Salam. Mən hal-hazırda Əzizə Cəfərzadənin "Zərrintac-Tahirə"əsərini oxuyuram. Hələ bitirməmişəm. Qısaca olaraq onu deyə bilərəm ki, əsər tarixi roman janrında qələmə alınıb. XIX əsrin birinci yarısında İranın siyası, ictimai həyatında başverən, Qərb və Şərq dövlətlərinin diqqət ərkəzində dran bir hadisəyə,yəni 1844-1850-ci illərin BAbilər hərəkatında baş verən, əsasən də Babi inamının görkəmli təbliğatçısı, Şərqin qorxmaz qadını Qürrətüleyn xanımın həyatına həsr olunub.
Hələ maraqlıdır, oxuyuram görüm sonu necə olacaq. Bir də bir şey xoşuma gəlir(bəzən çətinlik çəksəm də): əsərdə insanların dialoqu öz ləhcələrində, danışdığı kimi qeyd olunub. Bu çox təbii, real görünür. Bununla çox kitablarda rastlaşmaq olmur.
Yer imleri