2 sonuçtan 1 ile 2 arası

Jül Vern (Jules Verne)

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Jül Vern (Jules Verne)



    Məşhur fransız yazıçısı Jül Qabriel Vern 1828 ci ildə Nant (Nantes) şəhərində hüquqşunas və gəmiçi - dənizçi ailəsində dünyaya gəlmişdir. 1839 cu ildə hüquq təhsili üçün Parisə gedir. Eyni zamanda poemalar və teatr pyesləri yazmağa başlayır. 1848 ci ildə Aleksandr Düma ilə görüşü onun ədəbi mühitə daxil olmasında mühüm rol oynayır. 22 yaşında ikən Parisdə ilk pyesi teatr səhnəsinə çıxarılır. Səyahət yazıçısı kimi tanınır. Macəra romanlarının müəllifidir. Əsərlərinin əksəriyyətinin mövzusu dünya səyahətləridir. Yazıçı elm aləminə indiki zamanda bəlli olan bəzi icadları öz dövründə təxmin edə bilmişdi. Dənizin altına, kosmosa səyahət, kinonun, telefonun, dəmiryolunun ixtirası buna misal ola bilər. Əsərləri 148 dilə çevrilmişdir. Amerikalı yazıçı Poe’ni çox sevirmiş və bunun təsiri altında 1851 ci ildə ilk dəfə " Hava şarıyla beş həftə" əsərini yazır. Bəzi əsərlərinə aid filmlər çəkilmişdir.
    1857 ci ildə Madam Onorin Morel’ lə ailə həyatı qurur.
    1871 ci ildə dünya səyahətlərinə davam edir : Amerika, şimal ölkələri, Aralıq dənizi bölgəsi. 24 mart 1905 ci ildə diabet xəstəliyindən vəfat edir.

    Əsərləri :

    "80 günlük dünya səyahəti"

    "Kapitan Qrantın uşaqları"

    "15 yaşlı kapitan"

    "Aya səyahət"

    "Yerin mərkəzinə səyahət

    və s.
    "80 günlük dünya səyahəti" 1 ci semestrdə imtahana bu əsəri öyrənmişdik

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.