TƏŞƏKÜRLƏR ƏLA ŞERDİ ƏLLƏRİNƏ SAĞLIQ.
MƏN HƏR ŞEYDƏN RAZIYAM..
ÖZÜMDƏN NARAZIYAM![]()
2 sonuçtan 1 ile 2 arası
-
02-09-2010, 04:42 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Mən - özümün düşməni!!! (Bəxtiyar Vahabzadə)
Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
Öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
* * * * * * *
Mən kiməm? Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
* * * * * * *
İmkanla arzuların
Arasıda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
* * * * * * *
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
* * * * * * *
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı,
özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən
O suallar hədərmiş....
-
02-09-2010, 04:59 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Mən - özümün düşməni!!! (Bəxtiyar Vahabzadə)
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri