4 sonuçtan 1 ile 4 arası

oXUYAN HER KESE TESEKKURLEr!

  1. #1
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46

    oXUYAN HER KESE TESEKKURLEr!

    Darıxmışam

    Mənə sənin eşqin, qəlbin gərəkdir,
    Ürək tellərimi çəksin tarıma.
    Könül nə arzular, bilirsənmi heç?
    Əllərim toxunsun qoy saçlarına.

    Görünür razısan öz taleyindən,
    Məni nə zamandır soraqlamırsan?!
    Sənsiz saçlarıma qonub xeyli dən,
    Ömür kitabımı varaqlamırsan.

    Sənsiz sevinmərəm, sənsiz gülmərəm,
    Qəlbim bir quruyan dənizdir indi.
    Səni özgəsindən ala bilmərəm,
    Səadət hamıya əzizdir indi.

    Məni qəmli görsən əgər yollarda,
    Bil ki, bu qəm sənin, kədər sənindir.
    Mənim fikrim harda, səninki harda,
    Günlərim keçsə də hədər sənindir.

    Məndən əbəs yerə qaçırsan, əbəs,
    Keçirsən yanımdan səssiz-səmirsiz.
    Qəlbini sıxırmı mülayim bir səs,
    "Bir zaman sevmişik, sevilmişik biz"



    Ayrılıq nəğməsi
    Yenə qəm dumanı bürüyür məni
    Başına qar yağmış o dağlar kimi
    Sənsiz gecələr də üşüdür məni
    Donunu soyunmuş budaqlar kimi.

    Vəfalı dost sözü dadıma çatır,
    Ayrılıq nəğməsi qəlbəhüzn qatır,
    Ağaran saçlarım günbəgün artır
    Payızda saralan yarpaqlar kimi.

    Sönüb eşqimizin odu, ocağı,
    İndi buza dönüb yataq otağı.
    Sənsiz yetiməm mən, ana qucağı
    Əlindən alınmış uşaqlar kimi.

    Nakam sevgimizi yaşayacağam,
    Səni sevəcəyəm nə qədər sağam.
    Qara gözlərinə her an möhtacam
    Yayda kölgə salan qovaqlar kimi.



    Unudam gərək
    Ayrıldıq…güc gəldi bizə hücumlar,
    Ayrıldıq,usanıb tənədən sözdən.
    Bizdən razı qaldı yadlar,qohumlar,
    Biz razı qalmadıq öz-özümüzdən.

    Ayrıldıq…nəğməmiz qaldı yarımçıq,
    Fikirlər pərişan,könüllər qırıq.
    Ayrıldıq de harda ləngidi zəmanə
    İndi nə sən sənsən,nə də mən mənəm.

    Başımda tufanlar hayqırığından
    Meyvəsi dəyməmiş tökülən mənəm.
    Dağlara dırmanıb ardımca qoşdun,
    O axar sulara qarışan mənəm

    Taleyin hökmüylə səm çox vuruşdun,
    Bu ağır hökm ilə barışan mənəm.
    Döyən də,vuran da,yıxılan da mən,
    Ayrıldıq… bilmədik neçin,nədən biz
    Ayrıldıq… Ayrılmaq istəmədən biz.
    Yoxdur sənə qəzəb,kin
    Yadıma düşməyir bəd əməllərin
    Nifrətsiz ayrılıq ayrılıq deyil.

    Nifrətsiz ayrılıq ölümdən şirin.
    Gülüm sevə-sevə ayrılırıq biz,
    Ürək kökdən düşən tək simə bənzər.
    Bizim gözü yaşlı bədbəxt eşqimiz

    Atalı-analı yetimə bənzər.
    Deyirəm unudum səni mən gərək.
    Mümkünmü
    Arzuya əməl tən gərək!
    Unuda bilməkçün səni sevgilim,
    Təzədən doğulum,təzədən gərək.
    Hormetle, Mirkazim Hüseynov!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    cox guzel siirlerdi,tesekkur edirem.size aiddirmi?
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46
    Yox weirler menim deyil, sadece oxudum xowuma geldi, sizlerinde oxumasını istedim.
    Hormetle, Mirkazim Hüseynov!

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    cox guzel siirlerdi,bir daha tesekkurler..
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.