Nəsə bu gün içimdən gəldi ki, köhnə çap olunmuş şeirlərimdən bir neçəsini sizinlə bölüşüm...
XƏBƏRİN VARMI Kİ,UNUDULURSAN...
ÇALIŞ Kİ,İÇİMDƏ NİFRƏTƏ DÖNMƏ,
UNUT OLANLARI DAHA DÜŞÜNMƏ,
ÖZÜNƏ SƏN DEYƏN ÇOX DA GÜVƏNMƏ,
XƏBƏRİN VARMI Kİ,UNUDULURSAN...
DAHA BU HƏSRƏTLƏ QALA BİLMƏRƏM,
ÖZÜMÜ HÖRMƏTDƏN SALA BİLMƏRƏM,
EHTİYAT SEVGİLİN OLA BİLMƏRƏM,
XƏBƏRİN VARMI Kİ,UNUDULURSAN...
BU DƏRDDƏN BETƏR BİR KƏDƏRİN VARMI?
AYRI BİR ÜRƏYƏ SƏFƏRİN VARMI?
DE,GÖRÜM XƏBƏRDƏN XƏBƏRİN VARMI?
XƏBƏRİN VARMI Kİ,UNUDULURSAN...
QƏRİBƏ HƏYATDA SƏN DƏ BİR İŞSƏN,
HİCARANA QAPISAN,QƏMƏ GİRİŞSƏN.
SƏN TƏKRAROLUNMAZ DEYİL İMİŞSƏN,
XƏBƏRİN VARMI Kİ,UNUDULURSAN...
Öz Şer'ləriniz
Printable View
-
01-19-2008, 08:14 PMqisiQismət
-
01-19-2008, 08:16 PMqisiQismət
VƏSİYYƏT KİMİ BİR ŞEY.
BƏLKƏ DƏ QAYITDIM HƏLƏ DARIXMA,
ADAM TƏNHALIĞA ALIŞA BİLMİR.
MƏZAR DAŞINDAKI ŞƏKLİMƏ BAXMA,
ƏZİZİM,ŞƏKİLLƏR DANIŞA BİLMİR.
ÖLƏRƏM ,BAŞIMA DAŞ ELƏYƏRSƏN,
ÖLÜMDÜR... NƏ DEYİM AĞIZ BÜZMÜRƏM.
MƏNİM TORPAĞIMI YAŞ ELƏYƏRSƏN,
BALIQLAR BÜRCÜYƏM SUSUZ DÖZMÜRƏM.
ÖLSƏM BİR KƏLMƏ DƏ DANIŞMA,DİNMƏ!
PİS OLMA,ƏKSİNƏ DAHA ÇOX SEVİN.
QƏBRİMİN ÜSTÜNƏ QARA GEYİNMƏ,
MƏN AĞ DA OLACAM SƏN DƏ AĞ GEYİN... -
01-19-2008, 08:21 PMAnel
-
01-19-2008, 08:21 PMqisiQismət
DARIXACAQSAN
BİR GÜN NƏ ZAMANSA ÇOX ADİ BİR GÜN,
KÖHNƏ ƏŞYALARI QOYDUĞUN YERDƏN-
ÇEVİRİB O KÖHNƏ YORĞAN-YASTIĞI,
İLLƏRLƏ ÜSTÜNÜ TOZUN BASDIĞI,
BİR OTAQ KÜNCÜNDƏ BİR SANDIQÇADAN-
MƏNİ TAPACAQSAN BİR XATİRƏDƏ...
ƏLİN TOXUNANADA O SANDIQÇAYA-
BİR MƏHBUS TÜRMƏDƏN ÇÖLƏ QAÇAN TƏK,
ƏLƏDDİN LAMPADAN CİN ÇIXARAN TƏK,
MƏN DƏ AZADLIĞA QOVUŞACAĞAM.
MƏNİMÇÜN YAŞ TÖKƏN GÖZÜNDƏN KEÇİB,
BİR MƏNZİL AXTARIB,BİR ÜNVAN SEÇİB-
SƏNİN ÜRƏYİNƏ QARIŞACAĞAM.
SİLKİNİB QƏFİLDƏN AYILACAĞAM...
ÜSTÜMDƏN ÇIRPARAQ TOZU-TORPAĞI,
PÖHRƏSİ AÇILAN TƏZƏ GÜL KİMİ,
QƏFƏSİ QIRILMIŞ BİR BÜLBÜL KİMİ,
SƏMADA AZAD BİR QUŞ OLACAĞAM.
O TOZLU SANDIĞIN QIRAĞINDAKI,
HANSISA SARALMIŞ BİR VARAQDAKI,
BİR ŞEİR OLMAQDAN ÇIXARAQ ONDA
SƏNİN GÖZLƏRİNDƏ YAŞ OLACAĞAM.
İNTİZAR OTAQDA ÇƏNƏ DÖNƏCƏK,
İTİB-BATACAQSAN SİSLƏR İÇİNDƏ.
QƏFİLDƏN TELEFON ZƏNG ELƏYƏCƏK,
ZƏNG EDİB SƏHV DÜŞƏN SƏSLƏR İÇİNDƏ-
YÜZ SƏSİ SƏSİMƏ OXŞADACAQSAN.
ÜRƏYİN YANACAQ ODA DÜŞƏCƏK,
YAXŞI GÜNLƏRİMİZ YADA DÜŞƏCƏK,
ONDA MƏNİM ÜÇÜN DARIXACAQSAN...
[/b] -
01-19-2008, 08:23 PMqisiQismət
MÜŞTƏRİ
QƏFİL DÖYÜLƏCƏK BİR GÜN QAPINIZ,
BƏXTİMİN ƏRİYƏN ŞAMI SÖNƏCƏK...
HƏM EVİ,MAŞINI,HƏM İŞİ OLAN,
VAXTINDAN ÇOX ƏVVƏL ZOR KİŞİ OLAN,
DÜKANI ŞƏHƏRİN DÜZ ORTASINDA,
İNDİDƏN LAP ELƏ BƏY LİBASINDA,
KİMSƏ EVİNİZƏ ELÇİ GƏLƏCƏK....
ONDA LAP DESƏN Kİ,MƏNİ SEVİRSƏN
O GƏLƏN ELÇİNİ İSTƏMƏSƏN DƏ.
BİRİNİN ÜSTÜNƏ BEŞİNİ QOYUB,
MƏNİ SƏN YAXŞICA TƏRİFLƏSƏN DƏ-
İŞ,MAŞIN,EV-FİLAN SÖHBƏTİ DÜŞSƏ,
ACI HƏQİQƏTİ DƏRK EDƏCƏKSƏN.
ONDA SƏN ÖZÜN DƏ DƏYİŞƏCƏKSƏN !
ONDA SƏN MƏNİMTƏK BİR SƏFİLƏ YOX,
PULA,VAR-DÖVLƏTƏ “HƏ” DEYƏCƏKSƏN.
LAP SİZİN QAPIYA GƏLƏN ELÇİLƏR,
VARLI OLMASALAR MƏN DEYƏN QƏDƏR-
OĞLAN DA O QƏDƏR KİFİR OLMASA,
NƏ NAZİR,NƏ DƏ Kİ,SƏFİR OLMASA,
MƏNİMLƏ VAXTINI VERMƏYİN HƏDƏR
ONDA ÖZ-ÖZÜNƏ DEYƏCƏKSƏN Kİ:
“ANAMGİL HEÇ MƏNİ PİSİNƏ VERƏR?”
MƏNİMSƏ AXIRIM SƏN OLACAQSAN...
NƏ DEYİM BU BƏXTİ BELƏ YAZANA.
HARDASA SANCACAQ QƏFİL ÜRƏYİM,
MÜŞTƏRİ OLACAM QƏBİR QAZANA...
QƏFİL DÖYÜLƏCƏK BİR GÜN QAPINIZ... -
01-21-2008, 11:29 PMqisiQismət
Salamlar yenə bir şeir... köhnə şeirlərimdən biridir.
ÖLƏRƏM SƏNİNÇÜN AD GÜNÜNDƏ MƏN...
BİR GÜN MƏN OLMASAM DƏRDİMİ SEVSƏN,
VURULSAN DƏRDİMƏ, DƏRD ƏZİZ OLAR.
DƏRDİMDƏN KİMƏSƏ ƏRƏ DƏ GETSƏN,
DƏRDİM SƏNİN ÜÇÜN BİR CEHİZ OLAR.
BİR GÜN BAŞLAMADAN BİTƏR DÖYÜŞÜM,
ONDA İSTƏMƏRƏM GÖZÜNDƏN DÜŞÜM,
NƏ VAXTSA SƏNİNÇÜN MƏNİM ÖPÜŞÜM,
DODAĞA TOXUNAN ADİ İZ OLAR...
BİR GÜN ÇƏTİNLƏŞƏR QƏLBİ OVUTMAQ ,
GÖZÜNDƏ SELLƏNƏN YAŞI QURUTMAQ,
“UNUTDUM”-DEYƏRSƏN AMA UNUTMAQ,
“UNUTMAQ” SÖZÜNDƏN ÇOX QƏLİZ OLAR.
BİR GÜN YOX OLARAM İTİB,SƏNDƏ MƏN,
OLARAM BƏLALI QƏRİB BƏNDƏ MƏN,
ÖLƏRƏM SƏNİNÇÜN AD GÜNÜNDƏ MƏN,
MƏNDƏN AD GÜNÜNƏ SÜRPRİZ OLAR... -
01-24-2008, 09:40 PMSecde
salam. Gözəl şerlərdir. Qəlbiniz ruhunuz nikbinliyiniz sizinlə olsun!
Mənim eşq ilə əlaqədar çoxlu şerlərim var idi. Dinlə məşqul olnadan sonra bu sözlərin islam mənəviyyatı qarşısında nə qədər zəif olmasını anladım. Bütün şerlər dəftərləri yandırdım.
Amma indi təssüf edirəm ki, duyğularını köçürdüyün vərəqlər sənin dostun kimidir.
Sizlərə duyğularınızın qiymətini bilmənizi arzu edərdim. Hərçəndki mən bir duyğular qurupunu yandırmaqla ən böyük duyğulara sahib olmuşam.
Hər insanın sevdiyi onun ən gözəlidir. -
01-25-2008, 12:29 PMqisiQismət
Dostlar diqqətinizə görə hamınıza çox təşəkkür edirəm.Sahhat25 kaş yandırmayaydın o dəftərləri İslam ki, mənəviyyat dinidir o şeir kimi ruhani bir işin məhsulunu yandırmaq qərarı çıxartdırmamalıdır sənə.Mənim çox yaxın bir dostum var o da inanılmaz dərəcədə gözəl şəkillər çəkirdi və dinə görə bütün bloknotlarını yandırdı. indiyəcən ən çox yandığım hadisələrdən biridir.O vaxt mən ondan nəyi alıb kopyalaya bilmişdimsə özüm üçün ancaq o şəkillər qaldı...
məncə sənin və mənim o dediyimin dostumun etdiyi anlıq hissin qarşısında özünü itirmədir.Mən bu cür yanğınların əleyhinəyəm.Amma xoş məramlı yanğnlar var zənnimcə.
Məsələn.Bu saytda yayımlanan şeirlər hamısı mənim çap olunmuş kitabımdandı.Lakin o kitab çap olunandan və paylanandan sonra mən özümdə,evdə qalan həmin kitabın bütün nüsxələrini yandırdım.Bu bir növ yola çıxan səyyahı heç vaxt geri qayıtmamaq üçün arxadakı körpüləri yandırmasıdı.Mnə belə etdim ki,yeni və o kitabdan daha yaxşısını yazmağa özümü məcbur eləyim və eç vaxt özümü təkrar etməyim.
Ümid edirəm ki, sən yenidən yaxşı şeirlər dəftəri tərtib edəcəksən.Əvvəlkindən daha yaxşısını...
inan ki sən kimi və burda yazan bütün dostlar kimi şeirsevər ümumilikdə ədəbiyyat sevərlərə ehtiyacı var dünyanın.Ədəbiyyatın xüsusilə şeirin qırmızı kitaba düşməyindən çox qorxuram...Hamınıza bir daha sayğılar və sevgilər. -
01-25-2008, 12:36 PMqisiQismət
HAMAM ƏHVALATI.
BİR DƏFƏ KİŞİLƏR HAMAMINDA İKİ YAŞLI KİŞİNİN SÖHBƏTİNƏ QULAQ MİSAFİRİ OLDUM.BİRİ O BİRİNƏ DEYİRDİ: “DüNƏN ƏLİMƏ SÜTÜL BİR QIZ DÜŞMÜŞDÜ....” MÜƏLLİFDƏN.
ƏVVƏL İNANMADIM QULAQLARIMA,
GÖZLƏDİM SÖZÜNÜ BİTİRSİN KİŞİ.
ELƏ DANIŞDI Kİ, GÖRDÜYÜ İŞİ-
GUYA ELƏDİYİ MƏHARƏT İMİŞ,
KİŞİLİK ADINA ZƏRURƏT İMİŞ.
DANIŞDI AYAĞIM-ƏLİM QURUDU,
SÖZ DEYƏ BİLMƏDİM DİLİM QURUDU.
NƏ ZAMAN KƏSƏCƏK BU MURDAR AXIN?
KİM OLSA DÖZMƏZDİ MƏNİM YERİMƏ.
KAFTARIN DEDİYİ SÖZƏ BİR BAXIN:
“SÜTÜL BİR QIZ DÜŞDÜ DÜNƏN ƏLİMƏ...”
O QIZI DÜZ YOLA ÇƏKMƏK YERİNƏ,
ONUN HƏYATINI KORLAMISAN SƏN.
BİRANLIQ DÜŞÜN Kİ, O QIZ YERİNƏ,
ÖZ DOĞMA QIZINI ZORLAMISAN SƏN.
DANIŞIB FƏRƏHDƏN SANKİ UÇURSAN,
XALQIN PAK OLMAĞA GƏLDİYİ YERDƏ-
MURDAR ƏMƏLLƏRDƏN SÖHBƏT AÇIRSAN.
SƏNİN DƏ EVİNDƏ ANAN,BACIN VAR
GÖRƏN NEYLƏYƏRSƏN SƏNƏ DESƏM Kİ,
ANANA,BACINA EHTİYACIM VAR...
DENƏN KİŞİLİYƏ YARAŞARMI BU?
KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.
ÖZ ÇİRKİN İŞİNDƏN UTANMIRSANSA,
BARI HEÇ DANIŞMA O ÇİRKİNLİYİ.
NƏFSİNİ BOĞMAĞI BACARMIRSANSA,
ONDA NEYLƏYİRSƏN O KİŞİLİYİ?!
VALLAH SÖZ TAPMIRAM DAHA DİNMƏYƏ,
HAMAMDA QÜSSƏYƏ-KƏDƏRƏ BATDIM.
HAMAMA GETMİŞDİM TƏMİZLƏNMƏYƏ,
O GÜN MƏN HAMAMDAN KİRLİ QAYITDIM... -
01-25-2008, 03:21 PMfidan494Təşəkkürlər Qismət :)Alıntı:
qisi Nickli Üyeden Alıntı
Jan Jak Russonun məşhur sözünü xatırlayıram : "insan yaxşıdır onu pozan cəmiyyətdir, əxlaq cəmiyyətə görə formalaşır" -
01-25-2008, 07:42 PMqisiQismət
Fidan çox sağ ol.
PƏRDƏ
GECƏLƏR YORUCU , UZUN VƏ SOYUQ...
SƏN GECƏQUŞUSAN QULSAN,KÖLƏSƏN.
ÇÖLDƏ QARANLIQDIR HAVA YOXSA YOX,
PƏRDƏNİ ÇƏKMƏSƏN HARDAN BİLƏSƏN?
BUMBUZ ÇARPAYIDA BULANIQ İŞIQ...
BURDA KİŞİLƏRƏ HÖRMƏT BAŞQADIR.
MƏHƏBBƏT QARIŞIQ,ŞƏHVƏT QARIŞIQ,-
MÜŞTƏRİ BAŞQADI,QİYMƏT BAŞQADI.
DÜNYANIN İÇİNDƏ DÜNYADI BU YER,
BU YERDƏ QADINA HƏVƏS AYRIDIR.
BURDA MƏHƏBBƏTLƏR BİRGECƏLİKDİR,
BURDA HAVA AYRI , NƏFƏS AYRIDIR.
EY PULA ƏTİNİ SATAN GÖZƏLÇƏ !
BİR GÜNDƏ MİNİYLƏ YATAN GÖZƏLÇƏ,
TƏMİZ DUYĞULARI,TƏMİZ HİSSLƏRİ-
KAĞIZ PARÇASIYÇÜN GÜNDƏ YÜZ DƏFƏ
ÇARPAYI ÜSTÜNƏ ATAN GÖZƏLÇƏ,-
ŞAMPANI YERƏ QOY ! SAXLA GÜLMƏYİ !
SƏNƏ KİM ÖYRƏDİB FAHİŞƏLİYİ?
DENƏN HEÇ ÖZÜNDƏN UTANMISAN MI,
BİLİRSƏN,SƏN TƏMİZ QALA BİLƏRDİN?
ƏGƏR BÜDRƏYƏNDƏ DURA BİLSƏYDİN,
BƏLKƏ SƏN ANA DA OLA BİLƏRDİN...
BƏLKƏ DƏ NƏ VAXTSA SƏN DƏ SEVMİSƏN,
NƏ VAXTSA QƏLBİNDƏ ODUN OLUBDUR?
YAXININ OLUBDUR,YADIN OLUBDUR
NİKOTİN QOXULU,
ŞAMPAN KÖPÜKLÜ-
GÜMÜŞ BİLƏRZİKLİ,
QIZIL ÜZÜKLÜ
SƏNİN TƏK BƏLKƏ DƏ MİLYONLARCA “QIZ”
ANA YOX ! BİRBAŞA QADIN OLUBDUR.
DE,KİMLƏR OLUBDUR “EŞQ” OTAĞINDA,
KİM YATIB BU “SEVGİ ÇARPAYISINA”?
KİŞİ “AF,UF”LARI QULAQLARINDA,
QARIŞIB ÇARPAYI CIRILTISINA.
O QƏDƏR PUL ÜÇÜN SATILMISAN Kİ,
SƏNİ GÖRƏNLƏRƏ YAMAN TANIŞSAN.
SATILMAQ SƏNİNÇÜN ADİDİR,SANKİ-
PULLU KİŞİLƏRİN SEKS MAŞINISAN.
GÖZÜNƏ SIXMISAN BÜTÜN DƏRDİNİ,
SƏHƏRDƏN GECƏYƏ ÇOX TƏLƏSMİSƏN.
ÇARPAYI ÜSTÜNDƏ QIZLIQ PƏRDƏNİ,
ŞƏHVƏT QAYÇISIYLA ÖZÜN KƏSMİSƏN.
ÜZÜYÜ KİM TAXIB O BARMAĞINA,
ƏMİDİR YOXSA Kİ DAYI BİLİNMİR?
AÇARI PUL OLAN “EŞQ OTAĞINA”,-
GİRİB-ÇIXANLARIN SAYI BİLİNMİR.
CAMAAT ! BİR KÖMƏK ELƏYİN MƏNƏ,
YATMAQ İSTƏYİRƏM,YATA BİLMİRƏM.
SƏRXOŞ KİŞİLƏRİN “AF,UF”LARINI,
AXI QULAĞIMDAN ATA BİLMİRƏM...
ÖRTÜN OTAĞIMIN PƏNCƏRƏSİNİ,
KƏSİN BU ZƏHRİMAR GÜLÜŞ SƏSİNİ !
İŞIĞI KEÇİRDİN,PƏRDƏNİ ÇƏKİN
ƏGƏR PƏNCƏRƏMDƏ PƏRDƏ YOXDURSA,-
PƏRDƏNİN YERİNƏ SİZ MƏNİ ÇƏKİN !
BƏLKƏ QULAĞIMA PAMBIQ TIXAYIM?
QONŞU QADININ DA ÇARPAYISI VAR...
HARDASA YENƏ DƏ “AF,UF” SƏSLƏRİ,
HARDASA ÇARPAYI CIRILTISI VAR...
BU GECƏ BEYNİMDƏ ÜSYANA ÇIXIB,
POZĞUN QADINLARIN DOLUSU,BOŞU...
SİZDƏN UTANIRAM MƏNDƏN UTANIN,
AXI BİZ HAMIMIZ QONŞUYUQ,QONŞU.... -
01-25-2008, 08:53 PMSecdeAlıntı:
fidan494 Nickli Üyeden Alıntı
Salam...
Fidan...
Cəmiyyət insanı dəyişməz. İnsan cəmiyyəti dəyişər. İndiki dövrdə hər kəs söhbət açılanda "zəmanə pis zəmanədir" deyərlər. Yadda saxlamaq lazımdır ki, zəmanənin heç bir dəyişikliyi yoxdur. İnsanlar çox dəyişib -
01-25-2008, 09:05 PMSecdeRe: QismətQismət qardaş sənə sevgilərim var. Sənə hörmətlərim var. Heç üzülmə Azərbaycanda şer sənət ölməz.Alıntı:
qisi Nickli Üyeden Alıntı
Mənim şerlərdə bir mənəviyyatdan uzağlaşdırıcılıq görmörəm. İslam dinidə şeri pisləmir. Amma hansı şeri.
Qismət qardaşım, dostunda rəsimləri yandırıbsa inanıram ki mənim kimi düşünənlərdən olub bizim gəldiyimiz yolçu əhlindəndir.
Heç şerə qərəzim yoxdur. Mənim şerlərimi yandırmağımın məqsədin sənə açıqlayım ki, "QURAN" qədər həqiqəti yazan, Allah qədər gözəl rəssam, yaradıcı yoxdur. Bu baxımdan bizlər kimik ki..
Birdə əvəl yazdığım şerlər başıma gələn sevda oyunlarının hissləri idi. Bəzi Vətən və İlahi mövzulu şerləri saxlamaqdayım. İslam dini " Həqiqəti təmsil edən şerləri sevər və dəstəkləyər ki, insanların maariflənməsinə xidmət edir.
Sənin şerlərini oxuyuram. Həqiqətləri, bu gün yaşanan problemlərdən bəzilərinə toxunmusan. Bunun üçün sənə son və son dərəcə bir duam var ki, " Allah sənin qələmini həqiqət yolunda əskik etməsin!"
Hörmətlərim var. Amma və amma bizləri səhv başa düşmə! -
01-25-2008, 09:54 PMqisiQismət
sahhat25 sənin kimi anlayışlı oxucuya ehtiyacımız çoxdur.Mən nə demək istədiyini anladım.Zərrəcə yanlış anlama olmadı dostum.Xoş sözlər üçün də ayrıca çox sağ ol.Allah hamımızın köməyi olsun.
Bu saytdakı oxucular qavrama,dərketmə baxımından çox yüksək səviyyəli oxuculardı.Ona görə yox ki yazdıqlarımı bəyənib ,bəzən layiq olmadığım mərtəbədə məni tərfi edirlər.Ona görə ki,mən cansız,soyuq ekranın qarşısından onların səmimiyyətini hiss eləyirəm.Hamınız çox sağ olun. -
01-25-2008, 10:52 PMSindy
Qismet serleriniz gercekden insana lezzet edir.tesekkurler...
-
01-25-2008, 11:36 PMDervichRe: QismətHalal olsun !!! Oxuyanda tüklərim biz - biz durdu . Cəmiyyətə örnək bir şeir .Alıntı:
qisi Nickli Üyeden Alıntı
Yalandan nə tərif deyim sənə , istedadın göz qabağındadır .
Amma nöqsanın ondadır ki tələsirsən . Bir yazdığına bir də qayıtmırsan ... Bir də çalış ki həmişə mənaca geniş , məzmunca qısa yaz ...
Uğur olsun , qəlminə qüvvət . -
01-26-2008, 09:48 PMqisiQismət
hamınıza minnətdaram bəyəndiyinizə sevindim.
Küçədə qalmaq
Otaq tənha... şəhər tənha... küçə boş...
Nə bir maşın , nə də ki, bir adam var.
Ağladıqca küçələrdə başıboş,
Ulduz-ulduz xatırlanır xəyallar.
Bir həsrətin , bir bu küçə , bir də mən
Səhərəcən gəzişmişik üçümüz.
Nə bu həsrət, nə bu küçə, nə də mən
Fəqət bundan xəbərsizik özümüz.
Sənsiz gəzişərək səni gəzmişəm,
Axıb göz yaşlarım küçə dilində...
Soyuq gözlərini görə bilmişəm,
Küçə lampasının işıq selində.
Küçə bomboş, küçə soyuq , küçə dar
Kimsə dondurmamı əlimdən alıb... ?
Yəqin eşitmisən belə məsəl var,
Deyirlər : filankəs küçədə qalıb... -
02-02-2008, 03:54 PMSindy
:meyus: tesekkurler....
-
02-04-2008, 09:51 PMqisiQismət
Salam dostlar.Mənə mesaj gəlib ki qrupa üzv seçilmişəm.Nə etməli olduğumu bilmirəm ?Lütfən yardım edim.
-
02-12-2008, 08:05 PMqisiQismət
ƏN BALACA BÖYÜK.
YERİMƏK İSTƏDİ İNSANLAR KİMİ,
QUŞ KİMİ SƏMADA UÇMAQ İSTƏDİ...
OYUNCAQ MAŞININ DALINCA QAÇAN,
DİLİ SÖZ TUTMAYAN TƏZƏ DİL AÇAN,
KÖRPƏ UŞAQLAR TƏK QAÇMAQ İSTƏDİ...
BAĞIRDI, ÇIĞIRDI DUYAN OLMADI,
ONU İT YERİNƏ SAYAN OLMADI.
ALLAH EŞİTMƏDİ ONUN SƏSİNİ,
QIZIŞDI... İNADI YORMAQ İSTƏDİ.
AĞILLI DÜŞÜNƏN İNSANLAR KİMİ,
YARATMAQ İSTƏDİ,QURMAQ İSTƏDİ.
ONU BU DÜNYADA HEY ƏZİRDİLƏR,
HƏYATI BUGÜNLÜK, SABAHLIQ İDİ.
İNSANLAR ONUNÇÜN ALLAH İDİLƏR,
ONUN DA ARZUSU ALLAHLIQ İDİ...
BƏLKƏ DƏ DÜŞÜNƏ BİLMİRDİ HƏLƏ?...
BƏLKƏ DÜŞÜNMƏYİ GÜNAH SAYIRDI?
DOĞUŞDAN O QƏDƏR ƏZİLMİŞDİ Kİ,
HƏCMCƏ ÖZÜNDƏN BÖYÜK HƏR ŞEYİ-
YARADAN SAYIRDI, ALLAH SAYIRDI.
YUXARI BAXIRDI HƏR TƏRƏF ALLAH,
AŞAĞI BAXIRDI YER TORPAQ İDİ.
ONUNÇÜN HƏM SƏVAB, HƏM DƏ Kİ,GÜNAH
ELƏ OLDUĞU TƏK DOĞULMAQ İDİ.
GÖZÜNÜ AÇANDAN DÖRD BİR TƏRƏFDƏ,
KİMİNSƏ YA TOYU YA MATƏMİYDİ...?
O İNDİ BU YALQIZ GÖRKƏMİ İLƏ,
YERİYƏN QARA BİR NÖQTƏ KİMİYDİ.
BİLSƏ BU DÜNYAYA GƏLMƏZDİ MƏNCƏ,
ONUN İZTİRABI TAMAM BAŞQAYDI.
O HEÇ NƏ ELƏYƏ BİLMƏZDİ MƏNCƏ,
O AXI SADƏCƏ BİR QARIŞQAYDI...
GÖRƏN QARIŞQALAR NƏYƏ İNANIR,
GÖRƏSƏN ONLARIN DİNLƏRİ VARMI?
GÖRƏN ONLARDA DA NAMAZ ,İBADƏT
GÖRƏN ONLARIN DA CİNLƏRİ VARMI?
AÇDI GÖZLƏRİNİ İNSANI GÖRDÜ...
NƏ ALLAH TANIDI,NƏ NAMAZ QILDI.
ÖZÜ ÖZ GÖZÜNDƏ NÖQTƏYƏ DÖNDÜ,
ÖZÜ ÖZ GÖZÜNDƏ BİRDƏN SIXILDI...
VƏ BİR GÜN DÜŞÜNƏ BİLMƏDİ DAHA...
NÖQTƏ TƏK YAŞAYAN, ÖLDÜ YEKƏLDİ
HARDASA BİR MƏZAR DAŞI DİKƏLDİ.
MÜŞFİQİN,CAVİDİN BAŞINA GƏLƏN,
BÜTÜN DÜŞÜNMƏYİ BACARANLARIN,
BAŞINA GƏLƏNLƏR BAŞINA GƏLDİ.
QIRILDI QƏLBİNDƏ ÜSYAN SƏSLƏRİ,
O ÖLDÜ...ORTADA BİR SÜKUT GƏZDİ.
MÜŞFİQTƏK,CAVİDTƏK DAHİ KƏSLƏRİ,
ƏZƏLƏNLƏR AXIRDA ONU DA ƏZDİ.
EY İNSAN OLMAĞA CAN ATAN YAZIQ !
BÖYÜSƏN ÖZÜNDƏN UTANACAQSAN.
İNSAN İNSANLIĞI BACARA BİLMİR,
SƏN AXI NƏ CÜRƏ BACARACAQSAN?
AYAQLAR ALTINDA ÖLƏN QARIŞQA,
ÖLDÜ... BİR CƏSƏDDƏN YENƏ DOĞULDU.
DÜNYAYA NÖQTƏ TƏK GƏLƏN QARIŞQA,
ÖZÜ ÖZ ÖMRÜNÜN NÖQTƏSİ OLDU.
YOXLUĞUN ÖLƏNDƏ YOX OLDUĞUN YOX,
YAŞAYIB GÖRÜNMƏZ OLDUĞUN GÜNDÜ.
ƏSAS NƏ CİLDİNDƏ DOĞULDUĞUN YOX,
ƏSAS NƏYİ,NECƏ DÜŞÜNDÜYÜNDÜ. -
02-14-2008, 09:03 PMAnelRe: QismətGec də olsa fikrimi bildirmək istəyirəm. Mən sizin bu sAlıntı:
qisi Nickli Üyeden Alıntı
-
02-15-2008, 03:21 PMAnel
BİR GECƏ, BİR BİZ, BİRDƏ Kİ İŞIQ.
Bir gecə, bir sən, bir də ki, işıq
-
02-16-2008, 08:10 PMfidan494Alıntı:
Anel Nickli Üyeden Alıntı
Təşəkkürlər Anel, romantikadır başdan - ayağa :D -
02-18-2008, 03:40 PMmontoya
dün sabah erken uyandım gittim sana güller aldım mutlu ol diye
bu sabah gittiğini anladım ağladım sana şarkı yazdım sonsuz ol diye
unutulsanmı unutmasammı saklansanda bi köşede benle yaşlansanmı -
02-18-2008, 03:57 PMAnelDəyməz canım:D.. . Arada əsir bu romantik havalar :oops: .Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
02-18-2008, 03:59 PMAnelBir yerdən tanışdır, amma......Alıntı:
montoya Nickli Üyeden Alıntı
-
03-31-2008, 10:47 PMqisiöz şeirlerimiz
Salam Dostlar mən yenə qayıtdım...
Bakıya toxunmaq və ağlamaq...
Bakıya toxundum... əsdi ürəyim,
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib...
Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq , şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Qalıb bir sümükdə, bir də dəridə
Tarix küçə-küçə, ev-ev sürünür.
Izzətlə, Xosenin şəkilləri də
Bakıda Bakıdan böyük görünür.
Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib , qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.
Nədir səni belə qəfil dəyişən,
De , görüb tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində...
Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.
Hər küçən ,hər evin qürbət kimidir
Hüznün , yalqızlığın paytaxtı şəhər.
Bəlkə də Bakı bir qədim gəmidir,
Dayanıb Bakını gözləyir Xəzər...?
Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə...
Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə...
Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,
Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.
Bitib iqtidarı, qurtarıb gücü
Səsini itirimiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu bir papaq kimi-
Kimdənsə mərhəmət umur bu şəhər.
Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki , o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər ?
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni...
Bir ömür gözünü yollara dikən ,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı-
Bu şeiri sənə ağlamışam...
Qismət. -
03-31-2008, 11:51 PMSindy
salam Qismet. xos geldin
cox menali ser idi,tesekkur edirem size. -
04-01-2008, 03:39 PMAnelRe: öz şeirlerimiz[b]Salam.Alıntı:
qisi Nickli Üyeden Alıntı
-
04-01-2008, 03:45 PMAnelRe: öz şeirlerimiz:(Alıntı:
qisi Nickli Üyeden Alıntı
-
04-19-2008, 04:24 AMDervich
Könlüm
Yenə bulud kimi tutub yükünü ,
Yol alib qüssədən şələli könlüm .
Yagır sətirlərə göz yaşı kimi
Dərdi yarasını dələli könlüm .
Gülsə də içində bir hicran yatır ,
Ağlayır , gecəni gündüzə qatır .
Neyləsin gücü tək gözünə çatır ,
Gecələr gözləri giləli könlüm .
Yenə küsdürüblər , üzü gülməyir ,
Özünə qəsd edir , əli gəlməyir ,
Nə yaşaya bilir , nə də ölməyir ,
Ümidi içində öləli könlüm .
Sevgisi buluddur , xəyalı şimşək ,
Göylərdən enmir ki belindən düşək .
Canım , əlini ver bir az dərdləşək
Dil - dili unudar , əl - əli könlüm !
Düşdüm arxasınca Dərviş elədi ,
Heç qərar tutmadı , gərdiş elədi ,
Tərkidünyalığı vərdiş elədi ,
Göz açıb dünyaya gələli könlüm .
Dərviş 04.04.08 -
04-20-2008, 11:29 PMSindy
gze ser idi.tesekkurler.
-
04-21-2008, 02:21 PMmustafapasa
En yakın deniz kenarına atıyorum kendimi!
Her dalga halime üzgün, her dudakta bana tebessüm!
Ne vardı diyorum ne vardı: şu kaldırımda resmin olsaydı!
Eğilip öperken ben görenler varsın dileniyorum sansaydı!
-
04-21-2008, 02:21 PMmustafapasa
Eskiden yeterdim kendime artardım bile
Şimdi ne yapsam nafile
Kim demiş can tekdir diye
Bu can tedirgin bende
Çünkü yarısı sende yarısı bende
-
04-21-2008, 02:22 PMmustafapasa
Gözlerini görmedim henüz
İnsan gözlerini görmeden nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Bir kumsalımız olmuş,
Gece elele yürümüşüz ıslak kumlarda,
Sen bana, ben sana
Kumsal bize dokunmuş,
Denize bakmışız birlikte,
Yıldız seçmişiz gökyüzünden kendimize.
Tenini koklamadım henüz
İnsan tenini koklamadan nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Bir bahçemiz olmuş
Sen balığın yanına roka toplarken,
Ben çiçekler toplamışım,
Beyaz örtülü yemek masamıza
Karnımız aç, doymamışız bir balıkla
Doymamışız birbirimize
Sana dokunamadım henüz
İnsan dokunmadan nasıl sevdalanır böyle ?
Düşledim seni sadece,
Hayal ettim…
Hayal ettim;
Seni sadece
Ve sevdalandım.
-
04-21-2008, 02:22 PMmustafapasa
en sevdiğim şiirleri paylaştım sizlerle benim değil hiçbiri :utandim:
-
04-21-2008, 02:53 PMAnelŞerinizi bəyəndim, çox sağ olunAlıntı:
Dervich Nickli Üyeden Alıntı
-
04-30-2008, 10:56 PMexceptionRe: öz şeirlerimizAlıntı:
qisi Nickli Üyeden Alıntı
Qismət.............................. -
05-27-2008, 05:47 PMDervichAlıntı:
Sindy Nickli Üyeden Alıntı
Alıntı:
Anel Nickli Üyeden Alıntı
Münasibət bildirdiyiniz üçün gec də olsa təşəkkür edirəm . Həmçinin Qismət bəyə . Amma mümkünsə iradlarınızı da əsirgəməyin ...
Bəzən səhvlər başqa gözlərdə daha aydın özünü büruzə verir ... -
05-27-2008, 06:04 PMDervich
Düşüncə
İşdən qayıdıram , yenə bu axşam ç
Elə üşüyürəm açılmır donum .
Doğmaca bir səsə həsrət qalmışam ,
Nə doğma dillənir , nə telefonum .
Geriyə dönürəm atıb bir addım ,
Kimsə nəsə deyir üzümə baxıb ...
Elə fikirliyəm nəinki adım ,
Evimin yolu da yadımdan çıxıb .
Könlüm intizarda , ürək narahat ;
Niyə bir tanış üz yolumu kəsmir ?!
Yuvama dönürəm guya bu saat
Ayağım getsə də ürək tələsmir .
Səhərlər bir yola salanım olsa ,
Axşam yerişimə haram qatmaram ,
Gözləri yollarda qalanım olsa ,
Yolumu uzadıb gec qayıtmaram .
Qapımın zəngini toz basıb indi ...
Açarın çəkisi çəkimdən ağır ,
Evim unudulmuş məzar kimidir ,
Qorxuram
İçindən sükunət yağır .
İçəri girəndə hər dəfəsində
Divarlar şığıyıb üstümə gəlir ,
Qıvrılıb qəbrimin bir köşəsində
Nələr çəkdiyimi bir Allah bilir !
Bir də görürəm ki mənim yerimdə
Qələmim səhərdən məni gözləyir ,
Hələ dil açmayan şeirlərim də ,
Öz körpə səsiylə " bəri gəl " deyir .
Uçunur bədənim yaralı quş tək ,
Könlüm dilə gəlir sarı sim kimi ,
Kövrəlib köksümdə titrəyir ürək ;
Hamiyə rast gələn bir yetim kimi .
Siz ey şerilərim , sağ olun ki siz ,
Hər ağır günümə haray gəldiniz !!!
Siz mənim ən yaxın könül sirdaşım ,
Qəlbimdə çırpınan ləpələrimsiz .
Siz atam , siz anam , bacım , qardaşım ,
Sevgilim , sevimli körpələrimsiz !!!
Dərviş 10.04.08
