yaxsi serdi,tesekkur edirem...
Öz Şer'ləriniz
Printable View
-
05-29-2008, 12:02 AMSindy
-
05-30-2008, 12:57 PMDervich
Qələmə aldığım bir yuxu ....
Bir dinclik axtarsam yuxularımda ,
Mənə işgəncədir yuxularım da .
Dərviş 2007
Gecə gördüm yuxuda " fəxri xiyaban " tikirəm ,
Özümə görk eləyib , özgəyə örnək çəkirəm .
Nə fəlakət gətirib kim ki bu xalqın başına ,
Yazıram etdiyini ibrət üçün başdaşına ;
Bu kişi nazir olub , xırd eləyib beş rayonu ,
Ki Vətən xainidir ; ön sıraya gömdüm onu .
Bu da şairdi guya , zalıma məddahlıq edib
Susdurub düz deyəni mətbuatda şahlıq edib .
Hələ sən zabitə bax , cəbhədə döndü qadına ,
Satdı əsgər yeməyin , daş - qaş aldı arvadına .
Ayırıb bölgələrə torpağımı bax bu gəda ,
Bir zaman cəhd elədi ayrıca dövlət yarada .
Bu da düşmən köpəyi hərzə deyən ağzıcırıq
Çörəyiylə böyüyüb Türkə söydü zatıqırıq .
Bu polis rəisi idi , hakim ilə əlbir olub ,
Şərə saldı neçəsin , azad etdi yaxşı " yolub " .
Xəstədən rüşvət alıb son nəfəsdə bax bu həkim ,
Bu müəllim , bu vəkil ... bir - bir indi admı çəkim ?!
( Ahhhh Vətən , ta nə deyim ?! Çəkməyə dərdin bir ələm .
Bu Elin dərdlərini yazmağa aciz bu qələm . )
Gün gəlir , Dərviş ölür , dəfn edilir bir məzara ,
Özü - öz etdiyinə ürcah olur bəxtiqara .
Toz basan başdaşını gözləsə də insan əli ,
Öndə sərhəd çəkilib , bir yazıda ; TƏHLÜKƏLİ !!!
Yanda məmur dayanıb , qarnı dizindən aşağı ,
Məzarı göstərərək yaxına çəkir bir uşağı :
- Bu oğul , kafir olub , ömrü boyu hərzə deyib ,
Dirilər bir tərəfə , ölüyə belə zülm eləyib .
- Bəs niyə başdaşına bu boyda lövhər vurulub ,
Adi bir insan üçün bir belə dəsgah qurulub ???
- Görk olsun özgəsinə , söz deməsin bir də yenə ,
Tüpür oğlum
Tüpür oğlum
Bu itin cəmdəyinə !!!
Dərviş 28.05.08 -
06-05-2008, 01:25 AMDervich
Ürək
Bilirəm , bezmisən iynəli sözdən ,
Bir az dözümlü ol , üzülmə ürək !
Təkcə sən bilirsən nə çəkirəm mən ,
Sən sussan bəs məni kim dindirəcək ?!
Hanı sədaqətin , əhdin , ilqarın ?!
Demə ki - bizimki bura qədərmiş !
Hanı vüqarın ki burulğanların
Önünə dağ kimi səbrini gərmiş …
Bilirəm ,
Xətrinə çox dəymişəm , çox ,
Bir az qürurluyam ; Təbiətimdən …
Bəzən hiddətimi , nifrətimi yox ,
Səni susdurmuşam ; Məhəbbətimdən !!!
Bağışla , bağışla !
Yenə deməzdim ;
Deyirəm zirvəni duman almasın .
Məndən olsa idi üzr istəməzdim ;
Yazıqdır , arzular yetim qalmasın .
Şair ürəyisən , dözməlisən sən ,
Nə qədər işgəncə versələr sənə .
Sən axı böyüksən , cılız deyilsən ,
Bağışla !
Bağışla !
Bağışla yenə !!!
04.06.08 Dərviş -
06-07-2008, 03:24 PMAnelDərviş, sizə halal olsun!Alıntı:
Dervich Nickli Üyeden Alıntı
Şeri o qədər çox bəyəndim ki... Zəmanəmizə lap ayna tutmusunuz.
Ümumiyyətlə, bütün burda oxuduğum şerlərinizi bəyənirəm. Amma, bu tamam başqadır. Ürəyiniz, zəkanız, ilhamınız sağ olsun, var olsun. Çox sağ olun.. -
06-07-2008, 03:25 PMAnel
Göz yaşı, eşit məni ağlamayacağam!
Ömrümə qəm qonaq gələn zamanda,
Susub-susub, daş kimi dayanacağam.
Düyümlənib boğazımda məni boğsan da,
Göz yaşı, eşit məni, ağlamayacağam!
İblis tora salsa, fələk fırlansa,
Mən də, o çərx kimi dolanacağam.
Səbrim də qorulsa, qərarım daşsa,
Göz yaşı, eşit məni, ağlamayacağam!
Zülmün sevincində şad, şən, firavan,
Dondan-dona girib, oynayacağam.
Zülm özü mənimlə oynayan zaman,
Göz yaşı, eşit məni ağlamayacağam!
Qəhərim qopsa da, əzab çaxsa da,
Mən ki, elə buludam, qaralacağam.
Könlümün körpüsün yarıb, axsan da,
Göz yaşı, eşit məni ağlamayacağam!
Bəsdir şişirdiyin bu gözlərimi,
Qəlbim kimi, onları da dağlamayacağam.
Toplayıb könlümün qəlpələrini,
Göz yaşı, eşit məni ağlamayacağam!
Sən ki, tez-tez gəlirsən, axı yoruluram,
Səni geri-geri verib, boğulacağam.
Bəlkə yolunu kəsib, daralacağam,
Amma, bil ki, bir daha ağlamayacağam!
Sevincdən deyilsə növbəti gəlişin,
Heç gəlmə göz yaşı, qoymayacağam,
Əriməsin sənin də mən tək günəşin
Göz yaşı, eşit məni ağlamayacağam! -
06-08-2008, 11:32 PMSindy
super serler idi,tesekku edirem...
-
06-09-2008, 01:46 PMDervichAnel xanım təşəkkür edirəm xoş sözləriniz üçün . Bu sadəcə gördüyüm vahiməli bir yuxu idi , qələmə almaq istədim , amma heyif ki tam olaraq yaza bilmədim . Sindy sizə də təşəkkür edirəm , həmişə dəstək verirsiniz , bu isə mənə ilham verir ...Alıntı:
Anel Nickli Üyeden Alıntı
Anel xanım göz yaşları şerinizi oxudum . Başqa şeirlərinizi də oxumuşdum , düşünməyi , daha doğrusu daha geniş düşünməyi bacarırsınız .Şeirdə bədii cəhətdən bəzi səhvlər var , ruhdan düşməyin bu zamanla düzələcək . Baxın bu səhvlər məndə də var və məni də tənqid edirlər . Sizə sadəcə yol göstərmək və sizi yaxşı tənqid etmək lazımdır . Bir daha qələminizə qüvvət olsun deyirəm . Ürək sevgiylə vurursa , beyin düşünürsə əllər yazmağa məcburdur və siz yazacaqsınız .
İndi isə bu barədə sizə şəxsi məsaj göndərəcəm , təklifimi bəyənsəniz sevinərəm ...
Elif xanım , səhifəni boş yerə doldurmamaq məqsədiylə bura yazım ürək sözlərimi . Çox sağ olun , təşəkkür edirəm xoş sözləriniz üçün . Həmişə etimadınızı doğrultmağa çalışacam .
Hər birinizə hörmətlə . -
06-09-2008, 07:04 PMElif
Dervich, şerleriniz çox gözel devamını gözleyirem.
-
06-10-2008, 03:25 PMfidan494Alıntı:
Anel Nickli Üyeden Alıntı
xoşbəxt görünüb gözyaşlarını içinə axıtmaq həmişə asan olmur, lakin insan bunu da bacarmalıdır
qarşıdakı insan buna dəymirsə... -
06-10-2008, 03:43 PMAnelSalam Fidan. Səninlə razıyam, tamamilə doğrudur. Hətta göz yaşları sakitləşdirir, boşaldır nəyisə az-çox. Amma, bəzən elə olur ki, insan bunun mümkünsüz olduğunu bilə-bilə artıq ağlamaq istəmir, üzülmək istəmir. Artıq bezir bu əzabdan doğan göz yaşlarından. Bax, elə mənim də qəhrəmanım bunlardan biridir. Təbii ki, bir çox şey kimi bu da mümkün olmayan bir şeydir. Göz yaşı axacağı qədər axacaq. Amma, insan da öz üsyanını durdurmayacaq, nə qədər boşa olsa da.Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
06-10-2008, 07:21 PMfidan494Salam Anel,Alıntı:
Anel Nickli Üyeden Alıntı
başa düşürəm, boşuna ağlamağın xeyri yoxdur. -
09-29-2008, 03:57 PMjane-az
Boşa çıxmış ümidlər
Qəlbimi bürüdü acı təəssüf,
Kədər-qəm içində doldu gözlərim.
Ruhumu çuğladı coşğun bir dəniz,
Könlümə gömüldü boş ümidlərim.
Sən demə, arzular boşuna imiş,
Aldatmış imişəm özüm özümü.
Zirvəyə qaldıran xəyallar indi
Uçuruma atdı büsbütün məni.
Uğursuzluğuma qapılıb hər an,
Puç olmuş dünyama nəzər salmadan
Irəliyə doğru addımlayıram
Yeni bir uğura heç inanmadan.
Tanrım, bu acılar içində mənə
Bir ilham bəxş elə, gülsün ürəyim.
Özümə inamım dirçəlsin deyə,
Sevinc dolu anlar ver, olsun köməyim. -
11-29-2008, 03:55 PMSTeXaSRe: Öz Şe'ləriniz
Genc bagbanlar
Biz su cekib, bagsaldiq,
Ekdik gozel cicekler.
Burda quslar oxuyur ,
Esir serin kulekler.
****************
Kim su cekib, salsa bag,
Hormet ederler ona .
Her gorulen yaxsi is.
Bir sohretdir insana .
****************
Bagcamizda gul acib ,
Sari heyva, qizil nar.
Ekdiyimiz her agac
Qalacaqdir yadigar. -
01-11-2009, 11:48 AMmiss-bakuRe: Öz Şe'ləriniz
Men de oz yazdigim seirlerden birini size teqdim edirem. Yeqin ki, beyenersiniz.
Sair heyati.
Nedendir bu qeder qusse, keder, qem,
Meger laiqem men bu istirba?!
Inanin ureyim sad olur herden,
Ekser hal ducaram derde, ezaba.
Buna da min sukur edirem, Allah,
Men adet etmisem bu cur heyata.
Zennimce beledir, inanin vallah,
Derdsiz qovusmaram men seriyyata. -
01-20-2009, 04:14 PMbusraaaaaRe: təşəkkürAlıntı:
qisi Nickli Üyeden Alıntı
-
01-21-2009, 04:34 PMmanhuntRe: Öz Şer'ləriniz
INTIHAR
can bedende deyil artiq !
bu bir ipden asili qalmish bedendir
heyata bagli iplerini cozduren
intihara bagli qalmis bedendir
dusundum ki artiq heyat dozulmez
bu dunyada yaxsiliqlar gorunmez
gormedim ki merd namerde eyilmez
pul gorende diz kocurmus "merdlerim"
pula bagli heyat-coxdu derdlerim
fikirlerim hec kese yol olmadi
keder boldu sevincler bol olmadi
ne sagim sag ne solum sol olmadi
cunki menim sagim yalan sol yalan
dogru azdi amma yalan bol yalan
direk oldum el qolumu qirdilar
urek oldum ureyimden vurdular
gerek oldum mene qarsi cixdilar
yanan nifretime vurdular benzin
dedim "agli olan gerek cixsin getsin!"
amma dur bi deqiqe duz mu etdim men?
intihar dogru mu? duz mu secdim men?
yox bu dogru deyil! ah ne etdim men!
bu ipleri kesin! men olmeyeceyem!
buraxin! hele hazir deyilem! getmeyeceyeeeeeeem!!!!
baslayacaq indi mene sorgular
yaxsi olsaydim acilacaqdi baglilar
duzdu azdi amma vardi dogrular
men ne etdim niye bele son oldu?
intiharim cehenneme yol oldu!
niye dogrulara dogru olmadim?
niye yalanlara bagli olmadim?
niye yamanlara sorgu olmadim?
niye meni aldi pul, qadin ,yalan?
indi kim qazandi men yoxsa seytan
yox ! seytan qazandi! mense qeyb etdim
indi men geriye nece qayidim?
hefki vaxtindan cox gec ayildim!
butun mucadelem heyatda bosh!
kash ki geri doneydim ! kaski kash!
(ibrahim umarov)m@nhunt -
01-29-2009, 12:47 AMmooonRe: Öz Şer'ləriniz
offfff heç bilmirem bunlara şeir deyəcəksiz ama yazmışamdaa
Sən bəmbəyaz qar ol məndəki rüzgar
O mavi göylere sovurum səni
Quş olsan tutatsa səni ovçular
De bağlı qəfəsdən uçurum səni
Bağ nə bilsin ki qoca bağban
onun bağrına çiçək əkəcək
Gül nə bilsin ki üstündə duran
Bağrını yardığı bağı sevəcək
Mən çoooox darıxıram bari siz darıxmayın :meyus: -
02-03-2009, 06:46 AMKorZabitRe: Öz Şer'ləriniz
Ogul var ki…
Ogul var ki siper olub ,
Veten ,namus , geyret ucun .
Doyushlerde shanli olub ,
Gosterib hem orda gucun .
*****
Ogul var ki Ana deyib ,
Konulludur Qarabagda .
Bashqa cur ona eyib ,
O olmali dashda ,dagda .
*****
Ogul var ki polis olub ,
Xalgimizi ezib , doyur .
Cunki onun kelbi donub ,
Ferehlenib ozun öyur .
*****
Ogul var ki, oz fikriyle ,
Intigamdir arzusunda .
Qurur duyur xidemtiyle ,
Azerbaycan ordusunda .
*****
Ogul var ki gunah edir ,
Polis olub qan agladir .
Allah bilir hara gedir ,
Sheref deyib hem alladir .
*****
Ogul var ki polis olub ,
Onun bunun cibin kesir .
Qarin bogaz shishib dolub ,
Qarshisinda mezlum esir .
*****
Ogul var ki cinayeti ,
Onu bunu hebs etmekdir .
Cunki onun hekayeti ,
Oz xalgina qesb etmekdir .
*****
Ogul var ki Veten deye ,
Shehid olub ucalibdir .
Shan-shohreti qalxib goye ,
Xiyabanda yer alibdir .
*****
Ogul var ki deyenekli ,
Silah cekib zovq alir da .
Men desem ki it urekli ,
Qorxag olub alcalir da . -
09-07-2011, 11:58 AMleylushaRe: Öz Şer'ləriniz
QİSMET bey serleriniz cox gozeldi beyendim...........
-
03-12-2012, 03:34 PMXeyallarimRe: Öz Şer'ləriniz
Ən çox bəlkələr
incidər sevgiləri.
"Bəlkə gələr,
bəlkə düzələr"..
Bəlkələrdən bir ev tikilər
bünpvrəsi ümiddən
divarları yalnızlıqdan hörlər...
... və ən çox da divarları üşüdə.
hər gecə təklik uluyar
bir heykəl sevgilinin sqkutundan
yoxluq boyda boşluq gəzdirərsən üstündə
gecələri kölgəndən hürkərsən
" -get, gec qalma, hava soyuqdu"
-deyən sevgilinin
ən çox sözlərindən üşüyərsən...
Bəlkə bir gun gələr,
"Bağışla, çox incitmişəm səni"- deyər.
...Lənətə gəlsin bəlkələr.....
