Salam dostlar həmişəki kimi yenə bir şeirimi siznlə bölüşürəm...
MÜQƏDDƏS YALANLAR.
BİR GÜN GETMƏYİB ÖMÜRDƏN HƏDƏR,
NƏ OLSUN KÜSMÜŞÜK,BARIŞMIŞIQ BİZ.
GÖRÜŞ XATİRİNƏ DÜŞÜN NƏ QƏDƏR,
MÜQƏDDƏS YALANLAR DANIŞMIŞIQ BİZ.
AZMI DEMİSƏN Kİ : “ UNİVERSİTETDƏ -
TƏDBİR VAR AY ANA” -GÖRÜŞMÜŞÜK BİZ.
AZMI DEMİŞƏM Kİ : “MƏN İNTERNETDƏ,
BİR AZ LƏNGİYƏCƏM “-GƏZİŞMİŞİK BİZ.
AZMI DEMİSƏN Kİ : “ MÜƏLLİM SAXLADI”
MƏNİMLƏ BİR YERDƏ OLMUSAN FƏQƏT.
AZMMI DEMİŞƏM Kİ : “DEKAN YOXLADI”
AMMA GÖRÜŞMÜŞÜK HARDASA XƏLVƏT.
AZMI DEMİSƏN Kİ : “TELEFONDAKI,
QRUP YOLDAŞIMDIR, YAXIN RƏFİQƏM”
FƏQƏT ANLAMAYIB ANAN ONDA Kİ,-
XƏTTDƏN O UCDAKI “ RƏFİQƏN” MƏNƏM.
BİR GÜN DƏ GETMƏYİB ÖMÜRDƏN HƏDƏR,
NƏ OLSUN ARABİR DALAŞMIŞIQ BİZ.
GÖRÜŞ XATİRİNƏ DÜŞÜN NƏ QƏDƏR,
MÜQƏDDƏS YALANLAR DANIŞMIŞIQ BİZ.
Qismət
Öz Şer'ləriniz
Printable View
-
12-11-2007, 09:00 PMqisiQismətdən
-
12-11-2007, 10:26 PMqisiQismət
Köhnə bir şeirimi sizinlə paylaşmaq istədim... Bunu haçansa bir qış yazmışdım.
BİR QIŞ GECƏSİ YAZILMIŞ ŞEİR.
İŞIQLAR KEÇƏNDƏ QIŞ GECƏLƏRİ,
YORĞANIM SOYUQDAN TİR-TİR ƏSƏNDƏ
BƏYAZA BÜRÜNMÜŞ BUZ KÜÇƏLƏRİ,
SƏRGARDAN GƏZƏNDƏ,YALQIZ GƏZƏNDƏ-
SƏNİ DÜŞÜNÜRƏM DONMAMAQ ÜÇÜN...
SƏNİ DÜŞÜNÜRƏM BUZLAR ƏRİYİR,
GÖZ YAŞI TÖKMƏYƏ BAŞLAYIR KÜÇƏ.
SƏNİ DÜŞÜNÜRƏM QIZLAR ƏRİYİR,
ƏRİYİR NƏ VARSA PARKDA BU GECƏ...
SƏNSİZ GƏZİŞDİYİM BUZ KÜÇƏLƏRDƏ,
ŞAXTA KÖYNƏYİMDƏN,CANIMDAN KEÇİR.
GAH ƏYRİ GAH DA Kİ,DÜZ KÜÇƏLƏRDƏ,
YOLUM KAFELƏRİN YANINDAN KEÇİR.
ELƏ BİL YOLLARIN ÜSTÜNDƏ OLUR,
QARA GÖZLƏRİNİN BƏYAZ KÖLGƏSİ...
QƏFİLDƏN NƏFƏS TƏK İÇİMƏ DOLUR,
KAFEDƏN DUYULAN MUSİQİ SƏSİ.
MÜĞƏNNİ OXUYUR SƏNİN SƏSİNDƏN,
ELƏ BİL NƏYİSƏ TAPIB,GEDİRƏM.
HƏR AÇIQ KAFENİN PƏNCƏRƏSİNDƏN,
İSTİ BİR HƏRARƏT QAPIB,GEDİRƏM.
HƏR ŞİRİN GÜLÜŞDƏN,HAYDAN-HARAYADAN,
KAFEDƏN GÖRÜNƏN YARIMÇIQ AYDAN,
BİR AZ STOLDAKI QƏHVƏDƏN,ÇAYDAN-
BİR AZ SİQARETDƏN DARTIB GEDİRƏM.
DEMƏ Kİ,DONURSAN BİR ƏLAC YOXDUR,
SƏNİ DÜŞÜNƏNDƏ ÇAYA,QƏHVƏYƏ-
NƏ DƏ SİQARETƏ EHTİYAC YOXDUR.
SƏNİ DÜŞÜNƏNDƏ QIZIŞIR İÇİM,
DAHA GƏRƏK OLMUR SİQARET ÇƏKİB-
HANSISA KAFEDƏ İSTİ ÇAY İÇİM...
SƏNİ DÜŞÜNƏNDƏ GÜN OLMUR HƏDƏR,
SAÇIMDAN BAŞLAYIB QANIMA QƏDƏR,
QARŞISIALINMAZ VULKAN OLURAM,
ƏN MƏĞLUBEDİLMƏZ İNSAN OLURAM.
ONDA BİLİRƏM Kİ, DƏYƏRİN NƏDİR...
ONDA BİLİRƏM Kİ, İŞSİZ OLMAĞIM
HƏYATIN İÇİMDƏ DƏRD TİKMƏYİ DƏ,
METRONUN HƏDDİNDƏN ARTIQ DOLMAĞI,
ELƏ AVTOBUSUN GECİKMƏYİ DƏ
HAMISI ADİCƏ BOŞ BƏHANƏDİR...
ÇÜNKİ SƏN YANIMDA DEYİLSƏN MƏNİM...
QİSMƏT -
12-12-2007, 08:00 PMDervichRe: QismətdənQismət bəy salam . Bu şeirdə Nəriman Həsənzadəyə müraciət etmisənmi ?Alıntı:
qisi Nickli Üyeden Alıntı
Onun da bu mövzuda belə bir şeri var , istərdim ki oxuyasan . Bu kimi şeirlər gələcək fəaliyyətində yardımçı olar sənə . -
12-13-2007, 03:24 PMqisiQismət
Salam Dede.Nəriman Həsənzadənin yaradıcılığına çox yaxından bələdəm.Düz düyirsən təxminən bir ruhda onun da bir şeiri var.Əgər səhv xatırlamıramsa "Tələbəlik" şeiridir.Mən sadəcə bir az fərqli tərəfdən müasir detallarla yanaşmaq istəmişəm məsələyə.Amma əgər sənə və digər oxuculara o şeiri xatırladıbsa deməli nəyisə düz eləməmişəm və ya bu şeir uğursuz alınıb.Sözsüz ki, bu mənim tələbəlik illərində yazdığım şeirdir və təsir olduğunu danmıram.Amma bu məncə mənfi təsirlənmə deyil.Deyəsən Ramiz Rövşən demişdi bir dəfə : " Mən siqaretimi sənin siqaretindən alışdırıramsa bu o demək deyil ki, sənin siqaretini çəkirəm." Biganə qalmadığın üçün minnətdaram.Əgər sənin ətrafında bu şeiri səndən başqa oxuyanlar olubsa lütfən onların fikirini mənimlə bölüş.Bir dəfə yazmışdım yenə təkrarən yazıram : İstər sərt,kəskin istərsə yumuşaq,mülayim nə cür tənqidiniz və ya şərhiniz varsa lütfən bölüşün.Tənqidləri qəbul etməmək kimi kompleksim yoxdur.Bu anlamda sənə çox minnətdaram ki,duyduğun,hiss etdiyin şeyləri yazmaqdan çəkinmirsən.Çox sağ ol.Qismət
-
12-13-2007, 08:19 PMDervich
Qismət mən demirəm ki şeri oğurlamısan və ya filan , əstəğfurullah . Sadəcə qeyd etdim ki bu məzmunda Nəriman Həsənzadənin bir şeri var . Oxusan bu mövzuda yardımçın olar . Bax qardaş eləsinə qalsa gərək biz əlimizə qələm alıb yazmayaq , bizdən qabaq təxminən nə varsa hamısı deyilib . İndi mövzu tapmaq həqiqətən də çətindir ...
Mən özüm də şer yazandan sonra inan ki hansısa bir şairimizin təsirini görürəm öz üzərimdə . Başlanğıc üçün bu belə də olmalıdır . Ədəbiyyat estafet ağacıdır , əldən - ələ , dildən - dilə gəzir . O hissləri yaşayırıq , yaşadırıq ...
Dediyim o şeri bura köçürürəm , ümid edirəm ki maraqlı olar sənin üçün .
Qadına məktub
Sizin qızınızla görüşürük biz ,
Gedirik gah yolla , gah kənar izlə .
Bunu mən bilirəm , siz bilmirsiniz , -
O gəlir sizin öz icazənizlə .
Tələbə yoldaşı , rəfiqəsi var ,
İşi də çox olur , bəzən dərs də .
Mənəm ,
Qızınızın necə deyərlər , -
" Tələbə yoldaşı " , " rəfiqəsi " də .
Mən başa düşürəm , siz anasınız ,
Ürəyə sığışmır adi həyacan .
O , evə dönəndə nigaransınız
Evdə olanda da mənəm nigaran .
Bir ömrün mənzili uzun , ya qısa ...
Məhəbbət , doğmalıq -
Hansı qədimdir ?!
O , sizin adicə qızınızdısa ,
O , mənim yeganə səadətimdir .
Siz də heyransınız , mən də bir qıza ,
Gəlin qapısından o , girməlidir .
Dünya elədir ki ,
Bir tapırsa ,
Biri ... təbiidir , itirməlidir .
Doğruluq rəmzidir sizin qızınız ,
Gözündən oxunur qəlbi , isməti .
Sizin bu sevdada uduzmağınız ,
Sizin borcunuzdur , mənim qismətim .
Gərək darılmasın bu eşqə həyat ,
Deməyin biz kimik , nəçiyik , nəyik ...
Yad ikən doğmayıq ,
Doğma ikən yad ,
Dünya qəribədir , biz qəribəyik .
Sizin adınıza hörmət , ehtiram ,
Qadın qarşısında baş əyib aləm .
Mən də baş əyirəm , vidalaşıram -
Qızınız gələcək , mən getməliyəm .
Nəriman Həsənzadə -
12-14-2007, 02:12 PMqisiQismət
Dede dostum mənim də sənə yazdıqlarımdan əsla mənfi reaksiya verirmişəm kimi anlam çıxartma.Əsla.Mən də sadəcə olaraq Nəriman Həsənzadə yaradıcılığıyla yaxından tanış olduğumu anlatmağa çalışdım.Bu şeiri də oxumuşdun.Amma təkrar yazdığın üçün çox sağ ol.Bir dəfə Nəriman müəllim bizim universitetə (mən Odlar Yurdu universiteti bitirmişəm,indi magistraturadayam) gənc şairlərlə görüşə gəlmişdi.Mən də öz şeirlərimlə birgə səhnədə sənin yazdığın bu şeirini oxumuşdum.Yadıma o anlar düşdü... Doğrusu unutmuşdum.Qaldı ki,sənin dediyin təsirlənmə məsələsinə həqiqətən də nə yazırsan sonra baxırsan ki,bu və ya digər dərəcədə kiminsə hansısa şeirinə bənzərlik var.Ramiz Rövşən demiş :
" Şair olmaq istəyirəm,
bu sözləri çırpın məndən"
Günlərin bir günü mən də təxminən bu təsirlənmə və ya bənzərlik məsələsini düşünərkən bir az daha ictimai konteksdə "Çıxardın əynimdən bu adamları " şeirini yazdım.Şeir belədir :
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
QƏZƏBİM ÖZÜMƏ AR GƏLİR MƏNİM,
MƏN DAĞAM, ZİRVƏMƏ QAR GƏLİR MƏNİM,
ADAMLAR ƏYNİMƏ DAR GƏLİR MƏNİM,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
BİLƏNLƏR OLANI DANIŞMIR MƏNƏ,
QARIŞIR GUYA Kİ,QARIŞMIR MƏNƏ,
ADAMLAR QƏTİYYƏN YARAŞMIR MƏNƏ,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
LAL OLSAN LALDILAR KARSAN KARDILAR,
FİKRİMİN ÖNÜNDƏ BİR HASARDILAR,
BUNLAR NƏ YAPIŞQAN ADAMLARDILAR,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
NƏ SUSMAQ, NƏ DİNMƏK İSTƏYİRƏM MƏN,
AHIMA İSİNMƏK İSTƏYİRƏM MƏN,
ÖZÜMÜ GEYİNMƏK İSTƏYİRƏM MƏN,
ÇIXARDIN ƏYNİMDƏN BU ADAMLARI...
nə isə dostum belə-belə işlər.yenidən virtual bir söhbətdə görüşənədək.Çox sağ ol.QİSMƏT -
12-15-2007, 10:36 PMDervich
Aralıq dənizinə
Yanına gəlmişəm sinəsi dağlı ,
Dərdimi , qəmimi əritmək üçün .
Bir həsrət önündə qolları bağlı ,
Ağlar bir ürəyi kiritmək üçün .
Niyə ləpələrin ovutmur məni ?
Niyə dalğaların könlümü almır ?
Yol alıb beynimə fikir yelkəni ,
Hələ ,
Küləyin də qeydimə qalmır .
Oxşamır saçımı əvvəlki kimi ,
Dəniz nəvazişin hara çəkilib ?
Nəğmə de ,
Layla çal ,
Ovut qəlbimi ,
Bu kövrək ümidim sənə dikilib .
Susursan .
Ağzında qalıbdır gözüm ,
Sanki bir qayasan , dəniz deyilsən .
Bəlkə , dillərimiz ayrıdır bizim ???
Lalmısan ?!
Karmısan ?!
Bilmirəm nəsən !
Sən də insanlar tək yad olma barı ,
Çox görmə qayğını , nəvazişini .
Ömür də əyilir qüruba sarı ...
Rədd etmə qəribin bu xahişini .
Səni anlayıram ; - iki yadıq biz !
Saxtasan ,
Umduğum o zər deyilsən .
Gəl bu sözlərimdən incimə dəniz :
- Dənizsən , amma ki Xəzər deyilsən
Dərviş . -
12-15-2007, 10:38 PMDervich
Səs salma yatanlar oyanar , qoy hələ yatsın .
Yatmışları razı deyiləm kimsə oyatsın .
M.Ə.Sabir
Babacan , asta danış , qoy uyusun millət hələ !...
Keyfimi sorma baba , ömr edirik , illət hələ !
Pis deyil , rüşvət alıb pis gün üçün pul yığırıq ,
Saman altındadı su , üzdə isə çox fağırıq ,
Ay kişi , qoyun nədi , biz indi insan sağırıq ,
Birtəhər girləyirik bir başı min zəhmət ilə
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Güclü alver edirik , bax , qoz alıb - qoz satırıq ,
Mersedeslərdə gəzib erməniyə naz satırıq ,
Özümüz həsrət ikən , Avropaya , qaz satırıq ,
Səbr elə , halva nədir , xaş bişəcək ... möhlət hələ ,
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Sülh ilə qaytarırıq torpağı . maşallahı var ,
Nə olsun ermənidir , onların da Allahı var ,
Bu işdə bir balaca dünyanın da günahı var
A kişi dözümlü ol , görməmisən zillət hələ .
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Özünün imarətin , ev - eşiyin , gül sənə nə ?!
Bu xəmir su istəyir , bişmədi xəngəl sənə nə ?!
Top - tüfəng kar eləməz , cəhd eləmə gəl , sənə nə ?!
Qarabağ getsə belə getməsin bu qəflət hələ
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Doludur əcnəbilər , sən Bakını görməyəli ,
Boş oturmaq nəmənə , iş də var onlar gələli ,
İşləyən öz əlimiz , pul qazanır özgə əli ...
Qarnı boş . qəlbi dolu get özünü yellət hələ
Babacan , asta danış ,qoy uyusun millət hələ !...
Ağlın olsun a kişi fərli - başlı söhbət elə !
Baba , get , dərdin alım , qoy uyusun millət hələ !!!
Dərviş -
12-15-2007, 10:53 PMDervich
İlk baxışdan məhəbbət
İnanmasan ilk baxışdan məhəbbətə ,
İlk baxışdan sevənləri qınamayın !
Həqiqətdir .
Şəkk eləmə həqiqətə ,
Bir atəşdir ...
Atəş ilə oynamayın !
Qabağından bir can alan gələr keçər ,
Baş qaldırar qəlbindəki arzu istək .
Bir təbəssüm ürəyini dələr keçər ,
Qovrularsan ....
Duz səpilmiş bir yara tək .
Sızlayarsan köklənməmiş kaman kimi ,
Ürək bir söz söyləməyə saz axtarar .
Dilə gələr arzuların sarı simi ,
Özgəsinə deyilməmiş söz axtarar .
Anlayarsan :
Baxışda da sevgi varmış ,
Bilərsən ki bu - bir sirrdir , bir hikmətdir .
Dil susanda baxışlar da danışarmış ,
Sevən üçün bir baxış da məhəbbətdir !!!
Dərviş -
12-15-2007, 11:23 PMqisitəbriklər
Salam Dərviş.Şeirlərini oxudum.Gözəl şerilərdir.Sabirə nəzirən haqqında yazmışdım yenə yazıram.Konkret şeirdir.Hədəfi tən ortadan vuran şeirdir.Əsası axcıdır və məzmunludur.Gözəldir.Amma Üç şeir arasından Aralıq dənizinə şeirini lap bəyəndim.Dəniz əsrlərdən bəri romantizm simvoludur və şeirdə dəniz olanda istər istəməz o şeir ikiqat təsirli,poetik,axıcı və gözəl.Təbii ki, istedadlı bir qələm sahibinin qələmindən çıxarsa...Sənin isə istedadının şərhə ehtiyacı yoxdur.Hər şey bütün çılpaqlığıyla göz önündədir. "ömür də əyilir qüruba sarı..."- nə gözəl deyimdir. " - dənizsən, amma ki Xəzər deyilsən"-super misradır.unutmadan bir məsləyə də açıqlıq gətirim.Sənə "sən"-deyə xitab etməkdə ümid edirəm ki,səhv etmirəm.Çünki hansı yaşda olduğunu dəqiq bilmirəm.Əgər yaşca məndən böyüksənsə çox-çox üzr istəyirəm.Amma hər halda belə daha səmimi alınır.Nə isə .Uğurlar dost.Çox sağ ol.Qismət
-
12-15-2007, 11:28 PMqisiQismət
Salam dostlar yenə bir şeir sizinlə bölüşmək istəyirəm...
BƏZİ QIZLARA...
NƏFSİN HİSSLƏRİNƏ TÖRƏTDİ ƏNGƏL,
MƏNƏ DÜNYA İDİN, ONA YER OLDUN.
DEDİM Kİ, SEV MƏNİ BİZƏ GƏLİN GƏL,
SƏN GEDİB DOLLARA TRANSFER OLDUN.
GETDİN “MİSS BAHARA” SÜZDÜN GÖZÜNÜ,
MİN DOLLAR BƏS İMİŞ QUDURMAQ ÜÇÜN.
“MƏRKƏZ LAHMACUN”DAN DÖNDÜN ÜZÜNÜ,
GEDİB “RANDEVU”DA OTURMAQ ÜÇÜN.
ÖMRÜNDƏ ÜZÜK-ZAD GÖRMƏYƏN SƏNƏ,
BİR ÜZÜK ALDILAR QAŞI DA QARA.
QURU QƏPİYƏ DƏ DƏYMƏYƏN SƏNƏ,
ƏRİN ÇANTA ALDI ÜÇ YÜZ DOLLARA.
SƏNİN Kİ, PULDADIR HƏYAT DƏYƏRİN,
ONDA ÖVLADIN DA HƏRİS OLACAQ.
VALLAH BU GEDİŞLƏ O YAZIQ ƏRİN,
BİR AYIN İÇİNDƏ MÜFLİS OLACAQ.
NƏ DEYİM, ÖZÜN BİL YAŞA DA BELƏ,
ALLAH SƏBİR VERSİN HƏR İKİNİZƏ.
ƏRİN MÜFLİS OLSA BİZƏ ZƏNG ELƏ,
BİR PAKET VALİDOL GÖNDƏRİM SİZƏ...
Qismət -
12-15-2007, 11:34 PMqisiQismətdən
yenə bir şeir...
FEL HAQQINDA MƏHƏBBƏT ŞERİ.
MƏNCƏ DİLİMİZİN ƏSAS QÜVVƏSİ,
ƏVƏZLİK,SAY,İSİM,SİFƏT DEYİLDİR.
MƏNİMÇÜN ƏN ƏZİZ NİTQ HİSSƏSİ,
FELDİR,ÇÜNKİ SEVMƏK FELDİR.
İSİMSİZ,SİFƏTSİZ DİL DƏ DİL DEYİL,
SAYI,ƏVƏZLİYİ HEÇ DANMAQ OLMAZ.
FEL-HƏRƏKƏTDİR,SEVMƏK DƏ FEL,
DEMƏLİ SEVGİLİM DAYANMAQ OLMAZ.
İSİMDƏ ADIN VAR,SAYDA BİRCƏSƏN
ƏVƏZLİK SƏNİNLƏ ƏVƏZSİZ QALAR.
SİFƏTDƏ ZƏRİFSƏN,GÖZƏL İNCƏSƏN
FELİ DƏ ÖYRƏNSƏN LAP ƏLA OLAR.
İSİMİN,SİFƏTİN,SAYIN ÖZ YERİ
BİZLƏRƏ LAZIMDIR ƏVƏZLƏYƏN DƏ.
HƏR ŞEYİ BİLİRSƏN SEVMƏKDƏN QEYRİ,
DƏRSDƏNMİ QAÇMISAN FELİ KEÇƏNDƏ?!
AY MƏNƏ NAZ EDİB QƏLBİMİ QIRAN,
RAZIYAM ARADA YALAN DA DENƏN.
BİR SEVMƏK FELİNİ MƏNƏ HƏR ZAMAN,
TƏSDİQDƏ,İNDİKİ ZAMANDA DENƏN.
Qismət. -
12-16-2007, 01:43 PMqisiQismətdən
dostlar yeni bir şeir...
EVLİLİK SƏNİNÇÜN LOTO DEYİL Kİ...
YOLLARIM HEÇ YERDƏ QOVUŞMUR SƏNƏ,
ANANGİL DE, SƏNİ KİMƏ VERİRLƏR?
GAH YAŞIM, GAH BOYUM UYUŞMUR SƏNƏ,
GAH DA GÜNDƏ SİZƏ ELÇİ GƏLİRLƏR?!
SEVGİ QİYMƏTİMİ NİYƏ KƏSİRSƏN?
GƏL, BİZİM SEVGİYƏ QIYMA,GÜNAHDIR.
SƏN AXI VİTRİNDƏ ƏŞYA DEYİLSƏN,
ÖZÜNÜ HƏRRACA QOYMA,GÜNAHDIR.
BİR GÜN GEC OLANDA AĞLAMA,ÇÜNKİ-
AĞLAMAQ YARAMIR VALLAH BİR İŞƏ.
EVLİLİK SƏNİNÇÜN LOTO DEYİL Kİ,
TORBADAN ƏR ÇIXSIN ALTI GEDİŞƏ...
KİMLƏR SƏNİN KİMİ ƏRƏ GEDİRSƏ,
ARZUMDUR SƏNİNTƏK YANILMASINLAR.
ƏRİNİ ATANLA-ANANLA SEÇİRSƏ,
DENƏN SIĞORTASIZ ƏR ALMASINLAR.
ŞEİRİMİ EŞQ İLƏ YANANA GÖSTƏR,
BAXSIN Kİ, NƏ HALA SALDILAR MƏNİ.
ŞƏKLİMİ APARIB ANANA GÖSTƏR,
BƏLKƏ KREDİTƏ ALDILAR MƏNİ...
Qismət. -
12-16-2007, 08:49 PMDervichRe: QismətdənAlıntı:
qisi Nickli Üyeden Alıntı
Qismət bəy bax buna deyərəm yenilik . Öz dəsti xəttin qabarıq şəkildə seçilir , afərin . Çoxdandır yeni mövzuda , yeni stildə , yeni ifadələr oxuamışdım ...Alıntı:
qisi Nickli Üyeden Alıntı
Mən bu səhifəni təriflərlə doldurmayım , qələminə qüvvət ! Bir daha uğurlar !!! -
12-17-2007, 01:08 AMqisiQismətdən
Dərviş dostum salam.Şeirləri bəyəndiyinə sevindim.Xoş sözlərin üçün çox sağ ol.Qismət
-
12-17-2007, 04:25 PMAnel
Qismət mən də sizin şerlərinizi bəyənirəm və m
-
12-17-2007, 04:35 PMAnel
TALEYİN H
-
12-17-2007, 06:16 PMqisiQismət
Anel çox sağ ol.bəyəndiyinə sevindim.Bir-iki nəfərin belə oxumağa vaxt ayırması və bəyənməsi mənim üçün xoşdur...
-
12-17-2007, 06:20 PMqisiyeni şeirlər
bir neçə şeirimi bölüşmək istəyirəm...
BİR MESAJ YAZMALI NÖMRƏM DƏ YOXDUR.
GƏRƏKDİR MƏN BİR AZ OLUM İNADKAR,
MƏN DÜŞƏN FÜRSƏTİ GÖYDƏ QAPMIRAM.
YADDAŞ KİTABÇAMDA DOXSAN ADAM VAR,
BİR MESAJ YAZMALI NÖMRƏM TAPMIRAM.
BİLMİRƏM MƏN YIĞIM HANSI NÖMRƏNİ,
AXI NƏ OLACAQ SÖZ XƏTRƏ DƏYSƏ?
HANSINA YAZSAM Kİ , SEVİRƏM SƏNİ
YA MƏNDƏN KÜSƏCƏK ,YA DA Kİ , NƏYSƏ...
HANSINA MƏHƏBBƏT MESAJI YAZSAM,
SALACAM ÖZÜMÜ QƏFİLDƏN ODA.
EKRANDA RƏQƏMLƏR GÖRÜNƏN KİMİ,
TEZ MƏNİM SİFƏTİM DÜŞƏCƏK YADA-
KİMSƏ DEYƏCƏK Kİ:”AY ALLAH BU DA?”
AZALIR GET-GEDƏ FƏRQİM BULUDDAN,
MƏNƏM, TELEFON ,BİR DƏ DÖRD DİVAR...
TELEFON ÖZÜ DƏ BEZİB SÜKUTDAN,
İŞƏ BAX BU DƏFƏ KONTURUM DA VAR.
RİYAZI CƏHƏTDƏN RƏQƏM DƏ ÇOXDUR.
SADƏCƏ KİÇİCİK BİR MƏSƏLƏ VAR-
MƏN MESAJ YAZMALI BİR NÖMRƏ YOXDUR !
Qismət -
12-17-2007, 06:22 PMqisiQismət
SÜNİSƏN.
MƏN NECƏ VERMİŞƏM SƏNƏ QƏLBİMİ,
SƏNDƏ HEÇ YOX İMİŞ GÖZƏLLİKDƏN İZ.
SƏN Kİ,DEKORATİV ÇİÇƏKLƏR KİMİ,
TƏPƏDƏN-DIRNAĞA SÜNİSƏN TƏMİZ...
NAZLANMA ÖMÜR TƏK NAZIN DA HƏDƏR,
NECƏSƏN ELƏ OL BOYADAN ƏL ÇƏK.
ÜZÜNƏ BİR OVUC SU VURSAN ƏGƏR,
ÜZÜNDƏN ON KİLO RƏNG TÖKÜLƏCƏK.
PLASTİK, OYUNCAQ KUKLA KİMİSƏN,
CƏZB EDİR İMARƏT,MAŞIN,CİB SƏNİ.
MƏNCƏ SƏN ƏSLİNDƏ GÖZƏL DEYİLSƏN,
ANAN FOTOŞOPDA DÜZƏLDİB SƏNİ.
MƏN NECƏ VERMİŞƏM SƏNƏ QƏLBİMİ,
SƏNDƏ HEÇ YOX İMİŞ GÖZƏLLİKDƏN İZ.
SƏN Kİ,DEKORATİV ÇİÇƏKLƏR KİMİ,
TƏPƏDƏN-DIRNAĞA SÜNİSƏN TƏMİZ...
Qismət -
12-22-2007, 11:40 PMqisiQismət
Salam dostlar bir az gec də olsa qurban bayramınız mübarək.Qurbanlarınız və dualarınız qəbul olsun.
Və yenə bir neçə şeir...
ELƏ BİL...
EVDƏ OTURMUŞAM SAKİT BİR TİNDƏ,
DİVARDA İSLAMIN MÜQƏDDƏSLƏRİ.
OTAQ MƏZAR KİMİ SÜKUT İÇİNDƏ,
QAPIMDA PAYIZIN AYAQ SƏSLƏRİ...
ELƏ BİL NƏ VARSA DÜNƏN OLUBDUR...
ELƏ BİL MƏKTƏBƏ DÜNƏN GETMİŞƏM,
ELƏ BİL UŞAQLIQ MƏHƏBBƏTİMİ –
DÜNƏN TANIMIŞAM,DÜNƏN SEVMİŞƏM.
SANKİ DÜNƏN İDİ YOLUN TİNİNDƏ,
O QIZA HƏSRƏTLƏ BAXDIĞIM O GÜN.
SANKİ DÜNƏN İDİ SƏHƏR HƏVƏSLƏ,
ÜZÜMÜ İLK DƏFƏ QIRXDIĞIM O GÜN.
ELƏ BİL MİN YERƏ PARÇALANMIŞAM,
ELƏ BİL ARZULAR HƏLƏ ŞİRİNDİ.
ELƏ BİL İLK DƏFƏ DÜNƏN YANMIŞAM,
ELƏ BİL BU ŞEİR İLK ŞEİRİMDİ.
ELƏ BİL BELƏYMİŞ BU HƏYAT,BELƏ...
BİR ÜZÜ QARANLIQ,BİR ÜZÜ İŞIQ.
ELƏ BİL YAŞAMAQ GÖZƏLDİ HƏLƏ,
ELƏ BİL BİZ HƏLƏ AYRILMAMIŞIQ...
Qismət[/b] -
12-22-2007, 11:44 PMqisiQismət- bir şeir daha
SEVİNMƏK TAMAMƏN YADIMDAN ÇIXIB.
SEVİNMƏK TAMAMƏN YADIMDAN ÇIXIB…
GÖRƏN ŞİRİNDİ Mİ,GÖRƏN XOŞDU MU?
RUHUM AYRILIQLAR ÖLKƏSİNDƏDİR,
BƏXTİMİN YAMANCA YUXUSU GƏLİR.
KÖLGƏM ƏZRAYILIN KÖLGƏSİNDƏDİR,
ARZUMDAN MƏZARLIQ QOXUSU GƏLİR.
SEVİNMƏK TAMAMƏN YADIMDAN ÇIXIB…
SİNƏMİN ÜSTÜNƏ QƏRƏNFİL TAXIB,
SAHİBİ OLMAYAN BİR QƏBRƏ BAXIB,
ARABİR İÇİMDƏN İNTİHAR KEÇİR…
AMMA…
BACARMIRAM, ÖLƏ BİLMİRƏM !
CANI OLA-OLA “ÖLÜ” OLAN MƏN,
ÖLÜB O MƏZARA GİRƏ BİLMİRƏM…
MƏN İNDİ TÖVBƏDƏN QAÇAN GÜNAHAM,
MƏN İNDİ OYUNU DƏRDƏ UDUZMUŞ-
ŞAHMAT TAXTASINDA TƏK QALAN ŞAHAM.
SEVGİ- CƏNNƏTDƏKİ BİR GÜLDÜR MƏNƏ,
MƏHƏBBƏT ƏZABI ÇƏKİRƏM İNDİ.
CƏHƏNNƏM ƏZABI YÜNGÜLDÜR MƏNƏ,
MƏN CƏNNƏT ƏZABI ÇƏKİRƏM İNDİ.
ÖLÜM- ÜRƏYİMDƏN UZAQ DEYİL Kİ…
ATSAM QƏRQ OLAR MI DƏRDİMİ SUYA?
ZƏHRİMAR SƏADƏT ƏRZAQ DEYİL Kİ,
TUTANDA QOYASAN SOYUDUCUYA…
SEVİNMƏK ?
YADIMA DÜŞMƏDİ ƏŞŞİ NƏ İSƏ ...
Qismət -
12-27-2007, 10:51 PMbelie_nochi
nagil qehramanlariyla bizim ferqimiz
bizim eshq dovrunun sedaqetidir
Nagillara baxanda bu gun derdimiz
seven iki gencin xeyanetidir -
12-28-2007, 10:16 PMqisiQismət- bir şeir daha
Salam dostlar sizinlə bir şeirimi bölüşmək istəyirəm.Bu şeiri bir dostumun çəkdiyi çəkilə əsasən yazmışam həmin şəkili də sizinlə paylaşmaq istəyirəm.Amma bacarmıram kopyuterim yaddaşından o şəkli bu mətnin sonuna necə yerləşdirim ?Bilən varsa kömək eləsin xahiş edirəm...
QUM SAATI.
BİRİNCİ QUM DÜŞDÜ...
DOĞULDU ÇAĞA,
BAŞLADI BÖYÜYÜB ADAM OLMAĞA.
YERİDİ,GET-GEDƏ BOYU UZANDI,
BOYU UZANDIQCA TÜKÜ DƏ ÇIXDI.
GAH DURUB GETDİYİ YOLA BOYLANDI,
GAH DA QOLUNDAKI SAATA BAXDI...
YOLUNA ÇIXDIQCA MİN QATİL,OĞRU
ÜMİDİ ƏRİYƏN MUMA DÖNÜRDÜ.
O ADDIM ATDIQCA İRƏLİ DOĞRU,
ONDAN DALDAKILAR QUMA DÖNÜRDÜ.
ARZUSU ÜZÜRDÜ QUM DƏNİZİNDƏ...
O YOLU GEDİRDİ YORULMAQ ÜÇÜN.
ÖZÜNDƏN XƏBƏRSİZ QUM DƏNƏSİNDƏN,
ÖZÜNÜ ASIRDI, QUM OLMAQ ÜÇÜN.
QUMLARIN İÇİNDƏ İTDİYİ YOLDA,
ÖLÜM ŞƏRABINI İÇİRDİ HƏR GÜN.
QUM OLMAQ YOLUNDA GETDİYİ YOLDA,
QUMDAN KÖRPÜLƏRDƏN KEÇİRDİ HƏR GÜN.
ARABİR BAŞINI QATMAQDAN ÖTRÜ,
QUMDAN YELLƏNÇƏKDƏN SALLANIRDI O.
ZİRVƏYƏ-ÖLÜMƏ ÇATMAQDAN ÖTRÜ,
SAATIN BAŞINA FIRLANIRDI O.
O DA O ZİRVƏYƏ ÇATDI AXIR Kİ,
ÇATDI,ÇATAN KİMİ ADİ QUM OLDU.
ÖZÜNÜ ZİRVƏDƏN ATDI AXIR Kİ,
AXIR Kİ,ONUN DA ZAMANI DOLDU.
OYUNUN SONUNA SEVİNCƏK ÇATDI,
FƏQƏT Kİ,YENİDƏN GERİ QAYITDI.
ORDA HƏQİQƏTLƏ GÖRÜŞDÜ YALAN,
GÖYLƏ-YER BAX O AN ORDA GÖRÜŞDÜ.
YUXARI ÇIXANDA DAĞ BOYDA OLAN,
AŞAĞI DÜŞƏNDƏ QUM KİMİ DÜŞDÜ...
İLİŞİB SAATIN CAZİBƏSİNDƏ,
HAMIMIZ DÖNÜRÜK ADİ FANİYƏ.
HƏR DÜŞƏN BALACA QUM DƏNƏSİNDƏ,
CİSMİMİZ QOCALIR ALTMIŞ SANİYƏ...
ÖLÜM- SAATLARIN ƏN ALİ VAXTI,
BÜTÜN QORXULARIN BİTƏN VAXTIDIR.
HƏM DİVAR SAATI,HƏM QOL SAATI,-
ƏSLİNDƏ HAMISI QUM SAATIDIR.
GÖZ AÇIB-YUMUNCA ÖTÜŞÜR İLLƏR,
QUM KİMİ SAATDAN AXIRIQ,QARDAŞ.
YUXARI APARMIR BİZİ PİLLƏLƏR,
HAMIMIZ DÜŞMƏYƏ ÇIXIRIQ,QARDAŞ.
QUM DÜŞÜR... GET-GEDƏ TEZ YORULURUQ,
İSLANIB QALIRIQ QUM YAĞIŞINDA.
BİR YOLA ÇIXANDA ÇAĞA OLURUQ,
BİR YOLUN SONUNA YAXINLAŞANDA.
ŞAXTADAN QURUYUR ÜMİD TUMLARI,
ÜMİDLƏR GET-GEDƏ BİZİ TƏRK EDİR.
AŞAĞI DÜŞDÜKCƏ ÖMÜR QUMLARI,
ADAMLAR QUMLARIN DALINCA GEDİR...
YAŞAMAQ YEGANƏ ƏLACIMIZDIR,
HƏR YERDƏ ÖLÜMÜ GÖZLƏYİRİK BİZ.
SAAT-ÖMÜRÖLÇƏN SAYĞACIMIZDIR,
BORCUNU ÖLÜMLƏ ÖDƏYİRİK BİZ.
BİZ YOLU GETDİKCƏ YOL YEYİR BİZİ,
SAATIN DİŞİNDƏ QANLI QUM QALIR.
QUM BOYDA BİR ÖLÜM GÖZLƏYİR BİZİ,
ÖMÜR AZALDIQCA,QUMLAR ÇOXALIR.
QUMLAR QURTARANDA,SONA ÇATANDA
SAATI TƏRSİNƏ ÇEVİRƏSİYİK.
YUXARI ÇIXANDA ADAM OLSAQ DA,
AŞAĞI DÜŞƏNDƏ QUM DƏNƏSİYİK.
YAŞ GEDİR... QUMLUĞA EDİRİK HÜCUM,
ÖMÜR- QUM OLMAĞA OLAN HÜCUMDUR.
KİMİ BU DÜNYADA ƏN BİRİNCİ QUM,
KİMİ DƏ BƏLKƏ DƏ SONUNCU QUMDUR.
HAMINI BİR ÖLÜM GÜDÜR QABAQDA,
ÖLMƏYİ DÜŞÜNÜN,QƏBİR QAZDIRIN.
MƏNİ BASDIRMAYIN QARA TORPAQDA,
MƏNİ SAATDAKI QUMDA BASDIRIN... -
01-01-2008, 09:47 PMqisiQismətdən
Salam dostlar.Hamınızı hər iki bayram münasibətilə təbrik edirəm.
... və yenə bir şeir.
Bu il şaxta baba gəlmədi yenə...
Qara bəxtimizə qar da yağmadı,
Təqvim təzələndi biz köhnə qaldıq.
Saat on ikidə heç nə olmadı,
Fişənglər atdılar yenə qocaldıq...
On iki. Yeni il. Bitdi. Bu da son...
Tullanıb – düşdük ki, il təzə ildi.
Təbrikdən yoruldu yazıq telefon,
Yenə keçənilki mesajlar gəldi...
Bu il də eyniydi toyuğun dadı,
Acıydı araqlar, acı yenə də.
“ Kədər ayağımın tozu olmadı,
Sevinc də başımın tacı yenə də... “
Saat on ikidə eyvanda durduq,
Şəhrə qar yerinə fişənglər yağdı...
Biz “yolka” qurmadıq laqeyd olduq,
Guya ki, qursaydıq nə olacaqdı...?
Yüngül mahnılardan, boş zarafatdan-
Bezdim . Bu kanallar düzələn deyil.
Əqrəblər asıldı qaldı saatdan,
Köhnə arzularla gəldi təzə il...
Keçdik növbəti il, növbəti günə
Illər də ,günlər də hamısı əkiz.
On iki... əqrəblər qovuşdu yenə,
Amma Qarabağa qovuşmadıq biz.
Vurduqca araqdan hey əlli-əlli,
Tullanıb-düşməyə başladı şəhər.
Qaçqınlar yenə də bu yeni ili,
Çadır şəhərcikdə qeyd elədilər...
Bu il də arzumun üzü gülmədi,
Bu il də çıxmadı arzum ağ günə.
Bakını axtardı tapa bilmədi,
Bu il Şaxta baba gəlmədi yenə... -
01-02-2008, 08:22 PMfairy_lady
heyat bir qeliz misal
omur vereq yazsan dolur
amma heyif bu misalin
son cavabi sifir olurl -
01-02-2008, 09:11 PMsamkaro1
salam.super seirlerdir
-
01-08-2008, 12:02 AMSindy
seerer lezzet eledi,tesekkurler...
-
01-12-2008, 11:29 PMqisiQismətdən
dostlar salam çoxdandır yazmırdım.Bir az məşğul idim.Yenə şeirlə qayıtmışam...
İSTİOT
ACI SÖZ ÜRƏYƏ YETİRİR ZƏDƏ,
ADAM HƏYATINA NİFRƏT ELƏYİR.
BİR ACI SÖZÜNLƏ MÜQAYİSƏDƏ,
İSTİOT,SARIMSAQ QƏLƏT ELƏYİR.
MƏNƏ MƏHƏBBƏTLƏ BAXSA DA GÖZLƏR,
SÖZÜNDƏ MƏN BƏZƏN NİFRƏT DUYURAM.
ELƏ AĞIRDIR Kİ, ATDIĞIN SÖZLƏR,
HƏR GÜN ÜRƏYİMİ GİPSƏ QOYURAM.
MƏHNIDA,ŞEİRDƏ TAPANDA SƏNİ,
ŞİRİN GÖRÜŞLƏRƏ ÜMİD ÇOXALIR.
DİLİNDƏ ZƏLZƏLƏ QOPANDA SƏNİN,
ÜRƏYİM SÖZÜNÜN ALTINDA QALIR.
QƏFİLDƏN BEYNİNƏ BİR FİKİR GƏLİR,
QƏZƏB ÜRƏYİNDƏN DİLƏ YÜKSƏLİR.
PARTLAYIR DİLİNİN SÖZ DİNAMİTİ,
SÖZLƏRİN BALTA TƏK KƏSƏRLİ,İTİ...
CÜMLƏNDƏ BİR VERGÜL XƏTRİMƏ DƏYİR,
BİR NÖQTƏ QƏFİLDƏN QƏDDİMİ ƏYİR.
SÖZLƏRİN GAH ACI,GAH DA Kİ,ŞƏKƏR
MƏN SƏNƏ HEÇ BİR ŞEY DEMİRƏM AY QIZ.
NİYƏ İNCİDİRSƏN MƏNİ BU QƏDƏR,
MƏN SƏNİ BƏLKƏ HEÇ SEVMİRƏM AY QIZ? -
01-13-2008, 12:04 AMSindy
cok super serdi,lezzet eledi. dili aci biber insanlar coxdur malesef,tesekkurler qisi
-
01-13-2008, 12:25 AMAnel
:aferin: :aferin:
-
01-13-2008, 01:33 PMqisiQismət
Dostlar sağ olun ki oxuyub fikir bildirirsiniz... Yoxsa bəzən ümidsiz dalğası adamı boşluğa elə sürükləyir ki bir daha bir misra,bir cümlə belə heç nə yazmaq istəmirsən.Qələmdən küsmək bahasına...
-
01-13-2008, 11:06 PMSindy
seleriniz cok guzeldir,semimi sade seilde,men ck beyendim. hec vaxt ne qeemden ne heyatdan kusmek lazim deyil,mubariz olun qalib gelin..tesekkurler..
-
01-14-2008, 11:26 PMAnelRe: QismətHeAlıntı:
qisi Nickli Üyeden Alıntı
-
01-15-2008, 03:47 PMqisiQismət
dostlar çox sağ olun fikrilərinizə görə.Minnətdaram.
Dostlar çap olumuş bir şeirimi sizinlə bölüşmək istəyirəm.Ümid edirəm ki marağınıza səbəb olacaq...
TİRE.
Nə qədər yaşasaq da ömrümüz məzar daşındakı doğum tarixiylə ölüm tarixi arasındakı kiçik bir TİREyə çevrilir...
Dünən məzarlıqdan keçirdi yolum,
Sataşdı gözümə iki baş daşı...
Torpaqda elə bil toxum idilər,
Bəlkə həyatda qohum idilər ?
Bəlkə də həyatda iki yad insan,
Həm adca,həm yaşca tam təzad insan,
Heç vaxt olmayıbdır belə yanaşı...?
Indisə bu soyuq daşdan şəhərdə
Gəlib olubdular məzar yoldaşı...
Gözlərim yol getdi məzar daşına,
Rəqəmlər tez məni cəzb elədilər.
Elə bil rəqəmlər yedilər məni,
Elə bil məzarlar həzm elədilər.
Qəfildən əhvalım tamam dəyişdi,
Bilmədim bu əhval məndə nədəndir ?
Biri otuz bir il ömr eləmişdi,
O biri yüz on il nə qəribədir...
Birdən xəyalımın fikir yelkəni,
Dartdı o tireyə apardı məni.
Rəqəmlər gözümdə tam dəyişdilər,
Yüz onla otuz bir eyniləşdilər.
Baxdım ki,fərq etmir yüz on il yaşa,
Ya da otuz birdə vur ömrü başa
İllərin mənası yoxmuş sən demə...
Yüz on il balaca bir tire imiş.
O boyda ömürdən bu balaca xətt,
Sən demə yeganə xatirə imiş...
Tirelər içində nələr yoxdur,nə
Açsan tireləri dəli olarsan.
Bəlkə rast gələrsən özün özünə,
Bəlkə itirdiyin şeyi taparsan...?
Tirelərdə ata oldu adamlar,
Tirelərdə vuruşmalar,qiyamlar...
Tirelərdə sevgililər görüşdü,
Tirelərdə gizli-gizli öpüşdü...
Əzrayıl nə vaxtsa səni tapdısa,
Əbəsdir, qoparma çox da hay-həşir.
Mənalı , mənasız ,uzun ya qısa-
Tiredə ömürlər bərabərləşir.
Bəlkə də ölülər durub qaçardı,
Öz məzar daşını qırıb qaçardı,
Bəlkə ölülər durmasın deyə,
Yalqız məzarları qırmasın deyə,
Məzarın üstündə bir yükdür tire ?
Məzardan nə qədər balacadırsa,
Əslində o qədər böyükdür tire.
Doğum tarixiylə ölüm tarixi...
Ortada kiçik bir tire xətti var.
Hamının doğuşdan ölümə qədər,
Bu tire içində ömür həddi var.
Doğulub düşürük ömrün içinə,
Ölüm də bir ayrı fəzadı bəlkə ?
O tire Allahın öz əsərinə,
Axırda qoyduğu imzadı bəlkə...? -
01-15-2008, 04:12 PMAnel
O bap-balaca tire........
-
01-15-2008, 09:53 PMqisiQismət
Anel diqqətinə görə çox sağ ol.
yenə bir şeir....
UTANDIM.
DÜNƏN PUL VERDİYİM DİLƏNÇİ QADIN BU GÜN MƏNİ TANIYIB PUL İSTƏMƏYƏ UTANDI.
DÜNƏN MƏN BİR MANAT VERMİŞDİM ONA,
TANIDI,ÜZÜNÜ TEZ TUTDU YANA.
ONUN UTANMAĞI MƏNƏ AR OLDU,
BU ŞƏHƏR,O KAFE,BU BÖYÜK DÜNYA-
BİRCƏ AN İÇİNDƏ MƏNƏ DAR OLDU.
AXI NƏ GƏLİR Kİ,MƏNİM ƏLİMDƏN,
NEYLƏYƏ BİLƏRƏM MƏN O QADINA?
YƏQİN ANLADI Kİ,TƏLƏBƏYƏM MƏN,
BƏLKƏ DƏ ÖVLADI DÜŞDÜ YADINA...
BƏLKƏ YAXINLAŞSA VERDİYİM PULLA,
XƏSTƏ ÖVLADINA DƏRMAN ALACAQ.
MƏN BÜTÜN PULUMU VERƏRDİM VALLAH,
BİLSƏM Kİ,BİR UŞAQ XOŞBƏXT OLACAQ...
O İSƏ UTANDI O YANA GETDİ,
TAMAMƏN AYRI BİR ÜNVANA GETDİ.
BU YAYIN QABAQDA HƏLƏ QIŞI VAR,
TAPIRMI YORĞANI-DÖŞƏYİ YOXSUL?
ADAM VAR EVİNDƏ TOVUZQUŞU VAR,
CİBİ MİLYONERDİ,ÜRƏYİ YOXSUL.
GETDİ... ARXASINCA ÖMRÜM UZANDI,
QAÇIRTDI ÜZÜNÜ O ÜZÜMÜZDƏN.
O BİRCƏ MANATLA BİZDƏN UTANDI,
O BİZDƏN UTANDI MƏN ÖZÜMÜZDƏN.
KİŞİ VAR “ƏR” TAPIR ARVADI ÜÇÜN,
GÜNBƏGÜN BAŞINDA BUYNUZ UZANIR.
ANA VAR EVDƏKİ ÖVLADI ÜÇÜN,
DİLƏNƏ DƏ BİLMİR ÜZÜ QIZARIR...
BİR EVDƏ YAS GEDİR, O BİRİNDƏ TOY...
BAX HƏYAT TƏZADDIR ÖYRƏNMƏLİYİK.
O BİZƏ ƏL AÇIB DİLƏNMƏSİN QOY,
BİZ ONDAN LƏYAQƏT DİLƏNMƏLİYİK.
GETDİN... ANLADIM Kİ,YAMAN ACİZƏM,
BİZDƏKİ YÜZ SƏHVİ GÜNAHI GÖRDÜM.
ALIN YAZISINI GÖRMƏSƏM DƏ MƏN,
NƏMLİ GÖZLƏRİNDƏ ALLAHI GÖRDÜM.
GETDİ... ARXASINCA ÖMRÜM UZANDI,
QAÇIRTDI ÜZÜNÜ O ÜZÜMÜZDƏN.
O BİRCƏ MANATLA BİZDƏN UTANDI,
O BİZDƏN UTANDI MƏN ÖZÜMÜZDƏN... -
01-17-2008, 09:03 PMqisiQismət- bir şeir daha
bir sevgi şeiri...
YADIMDAN ÇIXMAYAN YADIMA DÜŞDÜ.
YADIMDAN ÇIXMAYAN YADIMA DÜŞDÜ...
MƏN ONUN QİSMƏTİ OLA BİLMƏDİM,
YANINDA ÖMÜRLÜK QALA BİLMƏDİM,
AYRILDIQ.
İNDİ HƏMİN O GÜNLƏR HÜZÜNLÜ XATİRƏDİR...
TƏLƏSƏRDİM , BİLMƏZDİM AXI NƏYİ GEYİNİM?
BU ŞALVARLA GÖRƏSƏN O KÖYNƏYİ GEYİNİM?
TƏLƏSƏRDİM ÇAŞARDIM,
BİRDƏN UŞAQLAŞARDIM...
BU ŞALVAR ÜTÜSÜZDÜR,O BİRİSİ GÖDƏKDİR
ÜSTƏLİK DİŞİMİ DƏ FIRÇALAMAQ GƏRƏKDİR.
BU MƏNİ KÖK GÖSTƏRİR FƏQƏT RƏNGİ YARAŞIR,
BU DA Kİ,PİS PARÇADIR YAMANCA TEZ QIRIŞIR.
VAXTA YAMAN AZ QALIR ƏLİM-AYAĞIM ƏSİR,
DARAQ NİGARAN QALIB,ÜZQIRXANIM TƏLƏSİR...
AYRILDIQ...
HƏRƏ ÖZ YOLUNU SEÇDİ.
ONSUZ DA YAD KİMİYDİK SON VAXTLAR GÖRÜŞƏNDƏ.
ARABİR KÖNLÜMDƏN UŞAQLIQ KEÇİR,
YADIMDAN ÇIXMAYANIM HƏR YADIMA DÜŞƏNDƏ... -
01-17-2008, 11:20 PMSindy
serleriniz cox gzeldi.tesekkurler Qismet
-
01-19-2008, 08:12 PMqisiQismət
Çox sağ ol Sindy.Diqqətinə görə minnətdaram.Yenə bir şeir....
ZƏNCİYMİŞ BƏXTİMİN ATASI BƏLKƏ?
BİRCƏ QRAMLIQ DA DÜZƏLMİR BU BƏXT,
BU İŞİN VAR İMİŞ XATASI BƏLKƏ?
ALLAHIN YADINDAN ÇIXIB HARDASA,
TƏMİR-LƏVAZİMAT ÇANTASI BƏLKƏ?
GƏL,TÖKƏK ƏTƏKDƏN DAŞIMI MƏNİM,
SİLƏK ƏLLƏRİNLƏ YAŞIMI MƏNİM,
ÖLMÜŞ ÜMİDİMİN BAŞINI MƏNİM,
VURUB GÖZLƏRİNİN BALTASI BƏLKƏ?
QOYDUN SƏN ARZUMU GÖZÜMDƏ YETİM,
SƏN OLA BİLMƏDİN MƏNİM QİSMƏTİM,
DE,NİYƏ BU QƏDƏR QARADI BƏXTİM,
ZƏNCİYMİŞ BƏXTİMİN ATASI BƏLKƏ?
