ve sen hemiseki sen olasan
-
11-14-2009, 04:23 PMzeynalov_Re: Usyan olmazmis!Tsk sagolasiniz.Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-18-2009, 05:04 PMSad_AngelRe: Usyan olmazmis!
cox xoshuma geldi ::aze::
-
11-18-2009, 10:44 PMzeynalov_Re: Usyan olmazmis!
Cox sagolun minnetdaram
-
11-22-2009, 10:57 PMzeynalov_Re: Usyan olmazmis!
Heyat heqiqetende qisadir, bezen kederli , bezen sevincli kecir heyatimiz, cox teessuv ki,cox insanin heyatinda keder sevincli anlardan cox olur,qisa heyatda bir - birimizin xetrine deyirik,qan-qaraciliq cox olur dediyimiz halda ve en esasi basa dusduyumuz halda bu hereketleri cox tez-tez tekrar edirik.Oz dost-tanis,yaxin insanlarla munasibetde bezen ise soz-sohbet dusur amma anlayisla meseleni mulayimce yola vermekle de hell etmek olur,Heyatin doyulmaz anlari coxdur ,amma onu deyerince ve layiqince yasaya bilesen yasa bilmeyi bacarasan,heqiqetende menim oz fikirimce usyan etmek olmaz, ne olursa olsun usyanin sonu yoxdur!
-
12-05-2009, 01:21 PMzeynalov_Re: Usyan olmazmis!
ALLAH BU GÖZƏLİ NECƏ YARATDIN
Bir kəlmə söz desə ürək dayanar,
Allah bu gözəli necə yaratdın.
Toxunsa bir ömür ömrün uzanar,
Allah bu gözəli necə yaratdın.
Təbibin müqəddəs nişanəsidi,
Dağların inləyən şəlaləsidi,
Xəstənin dərmansız bir çarəsidi,
Allah bu gözəli necə yaratdın.
Sevgidən yoğrulub sanki mayası,
Təbii gözəldi yoxdu boyası,
Üzündən bilinir arı, həyası,
Allah bu gözəli necə yaratdın.
Dünyaya hava tək, su tək gərəkdi,
Göydən yerə enmiş nəcib mələkdi,
Qoxusu ətirli güldü, çiçəkdi,
Allah bu gözəli necə yaratdın.
Ay görsə günəşin üzünə baxmaz,
Ulduzlar səmaya bir daha çıxmaz,
Çaylar da quruyar dənizə axmaz,
Allah bu gözəli necə yaratdın.
Ox kimi düzülüb kipriyi, qaşı,
Səhv salar saçını ipəkdən naşı,
Gözləri gecənin əkiz sirdaşı,
Allah bu gözəli necə yaratdın. -
12-05-2009, 01:23 PMzeynalov_Re: Usyan olmazmis!
Gözəllik
Əsl gözəllik nə deməkmiş mən bu gün bildim,
Bugünədək heç vaxt belə gözəl görməmişdim.
Yox idi uzun boyu, balaca, arıq idi,
Yox idi ağ dərisi, o qarabəniz idi.
Saçlarını səliqəylə darayıb yığmışdı,
Həyat yumruqlarından o da bir pay almışdı.
İncə dodaqlar həm ehtirassız, həm də qəmli,
Xırda gözləri daşıyır dünyanın dərdini.
O, heç bir vaxt oğlanların xoşuna gəlmirdi,
Düşdüyü hər bir mühitdən təcrid edilirdi.
Onu dolayırdılar, o isə heç dinmirdi,
Əsl yazıq onlardır, bunu yaxşı bilirdi.
Gözlərinin üstünə taxmışdı eynəyini,
Heç cür ata bilmirdi bu çəkingənliyini.
Süni gözəlçələr ona ikrahla baxırdı,
Hər bir baxış onu daha çox yaralayırdı.
Səliqəli, təmiz, amma zövqsüz geyinirdi,
O, bəyənilmirdi, bunu yaxşı dərk edirdi.
Artıq hər salamda pis bir niyyət axtarırdı,
Heç kəs ona dost olmaq üçün yaxınlaşmazdı.
Danışmaqdan qorxurdu zəif, incə səsiylə,
Hamının cavabını verirdi gözləriylə.
Başqalarının gözündə o kifir, ifritəydi,
Daxili aləmini isə heç kim bilmirdi.
Təbəssümündə də bu qızın iztirab vardı,
Onda heç kəsə qarşı inam qalmamışdı.
Onun həyatı zülmət, sonsuz qaranlıq tartar,
Düşünürdü ki, onu görəsən kim anlayar?
Bütün uşaqlığını tək, tənha keçirtmişdi,
Görəsən onu daha nə zülmlər gözləyirdi?
Hər şübhəli baxışda daha da əzilirdi,
İztirablarını ürəyində gizlədirdi.
Bu kifir qızın vardı mənəvi gözəlliyi,
Utancaq baxışlarla o, incə, zərif idi.
Heyf ki, insanlar onu kəşf edə bilmirdi,
Heç bir kədər, dərd onu məhv eləmirdi.
Tənhalıq və zəiflik onu gücləndirirdi,
İnanırdı ki, nə vaxtsa hər şey düzələcək.
Ancaq heç nə dəyişmir, yenə də eyni idi,
Düşünürdü ki, o da bir gün gülümsəyəcək.
Mənəvi gözəlliyi yazılıb gözlərində,
Yaşları quruyub artıq nəmli gözlərin də.
Həyatın dərinliyi gizlənib sözlərində,
Qüvvəsi qalmayıb bu fəlsəfi sözlərin də.
Onun gözəlliyi elə çirkinliyindəydi,
Utancaqlığı, saflığı, sadəliyindəydi.
Fərqi yoxdur kim onun haqqında nə deyirdi,
O, olduğu kimi də sadə və gözəl idi.
Real gözəllik nə deməkmiş mən indi bildim,
Bugünədək heç vaxt belə gözəl görməmişdim... -
12-05-2009, 01:24 PMzeynalov_Re: Usyan olmazmis!
Vəfasız
Bir zaman mən sənə könül bağladım
Axırda Məcnun tək yandım ağladım,
Od vurdun sinəmə ürək dağladın
Həyatımı yıxıb getdin vəfasız.
Allahdan dilləyim təkcə sən oldun
Sənin həsrətindən saraldım soldum
Məni bu dünyada sən ağlar qoydun
Alovsuz yandırıb getdin vəfasız.
Dilim deyə bilmir ayrılıq sözün
Sızlayır ürəyim ağlayır gözüm
Sənin həsrətinə mən nece dözüm
Məni sənsiz qoyub getdin vəfasız.
Gün gələr sıxılar tənha qalarsan
O zaman sən məni xatırlayarsan
Hardasan Yaqubum deyib ağlarsan
Deyərsən sən deyil mənəm vəfasız -
12-05-2009, 01:25 PMzeynalov_Re: Usyan olmazmis!
Yaşaya bilirsən...
Yaşaya bilirsən sevgisiz ömür,
Könülsüz, yanında bir həmdəm ilə.
Xoşbəxtsən?! Bu sənə belə görünür,
Görmürsən özünü yad gözlərilə.
Necə bağlanmısan sevgisiz cana,
Ürəksiz bağlılıq kimə gərəkdir?
Bu kimə acıqdır? Bilirəm ona...
Ömürlük cəzadı, o da səndəndir.
Açılsa bir sabah gizli arzular,
Nə üzlə baxacaq gözlərin ona.
Bəlkə də tapırsan sirli yalanlar..
Səndə “fərasət” var sevinək buna?
Bacara bilirsən sən yaşayaraq,
Günahlar içində xoşbəxt gülürsən.
Günəşsiz, işıqsız nur sayrışaraq,
Guya sevinirsən, guya sevirsən
Guya bəxtəvərsən, belə xoşbəxtsən. -
12-05-2009, 01:28 PMzeynalov_Re: Usyan olmazmis!
Gedirsən, sevgini özünlə apar...
Getsən, əbəti get ömrümdən, gülüm,
Bir daha gözümə görünmə mənim.
Səni hər görəndə istəmirəm ölüm,
Bir daha qəlbimdə döyünmə mənim.
Get, bu sevgini də al məndən apar,
Onsuz da yaşamaq mənə çətindi.
Sevgini bir təhər qəlbimdən qopar,
Məni öldürən sənin məhəbbətindi.
Qoy ölüm, qarışım qara torpağa,
Görək ölümüm sənə nə verəcək.
Nə qədər ki sən qara desən ağa,
Ömrünə sevinc yox kədər gələcək.
Dünya yalan, sən yalan, məhəbbət yalan,
Yalanlar içində boğulacağam.
Mən səni ilk görüb sevən zaman,
Elə bildim yenidən doğulacağam.
Bir zaman doğuldum, indi peşmanam,
Bilmirəm həyat pis, yoxsa mən pisəm.
Mən də həyata gəlmiş adi insanam,
Ölənlər yanında axı mən nə kəsəm.
Hələ yaşayırıq ömrümüz qalıb,
Sən məndən ayrı, mən səndən ayrı.
Biz unudulmuşuq, sevgimiz qalıb,
İndi düşüb sevən sevəndən ayrı.
Daha ayrılmışıq qovuşmayaq biz,
Nə sən əzab ver, nə mən əziyyət çəkim.
Bu sevgiylə yanıb alışmayaq biz,
Nə sən yalan de, nə mən xəcalət çəkim! -
12-05-2009, 01:29 PMzeynalov_Re: Usyan olmazmis!
Sevgisiz
Qoyma, uzaq tut məni,
Sevda acılarından.
Mənə yaxın gəlməsin,
Qorxuram ağrısından.
Nə qədər sevincimi,
İtirmişəm bilirsən?
Ömürdən incimişəm,
O da məndən deyəsən.
Ürəyim paralanıb,
Arzularım didərgin.
Nə verib mənə sevda,
Bumu vəfası eşqin?
Yaxın qoyma sən məni,
Xəbərin yox necədir.
Əzabı məhəbbətin.
Ona dözmək çətindir.
Yazın isti yağışı,
Payızın leysanları,
Yuyun eşqin adını,
Qovun o arzuları.
Qoy ayaz şaxta vurub,
Hisslərim donuq qalsın.
İldırım qəlbə düşüb,
Min yerdən paralasın.
Qoyma, uzaq tut məni,
Sevda acılarından.
Mən yanmışam bilmədən,
Onun alovlarından.
Ürək, bağışla məni,
Mən səndən küsməmişəm.
Küsdüyüm də yox təkcə,
Ömürdən incimişəm. -
12-05-2009, 01:30 PMzeynalov_Re: Usyan olmazmis!
Unutsunmu səni qəlbim?
Necə unudum səsini,
Səsin doğmadı, əzizdir.
Necə unudum eşqini?
O qəlbimdi, ürəyimdi.
Bilsən nələr itirmişəm,
Yeganə varımsan mənim.
Bu eşq üçün əyilmişəm,
Unutsunmu səni qəlbim?
Damla-damla məhəbbəti,
Mən qəlbimə axıtmışam.
Budur sevgimin dənizi,
Damlasına qıymamışam.
Sönməyəcək qəlbdə işıq,
Qaranlıqlar uzun çəksin.
Ömrümdə bir cüt yaraşıq,
O sən birdə sənin eşqin. -
12-05-2009, 07:03 PMXeyallarimRe: Usyan olmazmis!
Qoy ayaz şaxta vurub,
Hisslərim donuq qalsın.
İldırım qəlbə düşüb,
Min yerdən paralasın.
::yerivar:: tesekkur -
12-05-2009, 08:27 PMzeynalov_Re: Usyan olmazmis!
tsk.
-
12-17-2009, 09:49 PMzeynalov_Re: Usyan olmazmis!
Ağlamalıdır, hə?
Çarəsiz gecələrin birində
atmaq istəmişdin özünü
yarıaçıq pəncərəndən,
yadında?
Sonra mən gəlib durmuşdum
gözünün qabağında
sarılıb ayaqlarına
yalvarmışdım etmə deyə.
Qayıdıb soyuq otağına
tənhalığını yaşamışdın yenidən.
Həmin gecə
sönmüşdü işıqların da
“Görən olmaz” deyib
ağlamışdın doyunca.
Yoxluğumdan xəbər vermişdi
dilə gəlib əşyalar.
Üsyan etmişdin yaşayışına.
Bir balış altda,
Bir balış üstdə
hönkürə-hönkürə açmışdın səhərini.
Gizlədə bilməmişdin
öz-özündən qəhərini.
Yediyin-içdiyin zəhər olmuşdu–dedin.
Dedin:
“–Geyilmiş paltarlarına bürünmüşdüm”—
qucağındaymışam kimi.
Sonra bütün bunları
kişi qeyrətinə sığışdırmayıb
yatmaq istəmisən – olmayıb –
dedin.
Və səhərin gözü açılmamış
yanıma gəlmışdin.
Darıxmısan,
yanıma istəyirsən – deyə.
Mənsə yerimdə qovrula-qovrula
“BURA ÇOX DARDIR!”–demişdim
torpağın altından,
“Əzizim,
daşdansa balış yaxşıdır”—
pıçıldamışdım arxanca
Addımlarından titrəyə-titrəyə
Mən də ağlamışdım.
Ağlamalıdır, hə? -
12-17-2009, 09:53 PMzeynalov_Re: Usyan olmazmis!
Bir-bir düşür yadıma...
Dəmir barmaqlıqlardan
uzadardım balaca əllərimi.
Ovcunda gizlənərdi
buz kimi barmaqlarım.
Evə heç istəməzdim
yalvarardım hər dəfə
“Nolar, yanında qalım...”
Hamısı yadıma gəlir.
Biz səni gözləyirdik
sönük ocaq başında.
Bir həsrət ovudurdum
mən körpə baxışımda.
O da yadıma gəlir
ilk dəfə evimizdən
çıxmamışdım mən o vaxt
nənəm yola salmışdı
yanına gəlib onda
“Mən məktəbə gedirəm
Dur, bax”—
deyə bilmişdim ancaq.
Hamısı yadıma gəlir.
Adına şam yanardı
bayram axşamlarında
sən olmazdın yanımda.
Bir gün əvvəl olardı
bizim bayramlarımız
noolsun?!—
yas içində hamımız.
Hamısı yadıma gəlir.
Tələsərdim biləndə
görüşünə gəlirəm.
Xəyallar uydurardım
yatmayıb sübhə qədər.
Elə ki dolayardım qollarımı boynuna,
toxtayardım balaca,
unudardım hər şeyi.
Bu qızcığaz, balaca
hər görüşun başından
“Vaxtdır!” deyənə kimi
uyuyardı dizində
nə bir dərdi, nə qəmi
Hamısı yadıma gəlir.
Bir dəfə də...
bir gecə
yorğan çəkib başıma
ağlamışdım gizlicə.
Ancaq bilmirəm necə
bilmişdi bunu anam
içini çəkə-çəkə
danışmışdı nənəmə.
e...eh..h...
sənin həsrətindən
od düşmüşdü sinəmə.
Unutmadım heç nəyi
deyirəm yana-yana.
İstəyirəm biləsən
hamısı gəlir yadıma.
bir-bir düşür yadıma... -
12-17-2009, 09:55 PMzeynalov_Re: Usyan olmazmis!
Duyğular qarışanda
...Dənizdə gizlənir Günəş
mən qaranlıq otağımda
nifrətimlə boğuşanda.
Gecəylə verib baş-başa
duyğular qarışanda
Günəşi axtarırıq...
...İllərin həsrətini
bağışlaya bilmirəm
bu qərib sevincimə...
...Qopara bilmirəm Səni
hissimdən...
acığımdan, hirsimdən
əlimi, qolumu, başımı
çırpmaq keçir könlümdən
daş üzlü divarlara.
...Havar çəkmək istəyirəm
yuxuya getməsin gecə
mən yuxuya gedincə...
...Susdurub saatları
donuq əqrəblərinə
bərələ qalır gözlərim.
Zamandan qisasım bu...
...Surətini cizirəm
qaynar baxışlarımla
havanın hər küncünə
dolu-dolu!...
...Qarışınca duyğular
özümə dönən qapılar
bağlı olar üzümə.
Nəbzi itən ömrümə
təsəlli axtarıram
Ay Allah!
Nə yaxşı güzgülər var... -
12-17-2009, 11:34 PMXeyallarimRe: Usyan olmazmis!
Ürək, bağışla məni,
Mən səndən küsməmişəm.
Küsdüyüm də yox təkcə,
Ömürdən incimişəm ::yerivar:: -
12-17-2009, 11:39 PMzeynalov_Re: Usyan olmazmis!
tşk çox sağolun.
-
12-19-2009, 10:47 PMzeynalov_Re: Usyan olmazmis!
MƏN HƏLƏ
BİR CAVAN BULUD YAŞDAYAM
Yeri qanlı-qanlı doydu yağışlar,
Keçib damarımda axdılar mənim.
Dəli arzularım döndü yağışa,
Qayıdıb üstümə yağdılar mənim.
Şimşək var—buludlar davaya duşdu.
Damcılar oynadı havaya duşdum.
Mən eşqin əlinə havayı duşdum,
Onuncun yandırıb-yaxdılar məni.
Mən hələ bir cavan bulud yaşdayam,
Yağış olmadım ki, yağıb yaşayam.
Bir göz var istədim baxıb yaşayam,
Qoydular üz-üzə baxtımnan – məni…
