2 sonuçtan 1 ile 2 arası

iki sevgi

  1. #1
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46

    iki sevgi

    Yazar: Əli Kərim


    Gözəl qız, sən saf susan,
    İki qəlb arzususan.
    Mənsə səni sevirəm
    Susuzluğun od vurub köz kimi yandırdığı
    dodaq su sevən kimi.
    O isə səni sevir,
    rahatca bardaş qurub,
    -Kabab üstən sərin su pis olmaz-deyən kimi.
    Gözəl qız, sən işıqsan,
    Yurduma yaraşıqsan.
    Mənsə səni sevirəm
    iynənin ucu boyda
    İşığa həsrət qalan göz işıq sevən kimi.
    O isə səni sevir,
    Bir şən mağarda, toyda,
    İşıqlardan yaranmış yaraşıq sevən kimi.
    Danış, ucalsın səsin,
    Qısılmasın nəfəsin.
    Mən ki səni sevirəm
    Bakıdan, Daşkəsəndən
    Gələn bir səda kimi,
    Səs kimi,
    Qüdrət kimi.
    O isə səni sevir,
    Gizli deyil ki, səndən,
    Bir otaq küncündəki qəmli sükunət kimi.
    Bu mən, bu o, bu da sən,
    De görək nə deyirsən!
    Amma yaxşı fikir ver bu iki məhəbbətə.
    Daha heç nə demirəm.
    Nöqtə, nöqtə və nöqtə.
    Hormetle, Mirkazim Hüseynov!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    mekteb vaxti bu ser azerbaycan dili dersliyimizde bir tapsirigin icinde vardi.en sevdiyim serlerden...
    paylasdiginiz ucun tesekkurler..
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.