Sayfa 1/3 123 SonSon
22 sonuçtan 1 ile 10 arası

Kəlilə və Dimnə

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Kəlilə və Dimnə

    Uşaqken bir çoxlarimiz "Kəlilə və Dimnə" nağılını oxumushuq. Üstü sarı rəngli kitab idi
    Ədəbiyyat tarixində ilk təmsil örnəklərindən hesab olunan Kəlilə və Dimnə hind filosofu Bəydəba tərəfindən yazılmışdır. Bəydəba milladdan əvvəl 1 - ci yüzillikdə yaşamışdır. Onun həyatı haqqında kifayət qədər məlumat yoxdur. Əsl adı və milliyəti barədə bir çox müxtəlif fikirlər deyilsə də tarixçilərin çoxu əsl adının Ketku olduğunu və türk əsilli olduğunu deyirlər. Bakıda doğulmuş, sonradan Hindistana köçdüyü haqda fikirlər var. Kəlilə və Dimnəni hind padişahı Dəbşəlimin dövründə yazmışdır. Bu əsər zalım padişaha bir növ nəsihət xarakteri daşıyır. Əsərin adı iki (çaqqalın) adından götürülüb. Bu heyvanlar əsərin əsas qəhrəmanları sayılırlar. Kəlilə xeyri, Dimnə isə şəri təmsil edir. Hekayə içərisində hekayə toplusudur. Əsərin əsas mövzusu əxlaq və siyasətdir. Tərbiyəvi xarakter daşıyır.
    Kəlilə və Dimnə uşaqlara ibrət verici nağıllardan ibarətdir, onlara ədalətli, zəhmətkeş olmağı, dostluğun qədrini bilməyi aşılayır. Məşhur təmsil ustadları Ezop və La Fonten də öz təmsillərində "Kəlilə ve Dimnə" dən ilhamlanıblar.
    Bu əsərə görə Bəydəba əvvəlcə həbs olunur sonra isə bağışlanaraq dövlət mövqeyində işləyir. Əsər 6 - cı əsrdə pəhləvi dilinə sonralar isə Abdulla İbni Əl - Müqəffa tərəfindən ərəbcəyə tərcümə edilmişdir. Sonradan şərq və qərb dillərinə çevrilmişdir. Kitabın əsli sanskritcə (hind – avropa dilinin hind iran qoluna məxsus qədim bir dil, tarixçilərin fikrincə Hindistan, Xəzər dənizi və Orta Şərqdə işlədilən dil olub) yazılmışdır və sanskritcə adı Karataka (Kəlilə) və Damanakadır (Dimnə). Bundan başqa Bəydəbanın Nəsihət Əl - Külliyə adlı əsəri də mövcuddur.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    bilmiyodum.sağol
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Günlərin bir günü iki dost olubmuş. Bu dostların biri çox dürüst, ağıllı və zəhmətkeş imiş. O biri dostu isə yalançı, təmbəl və çox hiyləgər biriymiş. Dürüst olanın adı Kəlilə, o birinin adı isə Dimnə imiş.
    Bir gün bu iki dostun yaşadığı ölkənin padişahı, ölkədə heç bir vəzir tapa bilmirmiş. Dimnə ilə Kəlilə arasında seçim edir və Dimnəni seçir. Çünki o çox hiyləgər olur. Padişah onu vəzir edir. Ona çox inanır.
    Günlərin bir günü padişah otaqda tək tənha olan vaxt qulağına çox dərin bir səs gəlir. Bu səsin haradan gəldiyini öyrənmək üçün axtarışa başlayır. Ancaq dərdini heç kimə demirmiş. Çünki o boyda bir padişah, bir səsdən qorxmaz axı ! Ancaq Dimnə onun qorxduğunu bilirmiş.
    Bir gün, Dimnə padişahın yanında olan vaxt yenə o səs gəlibmiş. Bu inək səsi imiş. Ancaq padişah bunu tapa bilmirmiş. Dimnə onun nədən qorxduğunu başa düşür və səsin gəldiyi yerə gedir. Və bu vaxt padişah səsin bir inəkdən gəldiyini sezir. Padişah, bu inəyi çox sevir. Hər gün onunla oynayır. Dimnə bunu qısqanmağa başlayır. Ve bir gun böhtana əl atır. Padşaha deyir : ”Cənab padşah, bu inək sizin taxtınıza göz qoyub. Məncə bunun belə davam etməsinə göz yuma bilməzsiniz”. Padşah da fikirləşməyə başlayır.
    Dimnə, inəyin yanına gedib deyir : ”İnək qardaş, mən padişahın yanından gəlirəm. Padişah bu yaxında səni kəsib özünə yemək olaraq bişirəcək. Sən buradan qaça da bilməzsən. Məndən deməkdir. Ancaq inək buna padşah qədər çox fikir vermir. Lakin içində yenə də bir şübhə olur.
    Bir gün padşah onun yanına gedir. Bunu görən inək, ona cumur. Padişah bunu görəndə Dimnənin sözlərinin doğru olduğuna inanır və inəyi öldürtmək əmri verir.
    Uzun müddət keçir. Padşah etdiyi işə görə peşman olur. Ancaq Dimnəyə heç nə etmir, çünki onu günahsız hesab edir.
    Elə bu vaxt anası içəri girir:
    -Oğlum, sən, Dimnənin günahsız olduğuna inanma, onu bil ki, bu gün inəyini öldürən, sabah səni öldürər. Əgər canını sevirsənsə öldür onu….
    Padşah bu sözlər qarşısında təsirlənir və Dimnəni öldürür.
    Bu da Kəliləyə pis təsir edir və o da xəstələnib ölür.

    Bu iki dostun sonu bu şəkildə bitir. Əgər Dimnə bunları deməsəydi indi vəzir olaraq yaşayardı.
    Bu hekayə "Aslan və Öküz” ün hekayəsi olaraq da adlandırılır. Orada da eynilə aslan öküzün səsindən qorxur bunu hiss edən hiyləgər çaqqal Dimnə, yaltaqlanaraq heyvanların padşahı Aslanın hüzuruna gəlir və hər şeyi ona başa salır (Başlanğıcda Dimnənin dostu Kəlilə buna razı olmur ona başqalarının işinə qarışmamasını tövsiyyə edir).
    Sonra Dimnənin vasitəçiliyi ilə Aslan və öküz dostlaşırlar, Dimnə özünün arxa planda qaldığını görür, qısqanmağa başlayır və onların arasında söz gəzdirir. Aslan Dimnənin fitnəsinə inanaraq öküzü öldürür sonradan buna peşman olub Dimnəni də öldürür.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    tamam fidan abla.hikaye bitti.uyuduk
    sağol güzel masallar için.
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Alıntı montoya Nickli Üyeden Alıntı
    tamam fidan abla.hikaye bitti.uyuduk
    sağol güzel masallar için.
    dəcəl uşaqlar

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  7. #7
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Sağol Fidan Xala
    [
    Ya da
    [

  8. #8
    Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    89
    Fidan öten günlerimi qaytaraydılar gelen günlerimi qurban vererdim xatireler gözeldir sağ ol
    Görünmədən görmək
    Ölmədən dönmək

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    756
    Walla usagligim yadima dustu sagolasan Fidan ellerin dert gormesin
    [

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

Sayfa 1/3 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.